Giriş Qeydiyyat Saytda Axtar

Daskend - Wikipedia

Pulsuz Mobil Yuklemeler-(Yeni)
Ucuz Reklam yerləşdir
SexHekaye.Biz - Erotik Hekayeler
Black Kashlok - Portmanat, Gümüş, Saat
MP3YUKLE.Biz - Mp3 axtar indir izlə
Daskend - Wikipedia - Haqqında Məlumat
Ana Səhifə - Daskend
Bu adın digər istifadə formaları üçün bax: Daşkənd (dəqiqləşdirmə).

Daşkənd (özb. Toshkent, ing. Tashkent) — Özbəkistanın paytaxtı. Sahəsi 334,8 km², əhalisi 2,5 milyon nəfərdir (2020). Mərkəzi Asiyada metropoliteni olan yeganə şəhərdir.

Daşkənd
Тошкент
Aerial view of Tashkent, Uzbekistan.JPG
Gerb
Gerb
41°18′ şm. e. 69°16′ ş. u.
Ölkə
  •  Özbəkistan[1]
Tarixi və coğrafiyası
İlk məlumat II əsr
Sahəsi
  • 334,8 km²
Mərkəzin hündürlüyü 455 m
Saat qurşağı
  • UTC+05:00
Əhalisi
Əhalisi
  • 2.571.668 nəf. (1 yanvar 2020)[2]
Rəqəmsal identifikatorlar
Poçt indeksi 100000
Nəqliyyat kodu 01—09, (10, 30 — старые)
tashkent.uz
Xəritəni göstər/gizlə
Daşkənd xəritədə
Daşkənd
Daşkənd
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəhərin su ehtiyaclarını təmin etmək üçün onun yaxınlığında süni Çarvak gölü yaradılmışdır. 2009-cu ilə olan məlumata görə şəhərin əhalisi 2 milyon 221 min nəfərdir. Şəhər 11 inzibati rayona bölünür.

Mündəricat

  • 1 Adı
  • 2 Tarix
  • 3 Qardaş şəhərlər
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər

Adı

Şəhərin əsasının e.ə. V-III əsrlərdə qoyulduğu güman edilir. Qədim mənbələrdə Çaç, Şaş, Caç, Şaşkənd adlarına rast gəlinir. Çaç müasir Daşkəndin ən qədim adıdır.[3] Dillərində ç səsi olmadığına görə ərəblər onu Şaş şəklində yazmışlar.[3] Şaşkənd sonralar Daşkəndə çevrilmişdir.[3] Maraqlıdır ki, şəhərin adını Çin qaynaqları Çö-Çi, Çö-Şi, yaxud sadəcə Şi şəklində transkripsiya etmişlər ki, bu da çincə daş deməkdir.[3] Firdovsi öz "Şahnamə"sində şəhəri Çaç adlandırır. XVI əsrdən başlayaraq şəhər indiki adı ilə adlanmağa başlamışdır. "Daşkənd" sözü "daş" və türk dillərində şəhər mənasını verən "kənd" sözlərinin birləşməsindən yaranmışdır.

Tarix

Daşkənd həmişə bölgənin əsas beynəlxalq nəqliyyat mərkəzi olub. 1917-ci il inqilabı zamanı baş vermiş vandalizmdən və 1966-cı il zəlzələsindən sonra şəhərdə mövcud olan bənzərsiz memarlıq abidələrinin çox hissəsi məhv olub. Şəhərdə daha çox sovet dövründə tikilən mədəniyyət və muzey mərkəzlərinə rast gəlmək mümkündür.

Qədim şəhərin bəzi gədim binaları şəhərin qərb hissəsində yerləşir. Maraqlı binalardan biri, XVI əsrdə inşa olunmuş Kukeldaş Mədrəsəsidir. Bu tikili Kaffali Şaş movzoleyi kimi də tanınır və ondan muzey kimi istifadə olunur. Burada yerləşən Qəst-İmam tikilisinə qeyri-müsəlmanların girişi qadağandır, digər ziyarətçilər isə bura giriş üçün əvvəlcədən icazə almalıdırlar.

Qardaş şəhərlər

  •   Tunis, Tunis (1961)
  •   Hindistan, Patiala (1961)
  •   Pakistan, Kəraçi (1961)
  •   Liviya, Tripoli (1962)
  •   Mərakeş, Mərakeş (1963)
  •   Yuqoslaviya, Skopye (1963) 1993-dən   Şimali Makedoniya[4]
  •   ABŞ, Sietl (1973)
  •   Rusiya, Moskva
  •   Türkiyə, Ankara (2004)
  •   Türkiyə, İstanbul
  •   Ukrayna, Dnipro
  •   Ukrayna, Kiyev
  •   Qazaxıstan, Astana
  •   Qazaxıstan, Almatı
  •   Latviya, Riqa[5]
  •   ÇXR, Pekin (2008)
  •   Almaniya, Berlin (1993)
  •   Misir, Qahirə
  •   Qırğızıstan, Bişkek[6][7]

İstinadlar

  1. ↑ 1 2 archINFORM (alm.). 1994.
  2. ↑ https://citypopulation.de/en/uzbekistan/admin/.
  3. ↑ 1 2 3 4 «Türkologiya» jurnalı, (3-4), Bakı, «Elm», 2008, s. 90-96 :MAHMUD KAŞĞARİ VƏ TARİXİ ONOMASTİKA MƏSƏLƏLƏRİ
  4. ↑ Официальное обозначение с 1993 года, используемое в ООН по настоянию Греции — Бывшая Югославская Республика Македония
  5. ↑ Карамель «Лайма». Сделано в Ташкенте
  6. ↑ "Города-побратимы городам Центральной Азии и Кавказа". 2013-08-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-08-15.
  7. ↑ Энциклопедия Ташкент 2-е издание 1984 года Редактор: С. К. Зиядуллаев Издатель: Гл. Ред. Узбекской Советской Энциклопедии

Xarici keçidlər

  • Toshkent Tibbiyot Akademiyasi
  • Discover Tashkent
  Vikianbarda Daşkənd ilə əlaqəli mediafayllar var.
   Şəhər ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
   Özbəkistan ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/?q=Daşkənd&oldid=5907159"
Tanışlıq · Forum · Oyun · Yükləmə · Master · Hekayə
Len.Az - Mobil Yükləmə PortalıOnline: 2/32
MobTop.az Statok.net
DMCA.com Protection Status