Giriş Qeydiyyat Saytda Axtar

Sohret Ordeni Azerbaycan - Wikipedia

Pulsuz Mobil Yuklemeler-(Yeni)
Ucuz Reklam yerləşdir
SexHekaye.Biz - Erotik Hekayeler
Black Kashlok - Portmanat, Gümüş, Saat
MP3YUKLE.Biz - Mp3 axtar indir izlə
Sohret Ordeni Azerbaycan - Wikipedia - Haqqında Məlumat
Ana Səhifə - Sohret Ordeni Azerbaycan
Bu adın digər istifadə formaları üçün bax: Şöhrət ordeni.

"Şöhrət" ordeni — Azərbaycan Respublikasının ordenlərindən biri.

Şöhrət ordeni
AZ Shohrat Order ribbon (2nd version).svg
Şöhrət ordeni-2009.png

Ölkə Azərbaycan Azərbaycan
Tip orden
Status təqdim olunur
Statistika
Parametrlər 37 mm x 50 mm
Təsis tarixi 10 noyabr 1992
Ardıcıllıq
Sonrakı (yüksək) "Şərəf" ordeni
Əvvəlki (aşağı) "Dostluq" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Statusu
  • 2 Təsviri
  • 3 Poçt markası üzərində
  • 4 İstinadlar
  • 5 Mənbə
  • 6 Xarici keçidlər
  • 7 Həmçinin bax

Statusu

1. Azərbaycan Respublikasının "Şöhrət" ordeni Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə aşağıdakılara görə verilir:

  1. iqtisadi, elmi-texniki, sosial-mədəni inkişafda xüsusi xidmətlərinə görə;
  2. sülhün və xalqlar arasında dostluğun möhkəmləndirilməsində və əməkdaşlığın inkişafında xüsusi xidmətlərinə görə;
  3. sənaye, nəqliyyat, rabitə, tikinti sahələrində və xalq təsərrüfatının digər sahələrində görkəmli əmək nəticələrinə görə;

elm, təhsil və səhiyyə sahəsində xüsusi xidmətlərinə görə.

2. "Şöhrət" ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda "Şərəf" ordenindən sonra taxılır.

Təsviri

"Şöhrət" ordeni aypara şəklində, milli ornamentlərlə haşiyələnmiş dəfnə çələngləri içərisində təsvir olunmuş, şüaları yuxarıya səpələnən günəş kompozisiyasından ibarətdir. Kompozisiya qızıl suyuna çəkilmiş gümüşdəndir, üzəri mavi mina ilə örtülmüşdür, qabarit ölçüləri 32 mm x 38 mm-dir. Şüaları qövs şəklində kəsən və dəfnə budaqlarının yuxarı uclarını birləşdirən qızılı rəngli lentin üzərində "Şöhrət" sözü yazılmışdır. Arxa tərəfi hamar səthlidir, ortasında ordenin nömrəsi həkk olunmuşdur. Orden paltara bərkidilmək üçün elementi olan, 27 mm x 47,5 mm ölçüdə göy-ağ çalarlı beşguşəli xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir. Ordenə paltara bərkidilmək üçün elementi olan, üzərində alov simvolu təsvir edilən eyni xara lentdən hazırlanmış 27 mm x 9 mm ölçülü qəlib əlavə olunur.

1993 1994 – 27 may 2009 3 iyun 2009 – indiyə kimi
     
Lent
 
 

Poçt markası üzərində

 
2011-ci ildə buraxılmış poçt markası

2011-ci ilin sentyabr ayının 5-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Azərbaycan ordenlərinə həsr olunmuş yeni poçt markaları təqdim edilmişdir. Qiyməti 60 qəpik, tirajı isə 5000 ədəd olan həmin markalardan biri "Şöhrət" ordeninə həsr olunmuşdur.[1][2]

İstinadlar

  1. ↑ Yeni markalar çap olunub. ictnews.az  (az.)
  2. ↑ 05.09.2011. Azərbaycan Respublikasının Ordenləri. azermarka.az Arxivləşdirilib 2015-09-19 at the Wayback Machine  (az.)

Mənbə

  • Azərbaycan Respublikasının "Şöhrət" ordeninin statutu Arxivləşdirilib 2011-07-06 at the Wayback Machine

Xarici keçidlər

  • Azərbaycan Milli Elmlər Akademiyası əməkdaşlarının təltif edilməsi haqqında Arxivləşdirilib 2014-10-27 at Archive.today

Həmçinin bax

  • "Şöhrət" ordeni ilə təltif edilənlərin siyahısı
Mənbə — "https://az.wikipedia.org/?q=%22Şöhrət%22_ordeni_(Azərbaycan)&oldid=6403655"
Tanışlıq · Forum · Oyun · Yükləmə · Master · Hekayə
Len.Az - Mobil Yükləmə PortalıOnline: 2/151
MobTop.az Statok.net
DMCA.com Protection Status