Giriş Qeydiyyat Saytda Axtar

Arpa Xan - Wikipedia

Pulsuz Mobil Yuklemeler-(Yeni)
Ucuz Reklam yerləşdir
SexHekaye.Biz - Erotik Hekayeler
Black Kashlok - Portmanat, Gümüş, Saat
MP3YUKLE.Biz - Mp3 axtar indir izlə
Arpa Xan - Wikipedia - Haqqında Məlumat
Ana Səhifə - Arpa Xan
Bu məqalənin bəzi məlumatlarının mənbəsi göstərilməmişdir.
Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz. (may 2022)

Sultan Müizəddünya vəl-Din Mahmud Arpa xan (? - ö. 1336) — Elxanilər dövlətinin 10-cu hökmdarı (1335-1336).

Sultan Müizəddünya vəl-Din Mahmud Arpa xan
monq. Арпа Кэүн хан
سکه آرپاخان.jpg
bayraqBorucigin sülaləsindən X elxan
30 noyabr 1335 — 15 may 1336
Sələfi Əbu Səid Bahadur
Xələfi Musa xan
Şəxsi məlumatlar
Doğum tarixi II minillik
Doğum yeri
  • Monqolustan
Vəfat tarixi 15 may 1336
Vəfat yeri Sultaniyə
Sülalə Borucigin
Atası Səfyan Borucigin
Anası Hacı xatun
Həyat yoldaşı Sultan Satıbəy xatun

Mündəricat

  • 1 Həyatı
  • 2 Hakimiyyəti
    • 2.1 Hakimiyyətə iddiaçılar
  • 3 İstinadlar
  • 4 Həmçinin bax

Həyatı

Arpa xan, Arıq Buğanın nəslindən olub, ailəsi 1308-ci ildə Elxanilər dövlətinə gəlmişdi. Əbu Səidin ölümündən sonra vəzir Qiyasəddin Məhəmmədin himayəsi altında elxanlığa yiyələnmişdi. O, 5 dekabr 1335-ci ildə Qarabağda taxta çıxmışdı.

Hakimiyyəti

Sultan Əbu Səidin ölüm xəbərini almış Özbək xan yenidən Azərbaycana soxuldu və Kür çayına qədər irəlilədi. Arpa xan, 45 gün qızılordalılarla vaxtaşırı vuruşaraq düşməni ölkədən qovmağa nail oldu. Hakimiyyətə gəldikdən sonra Sultan Satıbəy xatunla evlənmişdi. Əmir Həsənə əmir-i ulus titulu verilmişdi.

Hakimiyyətə iddiaçılar

Onun dövründə feodal müharibələri şiddətləndi. Həmdullah Qəzvini yazır ki, "bu dövrdə ölkədə çoxdan gözlənilən fitnə baş qaldırmışdı, dövlət əyanlarının hər birinin iddiası var idi, hər kəs öz nümayəndəsini səltənətə sahib etmək niyyətində idi". Əbu Səidi əvəz etmiş Arpa xanın mərkəzi hakimiyyəti möhkəmləndirmək üçün gördüyü tədbirlər nəticəsiz qaldı. Bir tərəfdən Əbu Səidin övladına hamilə olan Dilşad xatun, bir tərəfdən də Əbu Səidin anası Hacı xatunun qızışdırdığı Əmir Əli Padşah hakimiyyətə təhlükə törədirdi. Əli Padşahın başçılığı ilə mərkəzi hakimiyyətə qarşı çıxmış Oyrat tayfası Arpa xanı 9 may 1336-cı ildə məğlub etdi və 15 may 1336-cı ildə Sultaniyədə edam etdi. Yerinə Baydunun nəvəsi Musa xan gətirildi.[1]

İstinadlar

  1. ↑ Arpa xan - Encyclopedia Iranica
SƏLƏF
Sultan Əbu Səid Bahadur xan
  Sultan Arpa xan
Elxanilər
  XƏLƏF
Sultan Musa xan

Həmçinin bax

Mənbə — "https://az.wikipedia.org/?q=Arpa_xan&oldid=5932999"
Tanışlıq · Forum · Oyun · Yükləmə · Master · Hekayə
Len.Az - Mobil Yükləmə PortalıOnline: 2/31
MobTop.az Statok.net
DMCA.com Protection Status