Cemenlikde Seher Yemeyi - Wikipedia
Çəmənlikdə səhər yeməyi[2][3][4] və ya Çəmənlikdə piknik[5] (fr. Le Déjeuner sur l'herbe) — Fransız impressionist rəssamı Eduard Manenin 1862-1863-cü illərdə yağlı boya ilə işlədiyi əsər. Tablo hal-hazırda Paris şəhərində Orse muzeyində saxlanılır.
Çəmənlikdə səhər yeməyi | ||
---|---|---|
| ||
Rəssam | Eduard Mane | |
Tarixi | 1862-1863 | |
Üslubu | nü[1], peyzaj, natürmort[1], məişət janrı | |
Texnikası | yağlı boya | |
Ölçüləri | 208 sm[1] × 264,5 sm[1] | |
Materialı | yağlı boya[d][1] | |
Saxlanıldığı yer | Orse muzeyi | |
İnventar nömrəsi | RF 1668 | |
Vikianbarda əlaqəli mediafayllar |
Tabloda çılpaq qadınla iki qara geyimli kişi təsvir edilmişdir. Arxa fonda digər bir qadın suyun içərisində təsvir edilib. Eduard Mane Çəmənlikdə səhər yeməyi əsərini 1863-cü ildə tamamlayıb sərgilənmək üçün Paris Salonuna təqdim etdi.[6] Salonda rəsm əsərlərinin qiymətləndirilməsi ilə məşğul olan komitə bu tablo ilə yanaşı, daha 3000 tablonu salonda nümayiş etdirməkdən imtina etdi. İmtinanın əsas səbəbi kimi əsərlərin lazımi keyfiyyətdə olmaması göstərildi. 1863-cü ildə imperator III Napoleonun əmri ilə məşhur muzey və salonlarda sərgilənməkdən imtina edilən tablolar Rədd edilənlər salonu adlı mərkəzdə toplandı. Çəmənlikdə səhər yeməyi tablosu da bu salonda sərgilənməyə başladı.[7]
O dövrə qədər Dieqo Velaskes və Fransisko Qoyya kimi ispan rəssamlardan təsirlənən Mane bu tabloda İntibah dövrü rəssamlarından təsirlənmişdir.[6] Mane əsərin mövzusunu Tisianın Fiesta Campestre əsərindən, kompazisiyası isə Rafael Santinin hazırladığı, Markantonio Raimondinin yekunlaşdırdığı Parisin günahı adlı qravürdən götürmüşdür.[8][9] Tabloda olan tarixi cizgilərə baxmayaraq, iki kişinin çılpaq qadınla çəmənlikdə təsvir edilməsi dövrün kübar cəmiyyəti tərəfindən birmənalı şəkildə qəbul edilməmişdir.[10] Çəmənlikdə səhər yeməyi həm mövzusu, həm də janrı baxımından sərgilənməyə başladığı gündən etibarən ciddi mübahisələrə səbəb olmuşdur.[11]
Tabloda Eduard Manenin yaxın dostu və özü də rəssam olan Viktorina Möran çılpaq qadın formasında, rəssamın qardaşları Qustav Mane və Eugen Mane isə qadının ətrafında olan qara qeyimli kişilər olaraq poza vermişdilər. Əsərin böyük mübahisələrə səbəb olmasından sonra, bir çox nüfuzlu şəxslər Eduard Maneni sərt tənqid etməyə başladılar.[12]
Bütün tənqidlərə baxmayaraq, Manenin mövqeyini müdafiə edən şəxslər də vardı. Emil Zolya, Stefan Malarme və Şarl Bodler kimi cəmiyyətin nüfuzlu şəxsləri əsəri müdafiə edənlər arasında idi. Realizm cərəyanın formalaşmasında Qustav Kurbe və Eduard Manenin rolu böyükdür. Çəmənlikdə səhər yeməyi, Olimpiya və Folies Bergere küçəsindəki bar tabloları modernizm cərəyanın ilk nümunələri hesab olunur.[13] Hər üç tablo Eduard Manenin ən uğurlu işlərindən sayılır. Qeyd edilən tablolar Pablo Pikasso, Mari Kasset, Pol Sezann və Klod Mone kimi dahi rəssamların yaradıcılığına öz təsirini göstərmişdir.[14] Bununla incəsənət dünyasında yeni cərəyanın İmpressionizmin əsası qoyulmuşdur[15]
Əsər
redaktəParis Salonu 1667-ci ildə Fransa Mədəniyyət Komitəsi tərəfindən açılmışdır.[16] Salonda tabloların sərgilənməsi üçün tablonun gözəl və ya qeyri-adi olması tələb olunmadığından tələb çox idi. Rəsm əsərlərinin salona qəbulu məsələsi ilə komitə üzvlərindən təşkil edilmiş jüri məşğul olurdu. Jüri öz sərt qərarları ilə tanınırdı.[16] Təkcə 1863-cü ildə salona təqdim edilən 5.000 sənət nümunəsindən 3.000 tablo salona qəbul edilməmişdir.[16] Tabloların Paris Salonuna qəbul edilməməsini qanunsuz sayan, rəssamlar Parisin mərkəzi küçələrində etiraz nümayişləri keçirirdilər.[17]
Rəssamların və kübar cəmiyyətdə bir sıra nüfuzlu şəxslərin etirazlarından sonra Fransa imperatoru III Napoleon sərgilənməyən tabloları Rədd edilənlər salonu adlı mərkəzdə nümayiş edilməsinə göstəriş vermişdir.[18] Eduard Manenin Çəmənlikdə səhər yeməyi əsərindən başqa, Kamalli Pizzaro, Pol Sezann, Ceyms Abbott Maknil Vistler kimi rəssamların əsərləri də Paris Salonunda deyil, Rədd edilənlər salonunda sərgilənmişdir.[19] Eduard Manenin tablosu salonun açıldığı ilk gündən mübahisələrə səbəb olmağa başladı.[17][18] Tabloda əsas planda verilmiş müasir geyimli kişilərin rəssam olduğu təsviri yaranır.[20] Onlar yanlarında əyləşmiş qadınla söhbət edirlər. Qadının çılpaq olmasının səbəbi böyük ehtimalla, arxa fonda görünən digər qadın kimi bir az əvvəl suda yuyunmasıdır.[20] Əsas planda olan üç şəxsin yanında səbət təsvir edilib. Səbətdə armud, şaftalı, çörək və içkinin olduğu görünür. Arxa planda isə hələ də yuyunmaqda olan digər bir qadın təsvir görünür.
Əsərin ilk adı fransız dilindən tərcümədə hamam mənasını ifadə edən Le bain olmuşdur. Rədd edilənlər salonunda əsər bu adla sərgilənmişdir.[21] Mane sonradan əsərin adını iki dəfə dəyişdirmişdir. Əvvəlcə La partie carrée adlanan əsər sonradan indiki adını (Le Déjeuner sur l'herbe) almışdır. Çəmənlikdə səhər yeməyi Eduard Manenin Rədd edilənlər salonunda sərgilənən üç tablosundan biri idi. Tablo Manenin digər iki tablosunun ortasında yerləşirdi. Əsərin sol tərəfində Viktorina Möran İspan geymində, sağ tərəfində isə Maco geyinmiş igid tabloları nümayiş olunurdu.[22][23] Sənət tarixçiləri modern mədəniyyətin ilk nümunələrini Rədd edilənlər salonunda yarandığını bildirirlər.[16] Paris Salonuna qəbul edilməyən əsərlərə baxmaq üçün Rədd edilənlər salonuna insan axını güclü idi. Bununla da Rədd edilənlər salonu böyük uğur əldə etmişdir.[24]
Əsərdə əsas planda görünən çılpaq qadın Viktorina Möran adlı rəssamdır. Viktoriya Eduard Manenin yaxın dostu idi. Bəzi tənqidçilər çılpaq qadının küçə fahişəsi olduğunu iddia edirdilər. Bu iddialar günü-gündən güclənirdi.[25] Dövrünün tanınmış tənqidçilərindən biri tablo haqqında sərt fikirlər bildirmişdir. Əsər haqqında bir sıra sərt fikirlər səsləndirilsə də, ən sərt fikir yerli Paris qazetlərində nəşr olunan publisistlərin fikirləri olmuşdur. Həmin fikirlərin birində deyilirdi:
Kübar cəmiyyətin nümayəndəsi olan fahişə bahalı geyimli, iki şəhərli süd əmərin yanında arzıca əyləşib. Kişilərin bu vəziyyətdən məmnun olduqları gözlərindən oxunur. Belə əsər sənət adına yaraşmır və bizlərə yalnız utanc gətirə bilər.[25] . |
Çəmənlikdə səhər yeməyi tablosunda arxa planda verilmiş təbiət mənzərəsində barbizon üslubundan istifadə edilmişdir[27] Tablonun aşağı sol hissəsindəki meyvələr isə natürmort şəklində çəkilmişdir. Sağ tərəfdə dayanmış kişinin duruşu onun qarşısındakı şəxslə söbhət etdiyini göstərir. Əsas planda görünən qadının əsərin əsasını təşkil etməsi fikri bir sıra tənqidçilər tərəfindən irəli sürülmüşdür. Qadının diqqəti cəlb edən baxışları ətrafda olan hər iki kişinin nəzərlərinin ona yönəlməsinə səbəb olur. Belə olan halda, arxada yuyunmaqda olan qadın sanki diqqətdən kənarda qalır. Müasir dövrün tənqidçiləri indiki dövrdə əsərdə əxlaqdan kənar heç bir məsələnin olmadığını bildirirlər.[28] Əgər əsər yaxın dövrdə çəkilsəydi, heç bir əxlaqi tənqidə məruz qalmayacağı barədə ümumi fikir mövcuddur. Tablonun tənqid olunmasının digər önəmli səbəblərindən biri də əsərdə təsvir olunan çılpaq qadının həyatda nüfuzlu şəxs və tanınmış rəssam olması idi.[28]
XIX əsrdə çılpaq qadın təsvirli əsərlər çəkilərkən mövzu kimi daha çox qədim dövr seçilirdi. Manenin əsəri isə XIX əsrin ortalarını əhatə edir. Eduard Manenin Çəmənlikdə səhər yeməyi tablosu yalnız Rədd edilənlər salonunda sərgiləndiyi halda, Manenin tablosundan daha açıq-saçıqlı ilə seçilən Aleksandr Kabanelin Veneranın doğulması tablosu Paris Salonunda sərgilənmiş və böyük uğur əldə etmişdir.[29]
Eduard Manenin uşaqlıq dostu olmuş, tanınmış jurnalist Antonin Proust Çəmənlikdə səhər yeməyi tablosunun çəkilmə səbəbi haqqında Mane barədə yazdığı kitabda açıqlamışdır.[30] İki dost 1890-cı ilin yaz aylarının birində bazar günü gəzintiyə çıxırlar. Bir az gəzdikdən sonra Sena çayının sahilində əyləşən dostların diqqətini çay kənarında yuyunan qadınlar cəlb edir. Manenin dostuna bu sözləri deməsinə sonralar Antonin Proust yazacağı kitabda da yer vermişdir.
Görünən odur ki, çılpaq qadın çəkməliyəm. Ən qısa zamanda bu fikri reallaşdırmaq istərdim. Geyim mağazasında bəzi qadınların eskizlərini çəkdim. Görünüş çox qaranlıq alınmışdı. İndi gərək hamısını başdan başlayıb, görünüşü tam verim. Digər bir fikrim isə indi gördüymüz mənzərəyə uyğun rəsm çəkməkdir. [30] |
Tablonun izahı
redaktəÇəmənlikdə səhər yeməyi tablosunun çəkildiyi 1862-1863-cü illərdə Eduard Mane yeni mövzulara müraciət etməyə başlayırdı.[32] Mane digər tablolarında olduğu kimi, bu tabloda da rənglərdən ifrat dərəcədə istifadə etməmişdir.[32] Çəmənlikdə səhər yeməyi renessans dövründən başlayaraq XIX əsrin ortalarına qədər davam etmiş, rəəsamlıq üslubuna təsir etmişdir. Əsər həm də modern mədəniyyətin formalaşmasına səbəb olmuşdur.[32]
Eduard Manenin Çəmənlikdə səhər yeməyi əsərində çılpaq qadınla iki geyimli kişinin təsvir etməsi Parisdə mədəniyyət sahəsində fəaliyyət göstərən bir çox şəxsin etirazına səbəb oldu.[33] Mane bundan əvvəl də çılpaq qadınların tablosunu yaratmışdı, ancaq bunlardan heç biri bütün cəmiyyət tərəfindən müzakirə olunacaq narazılıqlara yol açmamışdı. Tablonun böyük mübahisələrə səbəb olmasının səbəblərindən biri kimi rəsmdə göstərilən şəxslərin reallıqa yaxın formada təsvir edilməsidir.[34] Qadının baxışlarında arsızlıq olması fikri bir çox mədəni tənqidçilər tərəfindən səsləndirilmişdir.[34] Əsərdə təsvir edilən kişilərin qadına fikir vermədən öz aralarında söhbət etməsi, sanki qadına qarşı saymazyana münasibət göstərməsi fikri yaxın illərdə formalaşmışdır.[34]
Bununla da Eduard Mane Fransada və dünyada impressionizm cərəyanın əsasını qoydu.[15] Manenin bu tablosunda istifadə etdiyi fırçanı kətanın üzərinə bərk zərbələr endirdiyi məlumdur. Bununla əsərin real görünməsi təmin olunurdu. Hətta bu prosesdə zamanla üslub kimi qəbul edildi və onunda yaradıcısı Eduard Mane hesab olunmağa başlandı.[35] Mane üçün mühüm olan məsələlərdən biri də əsərdə işıq effektinin verilməsi idi. Əsərdə havanın günorta təsvir edilməsi səbəbindən Eduard Mane işıq effektinə daha çox diqqət yetirmişdir.
