Ayaz Mutellibov - Wikipedia
Bu məqalənin bəzi məlumatlarının mənbəsi göstərilməmişdir. Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz. (may 2022) |
Ayaz Niyazi oğlu Mütəllibov (12 may 1938[1], Bakı – 27 mart 2022[2], Bakı) — Azərbaycan siyasi və dövlət xadimi, Azərbaycan Respublikasının 1-ci prezidenti, Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin sonuncu, 14-cü birinci katibi.
Ayaz Mütəllibov | |||||||
---|---|---|---|---|---|---|---|
![]() | |||||||
|
|||||||
Sələfi | Vəzifə təsis edilib | ||||||
Xələfi | Yaqub Məmmədov (i. e.) | ||||||
|
|||||||
Sələfi | Yaqub Məmmədov (i. e.) | ||||||
Xələfi | İsa Qəmbər (i. e.) Əbülfəz Elçibəy |
||||||
|
|||||||
Sələfi | Vəzifə təsis edilib | ||||||
Xələfi | Vəzifə ləğv edilib | ||||||
|
|||||||
Sələfi | Əbdürrəhman Vəzirov | ||||||
Xələfi | Vəzifə ləğv edilib | ||||||
|
|||||||
|
|||||||
Sələfi | Həsən Seyidov | ||||||
Xələfi | Həsən Həsənov | ||||||
|
|||||||
Sələfi | Sabit Abbasəliyev | ||||||
Xələfi | Rəhim Hüseynov | ||||||
|
|||||||
Sələfi | Əlibala Əsədullayev | ||||||
Xələfi | Sənan Axundov | ||||||
Şəxsi məlumatlar | |||||||
Doğum tarixi | 12 may 1938[1] | ||||||
Doğum yeri | |||||||
Vəfat tarixi | 27 mart 2022[2] (83 yaşında) | ||||||
Vəfat yeri | |||||||
Dəfn yeri | |||||||
Partiya | |||||||
Təhsili | |||||||
Atası | Niyazi Mütəllibov | ||||||
Anası | Kübra Mütəllibova | ||||||
Həyat yoldaşı | |||||||
Uşaqları |
oğulları: Azad (1962–2011) Zaur (d. 1970) |
||||||
|
|||||||
Təltifləri |
![]() |
||||||
![]() |
Həyatı
Ayaz Niyazi oğlu Mütəllibov 12 may 1938-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. Əslən Şamaxının Sarıtorpaq məhəlləsindəndir.[3] 1962-ci ildə Azərbaycan Neft-Kimya İnstitutunu maşınqayırma ixtisası üzrə bitirib.[4]
Əmək fəaliyyətinə 1958-ci ildə Azərbaycan Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutu bürosunun böyük texnik-konstruktoru kimi başlamışdır. 1959–1974-cü illərdə Bakı məişət elektrik cihazlar zavodunda işləmişdir. Burada o, quraşdırma sexinin ustası, mühəndis, texniki nəzarət şöbəsinin rəisi, baş konstruktor, baş mühəndis, zavodun direktoru olmuşdur. 1974–1977-ci illərdə "Bakelektroməişətmaş" istehsalat birliyinin baş direktoru olmuşdur.[4][5]
Ayaz Mütəllibov 27 mart 2022-ci ildə 83 yaşında vəfat etmişdir.[6] Sabiq prezident Birinci Fəxri Xiyabanda torpağa tapşırılmışdır.[7]
Siyasi fəaliyyəti
Ayaz Mütəllibov 1963-cü ildə Sovet İttifaqı Kommunist Partiyasına üzv qəbul edilmişdir. 1977-ci ildə Bakı şəhəri Nərimanov Rayon Partiya Komitəsinin ikinci katibi seçilmiş, 1979-cu ildə respublikanın yerli sənaye naziri təyin olunmuşdur. 1982-ci ilin oktyabrında Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini — Dövlət Plan Komitəsinin sədri,[8] 1985-ci ildən isə Azərbaycan SSR Ali Soveti sədrinin müavini vəzifələrini tutmuşdur.[4]
Ayaz Mütəllibov 1981–1986-cı illərdə Azərbaycan Kommunist Partiyası Təftiş Komissiyasının üzvü, 1986-cı ildən Mərkəzi Komitənin üzvü olmuşdur.[4] 1989-cu ilin yanvarından Azərbaycan SSR Nazirlər Sovetinin sədri olmuş, 1990-cı ilin yanvar ayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, daha sonra, 1990-cı il may ayının 18-də Azərbaycan SSR Ali Soveti tərəfindən yeni təsis olunmuş Azərbaycan SSR Prezidenti vəzifəsinə seçilmişdir.[5]
1990-cı ilin iyulundan 1991-ci ilin avqustuna kimi Sovet İttifaqı Kommunist Partiyası MK-nin və Sov.İKP MK-nin Siyasi Bürosunun üzvü olmuşdur. 1991-ci ilin avqustunda Moskvada SSRİ prezidenti Mixail Qorbaçova qarşı baş verən Avqust qiyamını dəstəkləyən az sayda respublika rəhbərlərindən biri də Ayaz Mütəllibov idi. Lakin 2016-cı ildə verdiyi müsahibədə Mütəllibov bunu inkar edərək çevrilişi dəstəkləmədiyini deyib.[9]
1991-ci il sentyabrın 8-də ümumi seçkilərdə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Prezident seçilməsinə baxmayaraq müxalif AXC hərəkatının təzyiqi nəticəsində Ayaz Mütəllibov Ali Soveti buraxmışdır. Onun yerinə Milli Məclisi təşkil edilmiş, oradakı 50 nəfərlik deputat yerlərinin yarısı müxalifətə verilmişdir.[10]
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda ermənilər rus ordusunun köməkliyi ilə dəhşətli qətliam törədirlər, azərbaycanlıları soyqırıma məruz qoyurlar (bax: Xocalı soyqırımı). Bu faciədən sonra Milli Məclisdə xalqın dəstəyini qazanan o vaxtkı müxalifət növbədənkənar sessiyanın çağırılmasına nail olur və Ayaz Mütəllibovu tutduğu vəzifədən istefa verməyə məcbur etmiş, nəticədə 1992-ci il martın 6-da istefa vermişdir.
