Giriş Qeydiyyat Saytda Axtar

Azerbaycan Milli Elmler Akademiyasi - Wikipedia

Pulsuz Mobil Yuklemeler-(Yeni)
Ucuz Reklam yerləşdir
SexHekaye.Biz - Erotik Hekayeler
Black Kashlok - Portmanat, Gümüş, Saat
MP3YUKLE.Biz - Mp3 axtar indir izlə
Azerbaycan Milli Elmler Akademiyasi - Wikipedia - Haqqında Məlumat
Ana Səhifə - Azerbaycan Milli Elmler Akademiyasi
Bu məqalənin sonunda mənbə siyahısı var, ancaq mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. Lütfən mənbələri uyğun şəkildə mətnin daxilində yerləşdirərək məqalənin təkmilləşdirilməsinə kömək edin.

Azərbaycanın Milli Elmlər Akademiyası və ya qısaca: AMEA — Azərbaycan Respublikasında dövlətin təsis etdiyi ali elmi qurum, Respublikanın ali elmi idarəsi.[1]

Azərbaycan Milli Elmlər Akademiyası
(AMEA)
Loqonun şəkli
AMEA-nın əsas binası
AMEA-nın əsas binası
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Yaradılıb 23 yanvar 1945
Əvvəlki adı Azərbaycan SSR Elmlər Akademiyası
Digər məlumatlar
Prezident Arif Həşimov, prezident vəzifəsinin icraçisi
Ünvan Bakı, İstiqlaliyyət küç., 30 AZ1001
Telefon (+994 12) 5392693
(+994 12) 5108659
Sayt science.gov.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Tarixi
    • 1.1 AMEA-nın təsisçiləri
    • 1.2 Müasir dövr
  • 2 Strukturu
    • 2.1 Fizika-riyaziyyat və texnika elmləri bölməsi
    • 2.2 Kimya elmləri bölməsi
    • 2.3 Yer elmləri bölməsi
    • 2.4 Biologiya elmləri bölməsi
    • 2.5 Humanitar və ictimai elmlər bölməsi
    • 2.6 İctimai elmlər bölməsi
  • 3 AMEA-nın regional bölmələri
  • 4 AMEA-nın regional elmi mərkəzləri
  • 5 Prezidentlər
  • 6 Həmçinin bax
  • 7 İstinadlar
  • 8 Xarici keçidlər

Tarixi

Azərbaycan elminin, onun intellektual dəyərlərinin milli sərvət kimi qəbul edilməsində Azərbaycan Xalq Cümhuriyyətinin (1918–1920) mühüm rolu olmuşdur. Bakı Universitetinin yaranması, azərbaycanlı tələbələrin Avropa ali məktəblərinə göndərilməsi milli dilin, mədəniyyətin intişarı bütövlükdə Azərbaycan elminin inkişafına mühüm təsir göstərən amillərdən olmuşdur. 1920-ci ilin əvvəllərində respublikada elmi tədqiqatlar əsasən Azərbaycan Dövlət Universitetində (indiki BDU) mərkəzləşmişdi. 1920–1922-ci illərdə burada humanitar, tibb və təbiət bölmələrindən ibarət elmi assosiasiya təşkil edilmiş və fəaliyyət göstərmişdir.

1925-ci ildə Cəmiyyət Azərbaycan Hökumətinin sərəncamına verildi.

1923–1929-cu illər arasında Azərbaycanı Tədqiq və Tətəbbö (Araşdırma) Cəmiyyəti fəaliyyət göstərmişdi. Həmin cəmiyyətin sədri Əbdürrəhim bəy Haqverdiyev, üzvlərindən biri isə Məhəmmədhəsən bəy Vəlili-Baharlı seçilmişdi. 1929-cu ildə bu cəmiyyət yenidən təşkil edilərək Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu (DETİ) adlandırılmışdı. İnstitutun təbiət, biologiya, tarix və etnoqrafiya, dilçilik, ədəbiyyat və incəsənət, fəlsəfə, Sovet Şərqi və xarici Şərq, dövlət və hüquq bölmələri var idi.

1932-ci ildə Azərbaycan DETİ əsasında SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Şöbəsi təşkil edildi. Şöbəyə R. Axundov rəhbərlik edirdi. Şöbədə 11 bölmə və bir neçə komissiya fəaliyyət göstərirdi. Bir sıra məşhur alimlər – F.Y. Levinson-Lessinq, İ.M. Qubkin, A.A. Qrossheym, N.Y. Marr, İ.İ. Meşşanov, A.N, Derjavin, İ.Q. Yesman, ilk Azərbaycan alimlərindən Bəkir Çobanzadə, Vəli Xuluflu, M. Əfəndiyev, Abdulla Tağızadə, Salman Mümtaz, Ağamir Məmmədov və başqaları burada elmi-tədqiqat işləri aparırdılar.

1935-ci ilin oktyabrında şöbə SSRİ EA Azərbaycan Filialına çevrildi. Filialın yanında mövcud bölmələr əsasında Kimya, Botanika, Zoologiya və Tarix, Etnoqrafiya və Arxeologiya, Dil və Ədəbiyyat Elmi-Tədqiqat institutları, habelə Energetika, Fizika, Geologiya, Torpaqşünaslıq sektorları yaradıldı. Filialın Rəyasət Heyətinin sədri əvvəl akad. İ.M.Qubkin, sonralar isə akad. S.S.Namyotkin oldu.

SSRİ Xalq Komissarları Sovetinin 1945-ci il 23 yanvar tarixli qərarı ilə filial Azərbaycan EA-na çevrildi. Bu vaxt akademiyanın 4 bölməsi, 16 elmi-tədqiqat institutu, elmi-tədqiqat şöbəsi, 3 muzeyi, mərkəzi elmi kitabxanası, Naxçıvan, Gəncə, Xankəndi və Qubada elmi bazaları var idi. Həmin il Azərbaycan EA-na 15 həqiqi üzv seçildi. Onun ilk heyətinə Ü.Hacıbəyov, S.Vurğun, M.İbrahimov, Y.Məmmədəliyev, M.Qaşqay, A.A.Qrossheym, S.Dadaşov, İ.Q.Yesman, M.Mirqasımov, Ş.Əzizbəyov, Ə. Əlizadə, M.Topçubaşov, M.Hüseynov, H.Hüseynov və İ.İ. Şirokoqorov daxil oldu. 1945-ci il martın 31-də akademiyanın həqiqi üzvlərinin ilk ümumi iclasında Mir Əsədulla Mirqasımov prezident seçildi. Sonrakı illərdə Yusif Məmmədəliyev (1947–1950, 1958–1961), Musa Əliyev (1950–1958), Zahid Xəlilov (1961–1967), Rüstəm İsmayılov (1967–1970), Həsən Abdullayev (1970–1983), Eldar Salayev (1983–1997), Fəraməz Maqsudov (1997–2000), Mahmud Kərimov (2001–2013), Akif Əlizadə (2013–2019), Ramiz Mehdiyev (2019-2022) Akademiyanın prezidenti olmuşlar.

 
Azərbaycan SSR Elmlər Akademiyasının ilk Rəyasət Heyətinin həqiqi üzvləri (1945-ci il): Oturanlar (soldan sağa): Səməd Vurğun (1906–1956), İosif Yesman (1868–1955), Üzeyir Hacıbəyov (1885–1948), Ələşrəf Əlizadə (1911–1985), Elmlər Akademiyasının ilk prezidenti Mirəsədulla Mirqasımov (1883–1958), İvan Şirokoqorov (1869–1946), Aleksandr Qrossheym (1888–1948), Mustafa Topçubaşov (1895–1981); Ayaqüstə (soldan sağa): Yusif Məmmədəliyev (1905–1961), Mirzə İbrahimov (1911–1993), Şamil Əzizbəyov (1906–1976), Heydər Hüseynov (1908–1950), Mirəli Qaşqay (1907–1977), Sadıq Dadaşov (1905–1946), Mikayıl Hüseynov (Üseynov) (1905–1992)

AMEA-nın təsisçiləri

  • Sadıq Dadaşov
  • Ələşrəf Əlizadə
  • Şamil Əzizbəyov
  • Üzeyir Hacıbəyov
  • Heydər Hüseynov
  • Mirzə İbrahimov
  • Aleksandr Qrossheym
  • Mirəli Qaşqay
  • Mir Əsədulla Mirqasımov
  • Yusif Məmmədəliyev
  • İvan Şirokoqorov
  • Mustafa Topçubaşov
  • Mikayıl Useynov
  • Səməd Vurğun
  • İosif Yesman

Müasir dövr

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 may 2002-ci il tarixli 81 saylı qərarına əsasən AMEA-da struktur dəyişikliyi edilmişdir.

İnformasiya Telekommunikasiya Elmi Mərkəzinin (İTEM) bazasında İnformasiya Texnologiyaları İnstitutu (İTİ), Radiasiya Tədqiqatları sektorunun (RTS) bazasında Radiasiya Problemləri İnstitutu (RPİ) yaradılmışdır. İTİ-nun əsas fəaliyyət istiqamətləri yeni informasiya texnologiyaları əsasında müxtəlif sahələrin informasiyalaşdırılması, intellektual kompüter şəbəkələri və sistemlərinin yaradılması, informasiya təhlükəsizliyinin təmin olunmasıdır. Radiasiya Problemləri İnstitutunun əsas fəaliyyət istiqamətləri radiasiya texnologiyası, radiasiya təhlükəsizliyi, qeyri-ənənəvi enerji çevrilmə problemləri, ekologiya, radioekologiyadır. AMEA-nın Rəyasət Heyəti aparatının şöbələrindən biri Təhsil şöbəsidir.