Renessans dövrünə aid əsərlərdə çılpaq insanların təsvir edilməsi onların bədənlərindən ayrılan ruhu göstərirdi.[37] Nümunə kimi, Florensiya boyakarlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri olan Sandro Botiçellinin Veneranın doğulması əsərini göstərmək olar. Həmin tabloda qadının çılpaq formada körpə dünyaya gətirməsi ruhun bədəndən ayrılmasına işarədir.[37] Orta dövr rəssamlarının tablolarında təsvir edilən çılpaq kişi və qadınlar çox vaxt dini məna ifadə edirdilər. Ancaq Eduard Manenin Çəmənlikdə səhər yeməyi tablosunda olan hər iki qadının heç bir dini məna ifadə etmədiyini dövrün tənqidçiləri və rəssamın özü də qeyd etmişdir.[38]
Mədəniyyət sahəsində fəaliyyət göstərən şəxslər Eduard Manenin tablolarında istifadə edilən rənglərin ahəngdarlığını yüksək qiymətləndirmişdilər. Bununla rənglər dünyasında böyük mədəni inqilabın yarandığı da söylənilir. Rəssam fırçanı rəsmin üzərində bir neçə saniyə saxlamaqla qarşıdan gələn işığı azaltmış, bununla da əsərin nisbətən tünd olmasına nail olmuşdur. Əsərdə olan görüntülərin hər biri ayrı-ayrılıqda işıqlandırılmamış, əsasən vahid mənbə vasitəsi ilə tablonun görünüşünün aydınlandırılmasına üstünlük verilmişdir. Əsərdə rənglərin ahəngində bəzi qüsurların olması, işığın əks olunmasındakı bir sıra qüsurlar tablonun təbiət qoynunda deyil, rəssamın şəxsi emalatxanasında yaradılan studioda çəkildiyini sübut edir. Qadınları təbii çəkmək istəyən Eduard Mane buna tam nail olmamışdır. Avropa tənqidçiləri rəssamın əsas planda görünən çılpaq qadını arzuladığı kimi çəkə bilmədiyni iddia edirlər. Tənqidçilər tərəfindən irəli sürülən fikirlərdən biri də, çılpaq qadının bədənində olan qəhvə rəngli ləkələrdir. Tənqidçilərin fikrinə görə, qadının bədənində olan ləkələrlə onun qarşısında dayanan meyvə səbəti uyğunsuzluq təşkil edir.
Dəstəkləyənlər
redaktəƏsər barədə cəmiyyətin kübar hissəsində yaranan narazılar qrupuna qısa zaman ərzində əsər tənqidçiləri də qoşuldu. Əsərin bayağı olması, reallığı əks etdirməməsi və ya əxlaqsızlığı təbliğ etməsi kimi iddialar daha çox səslənirdi. Eduard Maneni dəstəkləyənlərdə vardı. Maneni ilk dəstəkləyənlərdən biri gənc yazıçı və tənqidçi Emil Zolya olmuşdur.[40] Çəmənlikdə səhər yeməyi tablosunun qalmaqalı bitməmiş Maneninin digər bir əsəri olan Olimpiya mübahisələrə yol açdı. Emil Zolya cəmiyyət tərəfindən qəbul edilməyən rəssamın lehinə yerli qəzetlərdə silsilə məqalələr yazmağa başladı. Zolya insanlara Manenin tablolarına başqa gözlə baxmağı məsləhət görür və tablolara qarşı olan iddiaları rədd edirdi.[40] Emil Zolya tablo haqqında bir sıra yazılarında fikir bildirsə də, onun əsərə aid olan bu yekun fikrində məsələyə daha ətraflı toxunmuşdur:
Tabloda görünən əsas mənzərə yaxın tanışların yuyunduqdan sonra çəmənlikdə nahar etmələridir. Rəssamın qadını çılpaq təsvir etməsi bəzi dairələrdə əxlaqdan kənar kimi qiymətləndirilmişdir. Əslində isə Eduard Mane öz təfəkkürünə arxalanaraq nadir sənət nümunəsi yaratmışdır. Düşünürəm ki, əsərin belə böyük fikir ayrılığına səbəb olması Manenin cəmiyyətin rəyini nəzərə almamasından irəli gəlir. Tablonu izləyərkən ona əxlaqsızlıq damğası vurmaq düzgün fikir deyil. Siz əsəri izləyərkən əsərə dar çərçivədən yanaşmayın. Sizin qarşınızda iki kişi ilə nahar edən əxlaqsız qadın təsvir edilməyib. Əsərdə rənglərin mükəmməl ahəngdarlığı, öndən verilən işıq effekti və arxada təsvir edilən gözəl təbiət mənzərəsinə fikir verin.[41] |
Eduard Maneni dəstəkləyənlərdən biri də dövrünün tanınmış şair-publisisti Stefan Malarme olmuşdur. Malarme əsərin Mane tərəfindən xüsusi üslubda çəkildiyini və reallığı tam əks etdirdiyini bildirmişdir. O, tabloda dini zəminli görüntü olmadığını, yalnız sıravi fransızların istirahət günlərindən birinin təsvir edildiyini deyərək, fikirləri ilə Maneni müdafiə etmişdir. Tablo haqqında dövrünün digər bir tanınmış şəxsi Zakeri Astruk da müsbət fikir söyləmiş və əsər haqqında olan iddiaları əsassız adlandırmışdır.[42]
Manenin yaxın dostu, tanınmış fransız şairi Şarl Bodler modernizm cərəyanını daim dəstəkləmişdir. O, Mane tərəfindən yaradılan bu tablonun da modern mədəniyyətin nümunəsi olduğunu və burada başqa məna axtarmaqın yersiz olduğunu vurğulamışdır.[43] Bodlerə görə, modern mədəniyyət öz orijinallığı ilə digər sənət nümunələrindən fərqlənməlidir. Çəmənlikdə səhər yeməyi tablosu da bu baxımdan fərqlənirdi.[44] Maneni müdafiə edən nüfuzlu şəxslərin sayı artdıqca ona qarşı olan sərt tənqidlər zamanla yumşalmağa başlamışdır.
