Herbi Vetenperverlik Terbiyesinde Xidmetlere Gore Medali - Wikipedia
"Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə" Azərbaycan Respublikası medalı — Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının 2018-ci il 13 fevral tarixli 1001-VQD nömrəli qanunu ilə təsdiq edilmiş medal.[2]
"Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə" medalı | |
---|---|
"Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə" Azərbaycan Respublikası medalı | |
|
|
Ölkə | Azərbaycan |
Tip | medal |
Status | təqdim olunur |
Statistika | |
Təsis tarixi | 13 fevral 2018 |
Ardıcıllıq | |
Yüksək mükafat | Nizami Gəncəvi adına Qızıl medal[1] |
Aşağı mükafat | "Azərbaycan avtomobil yolları – 100 il (1918-2018)" yubiley medalı[1] |
"Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı ilə səfərbərlik və həqiqi hərbi xidmətə çağırış işlərinin təşkilində, vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsində və vətənpərvərlik təbliğatında göstərdiyi xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının hərbi qulluqçuları, mülki işçiləri və digər şəxslər təltif edilirlər.
Təltif edilən şəxslər
redaktə"Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı ilə səfərbərlik və həqiqi hərbi xidmətə çağırış işlərinin təşkilində, vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsində və vətənpərvərlik təbliğatında göstərdiyi xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının hərbi qulluqçuları, mülki işçiləri və digər şəxslər təltif edilirlər.
Təltif edən orqan
redaktə"Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı ilə 2018-ci il 13 fevral tarixli 1001-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanına əsasən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təltif edir.
Taxılma qaydası
redaktə"Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.
Medalın təsviri
redaktəMedalın ümumi təsviri
redaktə"Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm olan dairəvi metal lövhədən ibarətdir.
Medalın ön tərəfi
redaktə- Medalın ön tərəfinin mərkəzində hər iki tərəfdən çevrə boyunca palıd yarpaqları ilə haşiyələnmiş nişangah, nişangahın üzərində iki çarpaz qılınc, qılıncların yuxarı iti ucları arasında təyyarə qanadları, təyyarə qanadlarının mərkəzində paraşüt, qılıncların kəsişmə nöqtəsindən aşağıda gəmi lövbəri təsvir edilmiş kompozisiya həkk olunur. Aşağı hissədə səkkizguşəli ulduz həkk olunmaqla soldan sağa doğru qövs boyunca "HƏRBİ VƏTƏNPƏRVƏRLİK TƏRBİYƏSİNDƏ XİDMƏTLƏRƏ GÖRƏ" sözləri yazılır. Bütün yazılar və təsvirlər qabarıqdır.
Medalın arxa tərəfi
redaktə- Medalın arxa tərəfinin səthi hamardır, orta hissəsində medalın seriyası və nömrəsi həkk olunur.
Medalın elementləri
redaktə- Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü düzbucaqlı lövhəyə ilgək və iki halqa vasitəsilə birləşdirilir. Lövhəyə kənarlarından mərkəzə doğru ardıcıl olaraq 1 mm enində qızılı, 3 mm enində tünd zeytun və 5 mm enində ağ rəngli şaquli zolaqlar, mərkəzində isə 19 mm enində tünd zeytun rəngli şaquli zolaq təsvir edilmiş xara lent çəkilmişdir. Lövhənin ön tərəfinin yuxarı hissəsində 37 mm x 5 mm ölçüdə üzərində relyefli palıd yarpaqları təsviri olan düzbucaqlı lövhə bərkidilmiş, aşağı hissəsində isə lövhənin mərkəzində relyefli aypara və səkkizguşəli ulduz təsvir edilmişdir.
- Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə edilir.
İstinadlar
redaktə- ↑ 1 2 Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında. Bakı: 1992.
- ↑ ""Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə" Azərbaycan Respublikası medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu". 2024-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-09.