Strukturu

 
Azərbaycanın Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binası (İsmailiyyə Sarayı)

AMEA-nın elmi bölmələri

Fizika-riyaziyyat və texnika elmləri bölməsi

  • AMEA Fizika İnstitutu;
  • AMEA İdarəetmə Sistemləri İnstitutu;
  • AMEA Riyaziyyat və Tətbiqi Tədqiqatlar İnstitutu;
  • AMEA Şamaxı Astrofizika Rəsədxanası;
  • AMEA Radiasiya Problemləri İnstitutu;
  • AMEA İnformasiya Texnologiyaları İnstitutu;
  • AMEA Biofizika İnstitutu;

Kimya elmləri bölməsi

  • AMEA Neft-Kimya Prosesləri İnstitutu;
  • AMEA Aşqarlar Kimyası İnstitutu;
  • AMEA Polimer Materialları İnstitutu;
  • AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutu;

Yer elmləri bölməsi

  • AMEA Geologiya və Geofizika İnstitutu;
  • AMEA Coğrafiya İnstitutu;
  • AMEA Neft və Qaz İnstitutu;
  • AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi;

Biologiya elmləri bölməsi

  • AMEA Botanika İnstitutu;
  • AMEA Zoologiya İnstitutu;
  • AMEA Genetik Ehtiyatlar İnstitutu;
  • AMEA Fiziologiya İnstitutu;
  • AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu;
  • AMEA Mikrobiologiya İnstitutu;
  • AMEA Dendrologiya İnstitutu;
  • AMEA Mərkəzi Nəbatat Bağı;
  • AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu;

Humanitar və ictimai elmlər bölməsi

  • AMEA Əlyazmalar İnstitutu;
  • AMEA Memarlıq və İncəsənət İnstitutu;
  • AMEA Folklor İnstitutu;
  • AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi;
  • AMEA Ədəbiyyat İnstitutu;
  • AMEA Dilçilik İnstitutu;
  • AMEA Hüseyn Cavidin Ev Muzeyi.

İctimai elmlər bölməsi

  • AMEA Tarix İnstitutu;
  • AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu;
  • AMEA İqtisadiyyat İnstitutu;
  • AMEA Fəlsəfə və Sosiologiya İnstitutu;
  • AMEA Şərqşünaslıq İnstitutu;
  • AMEA Hüquq və İnsan Haqları İnstitutu;
  • AMEA Milli Azərbaycan Tarixi Muzeyi;
  • AMEA Elm Tarixi İnstitutu;
  • AMEA Qafqazşünaslıq İnstitutu;

AMEA-nın regional bölmələri

  1. AMEA Naxçıvan bölməsi
  2. AMEA Gəncə bölməsi

AMEA-nın regional elmi mərkəzləri

  1. AMEA Şəki Regional Elmi Mərkəzi
  2. AMEA Lənkəran Regional Elmi Mərkəzi
  3. AMEA Quba Regional Elmi Mərkəzi

Prezidentlər

  Əsas məqalə: AMEA prezidentlərinin siyahısı

Aşağıdakı siyahıda Azərbaycan Elmlər Akademiyasının yarandığı gündən bu günə kimi bütün prezidentlərinin siyahısı verilmişdir.

# Soyadı, adı, atasının adı İlk tarix Son tarix Qeyd
1 Mirqasımov Mir Əsədulla Mir Ələsgər oğlu 31 mart 1945 1947 vəfat edib
2 Məmmədəliyev Yusif Heydər oğlu 1947 1950 1-ci dəfə
3 Əliyev Musa Mirzə oğlu 1950 1958 vəfat edib
4 Məmmədəliyev Yusif Heydər oğlu 1958 1961 2-ci dəfə
5 Xəlilov Zahid İsmayıl oğlu 1961 1967 vəfat edib
6 İsmayılov Rüstəm Hacıəli oğlu 1967 1970 vəfat edib
7 Abdullayev Həsən Məmmədbağır oğlu 1970 1983 vəfat edib
8 Salayev Eldar Yunis oğlu 1983 1997
9 Maqsudov Fəraməz Qəzənfər oğlu 1997 2000 vəfat edib
10 Kərimov Mahmud Kərim oğlu 2001 10 fevral 2013 vəfat edib
11 Əlizadə Akif Ağamehdi oğlu 25 aprel 2013 22 oktyabr 2019
12 Mehdiyev Ramiz Ənvər oğlu 23 oktyabr 2019 14 fevral 2022
13 Həşimov Arif Məmməd oğlu 19 fevral 2022 Prezident vəzifəsinin icraçisi[2]

Həmçinin bax

  • AMEA prezidentlərinin siyahısı
  • AMEA-nın həqiqi üzvlərinin siyahısı
  • AMEA-nın müxbir üzvlərinin siyahısı
  • Azərbaycan Milli Elmlər Akademiyasının binası

İstinadlar

Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir.
  1. ↑ http://www.science.gov.az/general_news/amea_nizamname.pdf[ölü keçid]
  2. ↑ Ramiz Mehdiyevi əvəz edən şəxsin kimliyi bəlli oldu

Xarici keçidlər

  Vikianbarda Azərbaycan Milli Elmlər Akademiyası ilə əlaqəli mediafayllar var.
  • Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi saytı
Mənbə — "https://az.wikipedia.org/?q=Azərbaycan_Milli_Elmlər_Akademiyası&oldid=6429588"
Tanışlıq · Forum · Oyun · Yükləmə · Master · Hekayə
Len.Az - Mobil Yükləmə PortalıOnline: 2/37
MobTop.az Statok.net
DMCA.com Protection Status