Əsas planda görünən çılpaq qadın
redaktəÇəmənlikdə səhər yeməyi tablosunda əsas planda görünən qadın Viktorina Möran adlı rəssamın pozası əsasında çəkilmişdir. Manenin yaxın dostu Teodor Dure öz xatirələrində hər iki şəxsin harada tanış olmaları barədə yazmışdır. Durenin sözlərinə görə, Manenin atası Avqust Mane Palais de Justins adlı mədəniyyət evində işləyirdi. Mane atasının işlədiyi yerə tez-tez gedirdi. Viktorina Möran isə gənc rəssam kimi mədəniyyət evinə gedərkən Mane ilə tanış olmuş və hər iki rəssamın ortaq fikirləri olduğu zamanla məlum olmuşdur.[47] Viktorina Möran Çəmənlikdə səhər yeməyi tablosundan əvvəl bir neçə tablonun çəkilməsində poza vermişdir. Küçə musiqiçisi, Viktorina Möran ispan geyimində, Viktorina Möranın portreti kimi əsərlər Möranın iştirakı ilə çəkilən əsərlərdəndir. Eduard Mane öz tablolarında olan insan təsvirlərini əsasən tanışlarının, yazıçı dostlarının eskizlərindən çəkirdi. Emil Zolyanın portretinin çəkilməsini buna nümunə göstərmək olar. Mane Viktorina Möran istisna olmaqla, heç bir şəxsin eskizi əsasında bir neçə dəfə tablo çəkməmişdir.[48]
1863-cü il Viktorina Möranın yaradıcılığında mühüm yer tutur. Möran Fransada məşhur rəssamlardan hesab olunmurdu. Onun kimi üslubda əsərlər çəkən rəssamların sayı da az deyildi. Bu ildə Möran ilk dəfə olaraq Manenin tabloları üçün çılpaq formada poza verəcəkdi. Çəmənlikdə səhər yeməyi və Olimpiya əsərlərində Möran çılpaq çəkildi. Hər iki əsərin digər bir fərqli cəhəti isə Viktorina Möranın çılpaq olması ilə yanaşı, tək olmaması idi. Çəmənlikdə səhər yeməyi tablosunda Marenutun yanında dayanmış, iki şəhərli kişi obrazını isə Manenin qardaşları canlandırmışdır. Möranın çılpaq çəkildiyi hər iki tabloda qadınların bir-birinə oxşamaması fikri hələ tablonun çəkildiyi illərdə yaranmışdır. İddialara görə, Eduard Mane tablolarda ayrı-ayrı çılpaq qadınlar çəkmişdir. Tənqidçilər də tablolarda təsvir edilən qadınlara diqqətlə baxdıqda, onlar arasında bəzi fərqliliklərin olduğunu təsdiq etmişdir.[49]
Əsərlərdə əsas diqqəti cəlb edən məqam, Çəmənlikdə səhər yeməyi tablosunda Möranın bədəni iri, ağ və kobud təsvir edildiyi halda, Olimpiya tablosunda incə və zərif təsvir edilmişdir. Qadın bədənlərində olan bu cür təzadlara görə Eduard Manenin ayrı-ayrı qadınlardan istifadə etdiyi güman edilir. Eduard Mane son dəfə 1873-cü ildə Viktorina Möranın rəsmini çəkmişdir. Dəmiryolu adlı tabloda Möran gələcək qatarı gözləyərkən təsvir edilir. Beləcə, hər iki rəssam arasında olan əməkdaşlıq sona çatır. Sonralar Viktorina Möran Parisin mərkəzində yerləşən Café de la Nouvelle-Athenes adlı kafedə keçirilən ədəbi məclislərdə iştirak etməyə başlayır. Burada bir sıra nüfuzlu rəssam və muzey direktorları ilə tanış olan Möran öz tablolarını Paris Salonunda sərgilənməsinə nail olur. Eduard Manenin tabloları Paris Salonunda sərgilənməkdən imtina edildiyi halda, Möranın elə də məşhur olmayan əsərləri 1876 və 1885-ci illərdə Paris Salonunda sərgilənmişdir.[50] 1884-ci ildən etibarən, içki düşkünü olan Viktorina Möran Parisin Monmartr səmtində küçədə mahnı oxuyaraq pul qazanmağa başlayır. Marenut sonucu dəfə Paris Salonuda keçirlən tədbirdə 1904-cü ildə iştirak etmişdir.
Əsərin sərgilənməyə başlanması
redaktəƏsər ilk dəfə 1863-cü ildə Rədd edilənlər salonunda sərgilənmişdir.[51] 1878-ci ildə Paris Orkestrının baritonu Jan Batist Feaur 4.000 frank ödəyərək əsəri satın almış və kolleksiyasına qatmışdır.[52] Çəmənlikdə səhər yeməyi 1898-1900-cü illər arasında Paul Durand Ruel, 1900-1906-cı illərdə isə Moreau Nelatonun kolleksiyasında saxlanılmışdır.[53] Əsər 1906-cı ildən sonra Nelaton tərəfindən Luvr muzeyinə bağışlanmışdır. 80 il müddətində Luvr muzeyinin müxtəlif salonlarında nümayiş olunan tablo, 1986-cı ildə Orse muzeyinin açılması ilə buraya göndərildi. Sonrakı illərdə əsər 1884, 1900, 1983, 1991, 1994 və 2005-ci illərdə müxtəlif salonlarda nümayiş edildi.[54] 1983-cü ildə isə nümayiş edilməsi üçün ilk dəfə olaraq xarici ölkəyə Londona aparıldı. Əsər sonuncu dəfə 2008-ci ildə Picasso/Mane: Le Déjeuner sur l'herbe adlı sərgidə kütləvi nümayişə təqdim edilmişdir. Əsər sərgidə Pablo Pikassonun Çəmənlikdə səhər yeməyi əsərinin sağında sərgilənmişdir.[55]
Viktorina Möran ispan geyimində |
Manenin təsirləndiyi əsərlər
redaktəEduard Mane Çəmənlikdə səhər yeməyi əsəri ilə Avropa rəsm tarixində dərin iz bıraxmışdır.[58] Manenin təsirləndiyi əsərlərdən ikisi, Luvr muzeyində saxlanılır. Həmin əsərlədən biri "Fiesta Campestre" əsəridir. Əsərin Corcone aid olduğu ehtimal edilsədə, tarixi mənbələrdə müəllifi kimi Tisian Veçellio göstərilmişdir. Digər əsər isə Rafael Santinin hazırladığı, Markantonio Raimondinin yekunlaşdırdığı "Parisin günahı" adlı qravürdür.[59][60]
Manenin əsəri ilə Tisian Veçellionun Fiesta Campestre əsəri arasında müəyyən oxşarlıq vardır. Hər iki əsərdə iki çılpaq qadın və iki geyimi kişi təsvir edilmişdir. Tizianonun təsvir etdiyi qadınlar pəridir və çılpaq olmaları, qadınların qeyir-adi gücə malik olduqlarını göstərir.[61] XV əsrdə rəssamlar çılpaq qadın rəsimləri çəkməklə, onlara dini məna verməyə çalışırdılar. Mane əvvələrdə "Fiesta Campestre" əsərindən istifadə etmişdir.[62] Tablonu Tisian Veçellio və Rafael Santinin əsərlərindən fərqləndirən əsas cəhət, digər iki əsərdən fərqli olaraq, "Çəmənlikdə səhər yeməyi" heç bir dini məna ifadə etməməsidir.[63] Mane tabloda dini mənanın olmadığını tablonun sərgiləndiyi salonlardada bir neçə dəfə qeyd etmişdir. Mane öz fikirlərinin birində, əsərin dini məzmun daşımadığını əsas planda görünən qadına baxmaqla müəyyən etməyin mümkün olduğunu bildirmişdir.[64] Digər tərəfdən əsərdə fete galante (tablolarda mistik xüsusiyyətlərin təsvir edilməsi) üslubuna yaxın olduğu fikirləridə mövcuddur.
