Cemen Parabuzeni - Wikipedia
Çəmən parabüzəni (lat. Pullus hemorrhoidalis) — Buğumayaqlılar tipinin Sərtqanadlılar dəstəsinin Parabüzən böcəklər və ya koksinellidlər fəsiləsinə aid olan növ.
Çəmən parabüzəni | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Xarici quruluşu
redaktəQara rənglidir, üzəri xırda tükcüklərlə örtülüb, ağız hissə və bığcıqları sarı rənglidi. Bığcığı 10-buğumdan ibarətdir, hiss qabiliyyəti çox yüksəkdir. Ona görə də 1 və 2-ci buğumları nisbətən iridir. Qanadlarının üzərinin son hissəsində 1-4 sarı və qara rəngli qarışıqlı ləkələr olması bunlar üçün xarakterikdir. Ayaqları sarı-qırmızımtıldır. Böyüklüyü 1,5-2,2 mm-dir. [1]
Həyat tərzi
redaktəZonalar üzrə areal üçün tam səd çəkmək olmur. Lakin bir qayda olaraq düzən-səhra hissədə, çəmənliklərdə, bataqlıqlardakı bitkilər üzərində mənənələrlə qidalanırlar. Nadir növdür. Sərt səhra şəaritində tikanlı sahədə və qurumuş yabanı bitkilər üzərində olurlar, mənənələrlə, koksidilərlə qidalanırlar. Qidalandığı sahələrdə quru çöp və yarpaqların altında qışlayırlar. May ayında, bəzən bir az tez qış sığınacağından çıxırlar.[2]
Yayılması
redaktəBabək rayonunun Tumbul kəndində yayılıb.[3] [4]
İstinadlar
redaktə- ↑ B.İ.Ağayev. Ümumi entomologiya I-II hissələr. Bakı,1979-1981.
- ↑ A.M.Mehdiyev. Naxçıvan MR-da yayılan parabüzənlər (Coleoptera, Coccine elidae) və onların bioloji mübarizədə istifadə imkanları.
- ↑ A.Mehdiyev, M.M.Seyidli. Naxçıvan Muxtar Respublikasında yayılan yırtıcı cücülərin xeyirli fəaliyyəti və onların mühafizəsi.45s.
- ↑ A.M.Mehdiyev. Naxçıvan MR-da yayılan parabüzənlər (Coleoptera, Coccine elidae) və onların bioloji mübarizədə istifadə imkanları.