WikiPedia
Qəznəvilər dövləti — 963–1186-cı illərdə Mavəraünnəhr, Əfqanıstan, Şimali Hindistan və Xorasanda hökm sürmüş türk məmlük xanədanlığı. Qəznəvi sülaləsi öz adını paytaxtları olmuş Qəznə şəhərinin adından götürmüşdür.
Qəznəvilər dövlətinin əsasını 963-cü ildə Samani sərkərdələrindən olan, keçmiş qulam Alp Təkin qoymuşdur. Ancaq dövlətin inkişafı Səbuk Təkinlə əlaqədardır. Səbuk Təkin Qəznə şəhərini dövlətin paytaxtı elan etmişdi. Səbuk Təkinin oğlu Sultan Mahmudun dövründə imperiyanın sərhədləri, Ceyhundan Hind çayına və Hind okeanına qədər uzanmışdı. I Məsudun dövründə isə imperiya zəifləməyə başlamışdı. Onun dövründə Xarəzm Qəznəvilərdən ayrılmağa başladı. 1040-cı ildə Dəndənəkan döyüşündə Səlcuqlar Qəznəvilərə qalib gəldilər. Bundan sonra Qəznəvi dövlətinin tərkibində ancaq Əfqanıstanın bir hissəsi və Pəncab qaldı. Səlcuq imperiyasının dağılmasından sonra qüvvətlənən Qurilər, Qəznəvi hökmdarı Xosrovşahı 1157-ci ildə məğlub edərək ölkənin paytaxtını tutdular. |
Barnaba İncili — İsanın həyatından bəhs edən və həvari Varnavanın adından yazılmış ədəbi mətn. XVIII əsrin əvvəllərində bu mətnin iki əlyazması aşkarlanmışdır. Bəzi müstəqil tədqiqatçıların fikrinə görə, "Barnaba İncili" təxminən XV əsrdə müsəlman nöqteyi-nəzərindən yazılmış saxta (psevdoapokrif) mənbədir. Bu mətn haqqında diskussiya, xüsusilə 1980-ci illərin sonlarında aktivləşmiş və xristian-müsəlman dialoqunun mühüm tərkib hissələrindən birinə çevrilmişdir.
Bəzi müsəlman apologetlər bildirirlər ki, böyük ehtimalla "Barnaba İncili" İsanın missiyası haqqında həqiqi məlumatların saxlandığı yeganə mənbələrdəndir və kanonik incillər də daxil olmaqla, digər mənbələr hamısı Həvari Pavelin davamçıları tərəfindən saxtalaşdırılmışdır. 2012-ci ilin fevralında Türkiyə KİV-i "Barnaba İncili"nin qədim əlyazma nüsxəsinin tapılması və həmin nüsxədə İsanın Məhəmmədi davamçısı kimi göstərməsi haqqında geniş kampaniya aparmışdır. Bu kampaniya "Barnaba İncili"nə olan marağın yenidən artmasına səbəb olmuşdur. |
Kventin Tarantinonun filmoqrafiyası — ABŞ kinorejissoru, prodüser, ssenarist və aktyor kimi fəaliyyət göstərir və 2015-ci ilin göstəricilərinə əsasən, 11 film çəkmiş və onların hər birinin ssenari müəllifi olmuşdur. Öz karyerasını 1980-ci illərin sonlarında başlayan Tarantino ağ-qara filmi olan "Ən yaxşı dostumun doğum günü" filmində həm rejissor, həm ssenari müəllifi, həm də aktyor kimi iştirak edir. Bu film rəsmi olaraq, heç vaxt təqdim edilməmiş və həvəskar şəkildə çəkilmiş müstəqil qısametrajlı bədii film idi.
1988-ci ildə "Qızıl qızlar" sitkom serialında məşhur müğənni Elvis Preslinin obrazını canlandırmış, ardınca isə "Eddi Presli" filmində (1992) epizodik rolda çıxış etmişdir. Rəsmi müstəqil film istehsalçısı kimi bir-birini tanımayan beş nəfərin qiymətli daş-qaş oğurluğu naminə yığışıb birgə fəaliyyət göstərməsindən bəhs edən "Quduz köpəklər" (1992) kriminal triller filmini çəkmiş, eyni zamanda bu layihənin ssenari müəllifi və rol ifaçısı olmuşdur. |
- Ranil Vikramasinqhe (şəkildə) iqtisadi böhranla bağlı etirazlar fonunda parlament tərəfindən Şri-Lankanın prezidenti seçilib.
- Avropada anormal isti hava 4200-dən cox insanın ölümünə səbəb olub.
- Rusiya və Ukrayna Birləşmiş Millətlər Təşkilatı və Türkiyə ilə Ukrayna taxılının Qara dəniz limanları vasitəsilə ixracına dair müqavilələr imzalayıb.
- Maqnus Karlsen 1975-ci ildən sonra titulunu qorumaqdan imtina edən ilk şahmat üzrə dünya çempionu olub.
- Ceyms Vebb teleskopu bu günə qədər bilinən ən qədim qalaktikanı aşkar edib.
- Ümumdünya Səhiyyə Təşkilatı Meymunçiçəyi epidemiyasını beynəlxalq narahatlıq doğuran fövqəladə vəziyyət elan edib.
- Nensi Sinatra (şəkildə) ABŞ müğənnisi və aktyor Frenk Sinatranın ilk həyat yoldaşı Nensi Barbatodan olan qızıdır.
- Aktrisa Monika Belluççi 50-dən çox filmə çəkilib.
- Mariya Şarapova Uimbldon turnirin ilk rus finalçısıdır.
- Kosmonavt Yuri Qaqarin 1968-ci ildə sınaq uçuşu zamanı təyyarədə qəzaya uğrayaraq həlak olmuşdur.
- Model Adriana Lima katolikdir.
Vikimedia Fondunun digər layihələri
Vikilüğət Lüğət
Vikisitat Sitatlar
Vikikitab Azad dərsliklər və təlimat kitabları
Vikimənbə Azad əsər kitabxanası
Vikixəbər Azad xəbər mənbəyi
Vikiversitet Tədris materialları
Vikinövlər Bioloji növlərin sistematikası
Mediaviki Viki proqram təminatının təkmilləşdirilməsi
Vikiverilənlər Ortaq verilənlər bazası
Vikianbar Ortaq media anbarı
Vikisəyahət Azad səyahət təlimatçası
Meta-Viki Vikimedia koordinasiya mərkəzi