Manenin iki rəssamın hansının əsərinə daha çox üstünlük verməsi barədə müəyyən fikirlər vardır. Yazılı mənbələrdə Manenin özü Tisian Veçellionun əsərlərinin vurğunu olduğunu qeyd etmişdir. Ancaq bu tabloda Rafael Santinin hazırladığı, Markantonio Raimondinin yekunlaşdırdığı "Parisin günahı" adlı qravürdən daha çox istifadə edilmişdir. Hər iki əsərdə olan böyük oşxarlıqlar, Manenin qravürə üstünlük verdiyini təsdiqləyir. Hər iki tabloda təsvir edilmiş çılpaq qadınların oturuşu eynidir. Manenin Rafael Santinin işinə müraciət etməsinin səbəbi onun məşhur şəxs olması deyildi, Rafael tərəfindən yaradılan qadın təsvirləri öz qüsursuzluqu ilə XIX əsrdə bütün Fransada məşhur olmasında idi.[65] Rafael Santi tərəfindən yaradılan əsərlərdə çılpaq qadınlar nadir hallarda tənqiçilərin tənqidlərinə məruz qalırdılar. Bunun səbəbi həmin dövrdə çəkilən cılpaq qadınlar dini əhəmiyyəti ifadə edirdi. Eduard Manenin tablosunda isə heç bir dini məzmunun olmaması, dəfələrlə vurğulanmışdır. Rəssamın özü də bu barədə fikir bildirərək, əsərin dini məna ifadə etmədiyini bildirmişdir. Belə olan halda, tənqidçilər dini məna ifadə etməyən cılpaq qadının yalnız əxlaqsızlığı əks etdirdiyi açıq formada bəyan etdilər. Əsərin pornoqrafiya nümunəsi olması fikri, günü-gündən gücləndiyindən tablonun nümayişinin qadağan olunması barədə tələblər irəli sürülmüşdür.[66][67] İddiaları gücləndirən faktlardan biridə, əsərdə təsvir edilən kişilər real şəxslər olması idi.
Əsərdə real insanların təsvir edilməsi, dövrünün tanınmış şəxslərindən Qustav Qubertə işarə olduğu güman edilir.[68] Eduard Mane, Kurbenin realizm fikrini dəstəkləyirdi. "Çəmənlikdə səhər yeməyi" əsərindədə bəzi realizm çizgiləri mövcuddur. Mane Avropada olan cərəyanları və janrları dərindən bilirdi. Tabloda rənglərin ahəngdarlıqından istifadə edilməsi, Manenin dərin rəssamlıq bilikərindən irəli gəlirdi.[69]
Oxşar tablolar
redaktəEduard Manenin 1863-cü ildə qəbul edilmədiyi Paris Salonunda həmin il iyirmi altı cılpaq qadın rəsmi qəbul edilmişdi.[70] 1861-ci ildə salona otuz iki, 1864-cü ildə isə qırxdan artıq əsər qəbul edilməsi salonun bitərəf mövqeyini şüphə altına alırdı. Salona qəbul edilən ən qalmaqlı əsər isə Aleksandr Kabanel tərəfindən çəkilən "Veneranın doğulması" tablosu olmuşdur.
Tabloda acıq erotik görüntülərin olmasına baxmayaraq, əsərin əxlaqi normalara tam uyğun olması haqqında qərar qəbul edilmişdir.[71] "Çəmənlikdə səhər yeməyi" ilə müqayisə edilən digər iki əsər isə rəssam Qustav Kurbeyə aid Rəssamın iş otağı və Ornasda dəfn tabloları idi.[72] Hər iki rəəsamın yaradıcılığında realizm cərəyanı açıq şəkildə görünür. Eduard Manenin Otun üzərində səhər yeməyi və Qustav Kurbenin Rəssamın iş otağı əsərləri arasında olan oxşarlıqlar barədə Carls Baudelayre 1845-ci ildə yazdığı (fr. De l'héroïsme de la vie moderne Müasir həyatın qəhrəmanlığı) adlı bədii əsərdə qeyd etmişdir.[73] Əsər Paris Salonu tərəfindən qəbul edilən ədalətsiz qərarlarının, tənqidi ilə başlayır. Yazıçı əsərdə təsvir edilən çılpaq qadınların oxşar xüsusiyyətlərini vurğulayır və bəzi mühüm məqamlara toxunur. XIX əsrə aid bəzi mənbələrdə əsərin mifoloji tərəfləri qeyd edilirdi.[74] Bu xüsusiyyətin Rəssamın iş otağı tablosunda olmaması rəssamlar arasında olan müəyyən fərqli düşüncə tərsirinin göstərici hesab edilir. Digər tərəfdən "Çəmənlikdə səhər yeməyi" bütün dövr ərzində Rəssamın iş otağı əsərindən daha məşhur olmuşdur.
"Çəmənlikdə səhər yeməyi" ilə müqayisə olunan bir digər əsər yenə Qustav Kubenin müəllifi olduğu Ornasda dəfn tablosu idi. Tablolar arasında ilk baxışdan heç bir oxşarlıq nəzərə çarpmır. Kurbenin əsərində vəfat etmiş şəxsin Ornasda dəfn edilməsi təsvir edilmişdir. Qadınların ağlaması fonunda, keşişin dua oxuması və dəfn ayinin icra edilməsi görünür. Diqqətdən yayınan tək məqam isə arxa sağ hissədə, xaçdan asılaraq edam edilmiş naməlum şəxsdir. Bu əsərdə Manenin əsəri kimi Paris Salonua qəbul edilərəkən ciddi problemlərlə qarşılaşmışdı. Jüri üzvüləri tablonun hansı janra aid olması haqqında, dəqiq fikirə qəlmədikləri üçün tablonun salona qəbul olunmama ehtimalı böyük idi. Bütün ehtimallara baxmayaraq, "Çəmənlikdə səhər yeməyi"ndən fərqli olaraq əsər salonda sərgilənmiş və nəticədə böyük qalmaqal yaratmışdır.[75] Hər iki əsər arasında əsas oxşarlıq tablolarada realizm cərəyanın üstünlük verilməsidir. Kurbenin əsərində daha çox qəm kədar olduğu halda, Manenin əsərində isə ironiya vardır.