Həmin ilin mayında faciənin səbəblərini araşdıran komissiya Ayaz Mütəllibovun günahını təsdiq edən faktlar aşkar etmədiyindən Ali Sovet öz qərarını ləğv edir və onu mayın 14-də vəzifəsinə qaytarır. Buna baxmayaraq, müxalif cəbhədə duran "Xalq Cəbhəsi"nin təzyiqi altında Ayaz Mütəllibov yeniden istefası barədə sənədi imzalamalı olur və ölkəni tərk edir. O vaxtdan etibarən o, 1992-ci ildən 2012-ci ilə qədər Moskvada yaşayıb. 2012-ci ildə yenidən Azərbaycan qayıdıb.
Azərbaycan Sosial Demokrat Partiyasının həmsədri olub.
Azərbaycanda sabiq prezidentə cinayət işləri qaldırılıb. Baş Prokurorluq Ayaz Mütəllibovu Nazirlər Sovetinin sədri və prezident vəzifələrində işlədiyi, habelə istefa verəndən sonrakı dövrdə çoxsaylı ağır cinayət əməlləri törətməkdə ittiham etmişdir.[11]
Azərbaycan Sosial Demokrat Partiyasının 2012-ci il iyunun 30-da Bakıda keçirilən qurultayına təbrik məktubu göndərən Ayaz Mütəllibov partiyanın həmsədri vəzifəsindən və siyasətdən getdiyini bəyan etmişdir.[12]
İstinadlar
- ↑ 1 2 Ayas ogly Mutalibow // Munzinger Personen (alm.).
- ↑ 1 2 https://vesti.az/politika/skoncalsya-byvsii-prezident-azerbaidzana-ayaz-mutallibov-459853.
- ↑ AYAZ MÜTƏLLİBOV BİRİNCİ VİTSE-PREZİDENTDƏN DANIŞDI:"Ana Vətən bu xanımı hazırlaşdırıb"-VİDEO
- ↑ 1 2 3 4 Rahr, Alexander G. Mutalibov, Ayaz Niyazi ogly // A biographical directory of 100 leading Soviet officials (ingilis). Boulder, Colorado: Westview Press. 1990. səh. 124. ISBN 0-8133-8015-4.
- ↑ 1 2 Ајаз Нијази оғлу Мүтәллибов: [Азәрбајҹан Совет Сосиалист Республикасынын Президенти] // Коммунист. № 109 (21177). 19 мај 1990-ҹы ил. С. 1.
- ↑ Ayaz Mütəllibov vəfat edib
- ↑ Ayaz Mütəllibov dəfn olundu
- ↑ Ајаз Нијази оғлу Мүтәллибов: [Азәрбајҹан ССР Назирләр Советинин сәдри] // Коммунист. № 24 (20792). 28 јанвар 1989-ҹу ил. С. 1.
- ↑ Ayaz Mütəllibov: "Bu, düşmənlərimin böyük hiyləgərliyi idi"
- ↑ POLITICS, PARTIES AND PRESIDENTS IN TRANSCAUCASIA
- ↑ "AYAZ MÜTƏLLİBOV: "TALEYİMİN ƏSİRİYƏM"". 2010-05-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-05-14.
- ↑ "AYAZ MÜTƏLLİBOV SİYASƏTDƏN GETDİ". 2013-11-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-07-02.
Xarici keçidlər
- Ayaz Mütəllibovun bioqrafiyası Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine
- "Dərs - 6 mart hadisələri (06.03.1993)" ( (az.)). youtube.com/ANS TV. 1993-03-06. İstifadə tarixi: 2015-01-17.
- AYAZ MÜTƏLLİBOV: "TALEYİMİN ƏSİRİYƏM" Arxivləşdirilib 2010-05-24 at the Wayback Machine
- AYAZ MÜTƏLLİBOV SİYASƏTDƏN GETDİ Arxivləşdirilib 2013-11-02 at the Wayback Machine
- Ayaz Mütəllibov: "55 yaşımda həyata sıfırdan başlamalı idim" Arxivləşdirilib 2017-06-25 at the Wayback Machine
- ÖLKƏNİN İLK PREZİDENTİ OLDUĞU VƏ GÖRÜNDÜYÜ KİMİ
- O DA BU XALQIN OĞLUDUR
- Ayaz Mütəllibovdan keçmişlə bağlı acı həqiqətlər
- Keçmiş prezident Ayaz Mütəllibov maraqlı detallar haqda danışır
- "Keçmiş SSRİ-də ilk dəfə tam müstəqilliyi biz qazandıq" – Ayaz Mütəllibov Arxivləşdirilib 2017-10-29 at the Wayback Machine