Cirpinirdi Qara Deniz - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqalənin neytrallığı şübhə doğurur. |
Çırpınırdı Qara dəniz — Azərbaycanda və Türkiyədə çox məşhur olan, dinləyicilərə vətənpərlik ruhu aşılayan mahnı.
"Çırpınırdı Qara dəniz" | |
---|---|
tərəfindən ifa olunmuş mahnı | |
Yayımlanıb | 1918 |
Janr | patriotik |
Dil | Azərbaycan dili |
Bəstəkar | Üzeyir Hacıbəyov |
Sözlərin müəllifi | Əhməd Cavad |
Mahnı Azərbaycanın dahi şairi Əhməd Cavadın 1914-cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinə məşhur Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov tərəfindən dörd il sonra 1918-ci ildə bəstələnmiş musiqi əsasında yaranmışdır. O zaman Üzeyir bəy bu mahnını Nuru Paşanın komandanlığındakı Qafqaz İslam Ordusunun Azərbaycandakı qəhrəmanlıqlarına ithaf edib.[1]
"Çırpınırdı Qara dəniz" şeiri 1919-cu ildə Əhməd Cavadın ikinci şer kitabı olan "Dalğa"da da dərc olunub. Mahnı Azərbaycanda iki ifaçının ifasında daha populyardır. Bunlar Azərin və Şəmistan Əlizamanlıdır. Xüsusən, bu mahnı Türkiyədə Azərinin ifasında çox sevilir.
Plagiat iddiaları
redaktəSon dövrlərdə mahnı ermənilər tərəfindən erməni aşığı Sayat Novanın əsəri kimi "Kamança" adıyla təqdim edilməkdədir.[2][3][4]
Eyni zamanda həmin plagiat mahnının Daşnaksütyun Partiyasının himni olması da iddia edilir.
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ Əhməd Cavad, Çırpınırdı Qara dəniz: (Şer) // Yeni Azərbaycan.- 2001. - sent. - s.4
- ↑ "Sayat Nova - Kamancha". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-08.
- ↑ "Ara Dinkjian, Kamancha". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-08.
- ↑ ""Çırpınırdı Qara dəniz"..." 2011-10-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-05-21.