Manenin digər əsərləri ilə müqayisə
redaktəEduard Mane Çəmənlikdə səhər yeməyi əsərindən əvvəl də çılpaq qadınların təsvirlərini çəkmişdir. Çılpaq qadınları ilk vaxtlar hamamxanada təsvir etməyə üstünlük verən rəssamın çəkdiyi ilk tablo da bu baxımdan fərqlənmir. Pəri qızın təəccübüManenin yaradıcılığında iki baxımdan böyük önəmə sahibdir. İlk olaraq bu əsər Manenin nyud janrında çəkdiyi ilk tablo idi. Digər tərəfdən isə tabloda rəssamın həyat yoldaşı Suzanna Lenhof təsvir olunmuşdu. Mane nyud janrında daha iki rəsm əsəri çəkdi. Əsərlərdən biri La Toilette adlı qravür idi.[79] Mane sonrakı çılpaq təsvirli əsərlərində əvvəlki tablolardan fərqli üsluba müraciət etmişdir. Daha çox müasir üsluba üstünlük verən rəssam qısa zaman ərzində növbəti nyud janrlı əsərlərini çəkməyə başladı.[80] Bu tablolara misal olaraq 1869-cu ildə çəkilən Çimərlikdə tablosu modern həyatı əks etdirirdi.[81]
Manenin piknik mənzərəli bir digər tablosu 1861-ci ildə çəkdiyi Balıq ovu adlı əsəridir. Xanımı Suzanna və oğulları Leon ilə birlikdə Mane bu əsərdə öz ailəsini təsvir etmişdir. Balıq ovu tablosunda Hollandiya və İtaliya rəsm məktəblərinin izlərini görmək olar.[82] 1862-ci ildə tamamlanan Tuileriesdə musiqi tablosunda parkda pikniklə məşğul olan bir qrup insan təsvir olunmuşdur. Çəmənlikdə səhər yeməyi əsərini emalatxanasında çəkən Mane Tuileriesdə musiqi əsərini açıq havada çəkmişdir.[83]
Manenin 1860-cı illərdəki ən məşhur və önəmli iki tablosu Çəmənlikdə səhər yeməyi və Olimpia tabloları hesab olunur.[84] Hər iki əsər seksual cəhətlərin ön plana çəkilməsi və yenilikçilik ideyalarını açıq şəkildə təbliğ etdiyi üçün dövründə sərt şəkildə tənqid olunmuşdur.[85] Rəssam məqsədyönlü şəkildə hər iki tabloda hansısa düşüncəni və ya əhvalatı nağıl etməkdən imtina etmişdir.[84] Digər tərəfdən, Monenin həyatda belə bir mənzərə ilə rastlaşması barədə sadəcə mülahizələr vardır.[84]
Hər iki tablo ilə bağlı olan mühün məsələrdən biri də tablolarda orta əsrlərdə çəkilmiş əsərlərə işarə olunmasıdır. Olimpia tablosu Tisian tərəfindən çəkilmiş Urbino Venerası əsəri əsasında çəkilmişdir.[86] Çəmənlikdə səhər yeməyi tablosunu isə Rafael Santinin əsərləri əsasında çəkilmişdir. Mone hər iki əsərində avanqard mədəniyyətin standart üsullarından istifadə edərək, dövrünün mahir rəssamlarının əsərlərini postmodern üslubda yenidən yaratmışdır.[87]
Manenin son tablolarından biri olan Folies-Bergèredə bar əsəri ilə Çəmənlikdə səhər yeməyi əsəri arasında müəyyən oxşarlıqlar vardır. Hər iki əsərdə təsvir olunan qadınların üz cizgiləri bir-biri ilə bənzərlik təşkil edir.[34] Digər tərəfdən, barmen qadının arxasındakı güzgüdən görünün kütlə Çəmənlikdə səhər yeməyi tablosundakı personajların arxasındakı mənzərə ilə qarşılaşdırıldığında rəssamın üslubunun dəyişdiyi görünür.[34] Sərt xəttlər və aydın şəkildə göstərilmiş mənzərə öz yerini detalları dəqiq göstərilməyən, bulanıq şəkildə göstərilmiş kütləyə verir.[34] İki tablo arasında olan bu fərqlilik Monenin 1863 və 1881-ci illərdəki rəsmə baxış bucağının dəyişdiyini göstərir.
Pablo Pikasso və Çəmənlikdə səhər yeməyi
redaktəPablo Pikasso Qustav Kurbe, Ejen Delakrua, Edqar Deqa, Pyer-Ogüst Renuar və Pol Sezann kimi XIX əsr rəssamlarından təsirlənmiş və onların əsərlərini öz əlavələrini edərək yenidən çəkmişdir.[88] Ancaq bütün rəssamlar arasında Pablo Pikassonu diqqətini Mane və onun Çəmənlikdə səhər yeməyi əsəri çəkmişdir.[88] Pikasso Çəmənlikdə səhər yeməyi tablosunun 27 fərqli versiyasını və 140 eskizini çəkmiş, üç kardon maketini hazırlamışdır.[89][90]
Pikasso bu tablo ilə ilk dəfə 1932-ci ildə maraqlanmağa başlamışdır. Rəssamın dostuna yazdığı bir məktubda Çəmənlikdə səhər yeməyi tablosundan bəhs etdiyi məlumdur.[91] Pikasso Çəmənlikdə səhər yeməyi əsərində çox təsirlənmişdi. Bu səbəbdən öz Çəmənlikdə səhər yeməyi əsərini çəkməyə qərar verdi. Bu baxımdan Pikassonun ilk cəhti 1954-cü ilin 26 iyun-29 iyun tarixlərində oldu. Bu müddət ərzidə Pikasso dörd ədəd Çəmənlikdə səhər yeməyi tablosunun eskizini hazırladı.[91] Pikasso ilk eskizlərində Manenin üslubuna toxunmadan işləyir, bir növ mövcud əsərin sürətini çıxarırdı. 1959-cu ildə doqquz eskiz daha hazırlayan Pikasso 1960-cı ildə ilk Çəmənlikdə səhər yeməyi əsərini çəkməyə başladı. O, digər nümunələrdə tabloda təsvir olunmuş şəxslərin yerlərini dəyişdirdi, rənglərlə oynadı və ən əsası təsvir olunan qadını kök göstərdi. 1961-ci ildə çəkilən növbəti tabloda Pikasso kişiləri Şaxta baba paltarında göstərmiş, daha sonrakı eskizdə isə bütün personajları çılpaq təsvir etmişdir. Pikasso hər üç şəxsin saç və geyimlərində müxtəlif dəyişikliklər aparmışdır. Bununla da, həmin dövrə qədər mövcud olmayan Çəmənlikdə səhər yeməyi tabloları yaranmışdır.[92]
Pikassonun bir neçə dəfə Çəmənlikdə səhər yeməyi mövzusunda işləməsinin bir neçə səbəbi vardı. Bu səbəblərdən ən önəmlisi o idi ki, Pikasso bu əsəri gördüyü əsərlərdən tamamilə fərqləndirir və bunu adi bir rəssam işi kimi qəbul etmirdi. Pikasso özü də etiraf edirdi ki, ən yaxşı Çəmənlikdə səhər yeməyi əsərini Mane çəkib, bu baxımdan Pikassoda müəyyən bir qısqanclıq da vardı.[93] Mane tərəfindən çəkilən rəsmdə anlaşılmaz sirr, rəsmdə təsvir olunan məkanın gizliliyi, rənglərin ahəngi və yüksək zövq vardır. Ancaq Pikassonun bu qəbildən olan əsərlərində narahatlıq , mərhəmətsiz bağışlar, sərtlik və zalımlıq görünür.
1970-ci ilin 5 aprel tarixində Pablo Pikasso mövzu ilə bağlı son qravür əsərini çəkərək Çəmənlikdə səhər yeməyi mövzusunu yekunlaşdırdı. Pikassonun bu əsər üzərində bu qədər çox çalışmasının səbəblərindən biri kimi Manenin bu əsərlə özünə qədər olan rəssamları geridə qoyması və yeni bir mədəni cərəyan yaratması göstərilmişdir.[94]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 JocondeLab. 2014.
- ↑ Rəssamlar və Qadınlar. Metu Press, 2003. Səhifə 18
- ↑ Farthing, Stephen. Ölmədən əvvəl baxılmalı 1001 rəsm əsəri. Carette Kitabları. Avqust 2007. Səhifə 436. ISBN 978-975-92722-9-6
- ↑ Sérullaz, 1991. səh. 123
- ↑ Magalhaes, Roberto Carvalho. Möhtəşəm sənət əsərləri. Alfa kitab evi, 2008. Səhifə 832. ISBN 978-975-297-994-9
- ↑ 1 2 Walther, 1992. səh. 491
- ↑ White, Nicholas. The Family in Crisis in Late Nineteenth-century French Fiction. Cambridge University Press, 1999. ISBN 978-0-521-56274-4
- ↑ Rubin, James Henry. Manet's silence and the poetics of bouquets. Harvard University Press, 1994. Səhifə 47. ISBN 978-0-674-54802-2
- ↑ Brombert, Beth. Edouard Manet: Rebel in a Frock Coat. University of Chicago Press, 1997. Səhifə 125.ISBN 978-0-226-07544-0
- ↑ Brombert, Beth. Edouard Manet: Rebel in a Frock Coat. University of Chicago Press, 1997. Səhifə 131. ISBN 978-0-226-07544-0.
- ↑ Mauclair, Camille. The French Impressionists (1860-1900). BiblioBazaar, LLC, 2008. ISBN 978-0-554-28887-1
- ↑ Acton, Mary. Learning to look at modern art. Routledge, 2004. Səhifə 29. ISBN 978-0-415-23811-3
- ↑ Harris Jonathan P., Greenberg Clement, Fried Michael, Clark Timothy J. Writing back to modern art: after Greenberg, Fried, and Clark. Routledge, 2005. Səhifə 57. ISBN 978-0-415-32429-8.
- ↑ Discogs album cover Arxivləşdirilib 2020-12-02 at the Wayback Machine, accessed 2010-09-05.
- ↑ 1 2 Wittel Betina, Hermesch Robert, Breaux T. A. Absinthe, Sip of Seduction: A Contemporary Guide. Fulcrum Publishing, 2008. ISBN 978-1-933108-21-6. Sayfa 11
- ↑ 1 2 3 4 Strickland, Boswell, 1992. səh. 101
- ↑ 1 2 Sabbeth, Carol. Monet and the Impressionists for Kids: Their Lives and Ideas, 21 Activities. Chicago Review Press, 2002. Səhifə 7 ISBN 781556523977.
- ↑ 1 2 Lanier, Doris. Absinthe, the Cocaine of the Nineteenth Century: A History of the Hallucinogenic Drug and Its Effect on Artists and Writers in Europe and the United States. McFarland, 2004. ISBN 978-0-7864-1967-8. Sayfa 101
- ↑ Condra, Jill. The Greenwood Encyclopedia of Clothing Through World History: 1801 to the present. Greenwood Publishing Group, Səhifə 32 2008
- ↑ 1 2 Hadot, Chase, 2006. səh. 63
- ↑ Kern, 1992. səh. 76
- ↑ Nochlin, 2006. səh. 80
- ↑ Armstrong, 2002. səh. 150
- ↑ Bossy Michael-Andre, Brothers Thomas, McEnroe John-Craig. Artists, Writers, and Musicians: An Encyclopedia of People Who Changed the World . Oryx Press, 2001. Səhifə 116. ISBN 978-1-57356-154-9.
- ↑ 1 2 Gardner, Mamiya, 2005. səh. 70
- ↑ Harries, Karsten. Meaning of Modern Art. Northwestern University Press, 1979. ISBN 9780810105935. Sayfa 78
- ↑ Salvi Francesco, Galante L.R., Ricciardi Andrea, Ashley Susan. The Impressionists. The Oliver Press, Inc., 2008. ISBN 978-1-934545-03-4. Salvi 47
- ↑ 1 2 Kern, 1992. səh. 77
- ↑ Nochlin58
- ↑ 1 2 Nochlin, 2006. səh. 58
- ↑ Katz Robert, Celestine Dars. The Impressionists Handbook. Sterling Publishing Company, Inc., 1999. ISBN 978-1-58663-752-1.
- ↑ 1 2 3 "Otun üzərində səhər yeməyi Orse muzeyində". 2016-02-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-21.
- ↑ Kroneggar, Tymieniecka, 1994. səh. 234
- ↑ 1 2 3 4 5 6 Cunnigham, Reich, 2005. səh. 330
- ↑ Gunderson, 1998. səh. 12
- ↑ Reuter, Peter. Der große Reuter. Birkhäuser ISBN 978-3-540-25104-0.
- ↑ 1 2 Hadot, Chase, 2006. səh. 64
- ↑ Strickland, Boswell, 1992. səh. 100
- ↑ McLeave, Hugh. A Moment of Truth: The Life of Zola. C&M Online Media, Inc., 2001. Səhifə 61. ISBN 978-0-917990-32-8
- ↑ 1 2 Williams, 2004. səh. 131
- ↑ Alexander, Victoria D. Sociology of the arts: exploring fine and popular forms. Wiley-Blackwell, 2003. ISBN 978-0-631-23040-3
- ↑ Sérullaz 1991,
- ↑ Lewis, Pericles. The Cambridge Introduction to Modernism. Cambridge University Press, 2007. ISBN 978-0-521-82809-3
- ↑ Lewis, Pericles. The Cambridge Introduction to Modernism. Cambridge University Press, 2007. ISBN 978-0-521-82809-3
- ↑ Jiminez Jill Berk, Banham Joanna. Dictionary of Artists' Models. Taylor & Francis, 2001. ISBN 978-1-57958-233-3
- ↑ Həmçinin baxın:Commons'ta Victorine Meurent
- ↑ Locke, Nancy. Manet and the Family Romance. Princeton University Press, 2003. Səhifə 68.ISBN 978-0-691-11484-2
- ↑ Florence, 2004. səh. 74
- ↑ Paul Hayes Tucker, Manet's Le Déjeuner sur l'herbe, Cambridge University Press, 1998, pp.12-14. ISBN 0-521-47466-3.
