Giriş Qeydiyyat Saytda Axtar

Muslum Maqomayevin Abidesi Moskva - Wikipedia

Pulsuz Mobil Yuklemeler-(Yeni)
Ucuz Reklam yerləşdir
SexHekaye.Biz - Erotik Hekayeler
Black Kashlok - Portmanat, Gümüş, Saat
Muslum Maqomayevin Abidesi Moskva - Wikipedia - Haqqında Məlumat
Ana Səhifə - Muslum Maqomayevin Abidesi Moskva

Müslüm Maqomayevin abidəsi — Rusiyanın paytaxtı Moskva şəhərində Müslüm Maqomayev parkında görkəmli Azərbaycan müğənnisi və bəstəkarı Müslüm Maqomayevin xatirəsinə ucaldılmış abidə[1]

Müslüm Maqomayevin abidəsi
Moscow, Voznesensky Lane and Yeliseevsky Lane (30998704746).jpg
Ölkə Rusiya Rusiya
Yerləşir Moskva
Heykəltəraşlar Aleksandr Rukavişnikov
İqor Voskresenski
Tarixi 15 sentyabr 2011
Vəziyyəti əla
Hündürlüyü 4,5 metr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Müslüm Maqomayevin abidəsinin daxil olduğu memarlıq-heykəltəraşlıq ansamblı Moskvada, Voznesenski və Yeliseyev döngələrinin kəsişdiyi yerdəki bağın cənub-şərq hissəsində, böyük musiqiçinin yaşadığı evin yaxınlığında ucaldılmışdır. Royal formasında cilalanmış qranitdən hazırlanmış abidə meydançasında - royalın qabaq divarı üzərində Maqomayevin ifa etdiyi ən məşhur mahnılardan biri olan "Sən mənim melodiyamsan" mahnısının sözləri və notları həkk edilmişdir. Müğənninin tunc heykəli qranit pyedestalda ucalır. Müəllifləri heykəltəraş, Rusiyanın xalq rəssamı Aleksandr Rukavişnikov və Rusiyanın əməkdar memarı İqor Voskresenski olan abidənin hündürlüyü 4,5 metrdən artıqdır.

Mündəricat

  • 1 Açılışı
  • 2 Şəkilləri
  • 3 Mənbə
  • 4 İstinadlar
  • 5 Həmçinin bax

Açılışı

"Krokus" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Araz Ağalarovun təsis etdiyi Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun dəstəyilə hazırlanmış abidənin təntənəli açılış mərasimi 15 sentyabr 2011-ci ildə olmuşdur. Açılış mərasimində Rusiyanın və Azərbaycanın rəsmi şəxsləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak etmişdir.

Şəkilləri

  •  

    Açılış mərasimi

  •  

    Açılış mərasimi

Mənbə

  • MOSKVADA MÜSLÜM MAQOMAYEVİN ABİDƏSİ. mediaforum.az Arxivləşdirilib 2012-11-12 at the Wayback Machine  (az.)

İstinadlar

  1. ↑ На открытие памятника Магомаеву пришли две тысячи москвичей. metronews.ru Arxivləşdirilib 2012-01-14 at the Wayback Machine  (rus.)

Həmçinin bax

  • Müslüm Maqomayev
  • Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondu
  • Müslüm Maqomayev parkı (Moskva)
  • Müslüm Maqomayev parkı (Kiyev)
Mənbə — "https://az.wikipedia.org/?q=Müslüm_Maqomayevin_abidəsi_(Moskva)&oldid=6330882"
Tanışlıq · Forum · Oyun · Yükləmə · Master · Hekayə
Len.Az - Mobil Yükləmə PortalıOnline: 2/46
MobTop.az Statok.net
DMCA.com Protection Status