Cekicvuran Rozi - Wikipedia
Çəkicvuran Rozi (ing. Rosie the Riveter) — ABŞ-də İkinci dünya müharibəsi dövrünün əməkçi qadın simvolu.[1] Əsasən feminizm və qadınların iqtisadi gücünün bir simvolu olaraq istifadə edilir.[2]
Tarixi
redaktəİkinci dünya müharibəsi dövründə ABŞ-də milyonlarla qadın Avropada hərbi əməliyyatların gedişini təmin etmək üçün işçi qüvvəsi sıralarına qoşuldu.[1] Bunun əsas səbəbi işçi qüvvəsinin mühüm hissəsini təşkil edən kişilərin müharibəyə getməsi ilə bağlı idi.[1] 1940-1945-ci illər arasında ABŞ-də qadınlar əmək bazarında işçi qüvvəsinin 37 faizini təşkil edirdi və hər dörd ailəli qadından biri işləyirdi.[1] Qadınlar hərbi sənaye sahəsi də daxil olmaqla bütün istehsal sahələrində təmsil olunmuşdu.[1]
Altı milyondan çox amerikalı qadın təyyarə, bomba, tank və digər hərbi texnikanın hazırlanmasında iştirak edərək müttəfiq qüvvələrin İkinci dünya müharibəsində qələbəsinə böyük töhfə vermişdir.[1]
Eyni zamanda, ABŞ hökuməti həmin dövrdə qadınların əmək bazarına cəlb edilməsi üçün kampaniya başlatmışdı.[1] Bu kampaniyanın qəhrəmanı "Çəkicvuran Rozi" idi.[1] Qadın qüdrətinin mücəssəməsi olan "Çəkicvuran Rozi" qadınların işə cəlb edilməsi kampaniyasında çox uğurlu vasitələrdən biri idi.[1] Onun qollarının gücünü nümayiş etdirən portreti ABŞ-də müharibə dövrünün ən yadda qalan şəkillərindən birinə çevrilmişdi.[1] Bu portreti yaratmaq üçün 1943-cü ildə Vermont ştatının Arlinqton şəhərində yaşayan rəssam Norman Rokvell qonşu telefonçu qızın model olmasını istəmişdi.[1] Lakin Meri Doyl Keefe (ing. Mary Doyle Keefe) adlı gənc qızın ağır sənayedə işləmək təcrübəsi yox idi.[1] Amma onun görünüşü rəssamın yaratmaq istədiyi qələbə əzmli, zəhmətə qatlaşmağa hazır gənc amerikalı qadın obrazına tam uyğun idi.[1] Nəticədə "Çəkicvuran Rozi" portreti ABŞ tarixində ən populyar rəsmlərdən biri oldu.[1]
"Çəkicvuran Rozi" bəzən feminist qadın obrazı kimi qəbul edilsə də, bu obrazın mesajı hamıya aydın idi.[1] Onun portretinin üzərində olan "Biz bunu edə bilərik!" sözlərinin yazılması təkcə qadınlarda özünə inam deyil, okeanın o tayında, eləcə də Asiyada-milyonlarla amerikalının döyüşdüyü müharibədə qələbəyə inam mesajı göndərirdi.[1] Müharibə dövrünün filmləri, qəzetləri, şəkilləri və posterlərində "Çəkicvuran Rozi"nin göstərilməsi ilə qadınların böyük işçi qüvvəsi olmasının vətənpərvərlik baxımından müstəsna əhəmiyyəti vurğulanırdı.[1]
Maraqlı faktlar
redaktə- Məşhur amerikalı aktrisa, Hollivud ulduzu Merilin Monro da böyük ekrana gəlməmişdən əvvəl İkinci dünya müharibəsi dövründə gündə 10 saat təyyarə zavodunda işləmişdir.[1]
- O zaman böyük ekran ulduzu olacaq 18 yaşlı Norma Cin Mortensonun həyat yoldaşı dənizçi kimi Avropada müharibədə iştirak edirdi.[1]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 “Rozi” – Amerikada müharibə dövrünün əməkçi qadın simvolu Arxivləşdirilib 2021-02-25 at the Wayback Machine. voanews.com, 08.05.2015 (az.)
- ↑ Switky, W. Raymond Duncan, Barbara Jancar-Webster, Bob. World Politics in the Twenty-first Century Brief (Student choice ed.). Boston: Houghton Mifflin College Div. 2008. səh. 268. ISBN 978-0-547-05634-0.
Xarici keçidlər
redaktə- Library of Congress Webcast
- Rosie the Riveter World War II / Home Front National Historical Park
- Rosie the Riveter at History Channel's website.
- Regional Oral History Office / Rosie the Riveter / WWII American Homefront Project
- Thanks Plain and Simple, an online group of "Rosies"
- American Rosie the Riveter Association
- A Real-Life "Rosie the Riveter"
- Another Real-Life "Rosie" from the Library of Congress' image set
- The Life and Times of Rosie the Riveter movie
- Oral history interview with Audrey Lyons, a "real life" Rosie, who worked in the Brooklyn shipyard during WWII Arxivləşdirilib 2012-12-11 at Archive.today from the Veterans History Project at Central Connecticut State University
- Oral history interview with Mary Doyle Keefe, who modeled for Norman Rockwell's "Rosie the Riveter" painting Arxivləşdirilib 2012-12-10 at Archive.today from the Veterans History Project at Central Connecticut State University
ABŞ haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |