Qudretli Hamam Ordeni - Wikipedia
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Qüdrətli Hamam ordeni (ing. The Most Honourable Order of the Bath) — I Georq tərəfindən 1725-ci ilin 18 may tarixində təsis olunmuş Böyük Britaniyanın cəngavər ordeni. Ordenin adı cəngavərlərin gümrahlığı üçün edilən üç: oruc tutmaq, dua etmək və çimərək paklanmaq kimi qədim ayindən götürülmüşdür. (bu ayin 1815-ci ildən daha icra edilmir.)
Qüdrətli Hamam ordeni | |
---|---|
ing. The Most Honourable Order of the Bath | |
|
|
Ölkə | Böyük Britaniya |
Tip | Cəngavər ordeni |
Deviz |
lat. Tria Juncta in Uno azərb. Üçü birində |
Statistika | |
Təsis tarixi | 1725 18 may |
Vikianbarda əlaqəli mediafayllar |
Ordenin devizi — Tria juncta in uno (lat. — “Üçü birində”), İngiltərə, Şotlandiya, İrlandiya ittifaqına, və ya Üç üqnuma mülahizələrinə əsaslandığı ilə izah olunur. Ordenin üzərində təkrarən hək olunan üç tac birinci mülahizəni düzgünlüyünü yəqin edir. İkinci devizi alm. “Ich dien” xidmət edirəm deməkdir.
Böyük Britaniya monarxı ordenin başçısı sayılır. Orden nizamnaməsinə görə irarxiq olaraq sonra gələn 1975-ci ildən Böyük Magistr Uels şahzadəsi Çarlzdır. Orden başçısı yeni cəngavərləri hökumətin məsləhəti ilə təyin edir. Nizamnaməyə görə:
- Böyük Xaçşn 120 cəngavər və ya xanım nümayəndəsi (ing. GCB) (bunlardan Böyük Magistr birincisi və başçısı sayılır);
- 355 Cəngavər-komandorlar (ing. KCB) və ya xanım-komandorlar (ing. DCB);
- 1925 kavalerlər (ing. Companions) (ing. CB)
Çəngavərlərin sayları statusla müəyyən olunur ki, bəzən çoxaldıla bilinir. İlkin olaraq orden 40 üzvdən ibarət olurdu. İndinin özündə isə bu say 200-ə qədər artmışdır. Bundan əlavə monarx xidmətlərinə görə üzvlərin sazənə artra bilir. Bunlar "əlavə üzvlər" və ya "fəxri üzvlər" adlanırlar, lakin onlar "həqiqi üzvlərə" aid edilmirlər. Ordenə layiq görülmüşlər soyadlarından sonra daha 3 — GCB və ya KCB hərflərini yazaraq əlavə edə bilərlər.