- ↑ Streiter, Terry W. Nineteenth-century European art: a topical dictionary. Greenwood Publishing Group, 1999. Səhifə 143. ISBN 978-0-313-29898-1
- ↑ Streiter, Terry W. Nineteenth-century European art: a topical dictionary. Greenwood Publishing Group, 1999. Səhifə 55. ISBN 978-0-313-29898-1.
- ↑ Streiter, Terry W. Nineteenth-century European art: a topical dictionary. Greenwood Publishing Group, 1999. ISBN 978-0-313-29898-1
- ↑ "Eserin Orsay Müzesi'ndeki sayfası". 2014-01-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-24.
- ↑ Armstrong, 2002. səh. II
- ↑ "Arxivlənmiş surət". 2014-01-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-24.
- ↑ Jeffares, Alexander Norman. Yeats the European. Rowman & Littlefield, 1989. ISBN 978-0-389-20875-4
- ↑ Cumming, Robert. Sanat. İnkılap Yayınları, 2008. ISBN 9751027191
- ↑ "Orse muzeyində tablo ilə əlaqəli keçid". 2016-02-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-21.
- ↑ Rubin, James Henry. Manet's silence and the poetics of bouquets. Harvard University Press, 1994. Səhifə 47. ISBN 978-0-674-54802-2
- ↑ Brombert, Beth. Edouard Manet: Rebel in a Frock Coat. University of Chicago Press, 1997. Səhifə 125.ISBN 978-0-226-07544-0
- ↑ Armstrong 2002, (book)
- ↑ Nochlin, 2006. səh. 63
- ↑ Williams, Robert. Art theory: an historical introduction. Wiley-Blackwell, 2004. ISBN 978-1-4051-0707-5.
- ↑ Janson, Janson, 2003
- ↑ Hall, Marcia B. The Cambridge Companion to Raphael. Cambridge University Press, 2005. ISBN 978-0-521-80809-5
- ↑ Buser, 2005. səh. 415
- ↑ Kroneggar, Tymieniecka, 1994. səh. 415
- ↑ Buser 2005
- ↑ Buser, 2005. səh. 416
- ↑ Nochlin, 2006. səh. 61
- ↑ Rosenblum, Robert (1989). Paintings in the Musée d'Orsay. New York: Stewart, Tabori & Chang. ISBN 1-55670-099-7
- ↑ Cunnigham, Reich, 2005. səh. 55
- ↑ Barber Benjamin R., McGrath Michael J. Gargas. The Artist and political vision. Transaction Publishers, 1981. ISBN 978-0-87855-380-8. Sayfa 40
- ↑ Janson & Janson 2003
- ↑ Williams, 2004. səh. 130
- ↑ Brombert, Beth. Edouard Manet: Rebel in a Frock Coat. University of Chicago Press, 1997. ISBN 978-0-226-07544-0
- ↑ Spence, David. Manet. Alkım Yayınları, 2001. ISBN 975-337-179-9
- ↑ Rubin, James Henry. Manet's silence and the poetics of bouquets. Harvard University Press, 1994. ISBN 978-0-674-54802-2. Sayfa 82
- ↑ Nochlin, 2006. səh. 67
- ↑ Nochlin, 2006. səh. 72
- ↑ Noklin 72
- ↑ Armstrong, 2002. səh. 25
- ↑ Armstrong, 2002. səh. 125
- ↑ 1 2 3 Fulcher, Jane F. Debussy and his world. Princeton University Press, 2001. ISBN 978-0-691-09042-9
- ↑ Bossy Michael-Andre, Brothers Thomas, McEnroe John-Craig. Artists, Writers, and Musicians: An Encyclopedia of People Who Changed the World . Oryx Press , 2001. ISBN 978-1-57356-154-9. Sayfa 207
- ↑ Meecham Pam, Sheldon Julie. Modern art: a critical introduction. Routledge, 2005. ISBN 978-0-415-28194-2
- ↑ Meecham Pam, Sheldon Julie. Modern art: a critical introduction. Routledge, 2005. ISBN 978-0-415-28194-2.
- ↑ 1 2 Orse Muzeyinin rəsmi internet səhifəsi[ölü keçid]
- ↑ Meecham Pam, Sheldon Julie. Modern art: a critical introduction. Routledge, 2005. ISBN 978-0-415-28194-2. Sayfa 85
- ↑ Picasso: Challenging the past. Londra Ulusal Galerisi sergi kitabı. sayfa 116
- ↑ 1 2 Orsay Müzesi resmi sitesi[ölü keçid], sayfa 2
- ↑ Orsay Müzesi resmi sitesi[ölü keçid], sayfa 3
- ↑ Lopes, Dominic. Understanding pictures. Oxford University Press, 2004. ISBN 978-0-19-927203-7. Sayfa 216
- ↑ Orsay Müzesi resmi sitesi[ölü keçid], sayfa 4
Ədəbiyyat
redaktə- Aronson, Marc, Art attack: a short cultural history of the avant-garde, Houghton Mifflin Harcourt, 1998, ISBN 978-0-395-79729-7
- Buser, Thomas, Experiencing art around us, Cengage Learning, 2005, ISBN 978-0-534-64114-6
- Cunnigham, Lawrence; Reich, John, Culture and values: a survey of the humanities, Cengage Learning, 2005, ISBN 978-0-534-58229-6
- Florence, Penny, Sexed universals in contemporary art, Allworth Communications, Inc., 2004, ISBN 978-1-58115-313-2
- Gardner, Helen; Mamiya, Christin J., Gardner's art through the ages: the western perspective, Cengage Learning, 2005, ISBN 978-0-495-00478-3 (#redundant_parameters); (#redundant_parameters)
- Gunderson, Jessica, Impressionism, The Creative Company, 2008, ISBN 978-1-58341-611-2
- Hadot, Pierre; Chase, Michael, The veil of Isis: an essay on the history of the idea of nature, Harvard University Press, 2006, ISBN 978-0-674-02316-1
- Harris, Jonathan P.; Greenberg, Clement; Fried, Michael, Writing back to modern art: after Greenberg, Fried, and Clark, Routledge, 2005, ISBN 978-0-415-32429-8
- Janson, Horst Woldemar; Janson, Anthony F., History of art: the Western tradition, Prentice Hall, 2003, ISBN 978-0-13-182895-7
- Jones, Caroline A., Machine in the Studio: Constructing the Postwar American Artist, University of Chicago Press, 1998, ISBN 978-0-226-40649-7
- Kern, Stephen, The culture of love: Victorians to moderns, Harvard University Press, 1992, ISBN 978-0-674-17959-2
- Kern, Stephen, Eyes of love: the gaze in English and French paintings and novels, 1840-1900, Reaktion Books, 1996, ISBN 978-0-948462-83-2
- Kroneggar, Marlies; Tymieniecka, Anna-Therasa, Allegory old and new: in literature, the fine arts, music, and theatre, and its continuity in culture, 1994, ISBN 978-0-7923-2348-8
- Nochlin, Linda, Bathers, bodies, beauty: the visceral eye, Harvard University Press, 2006, ISBN 978-0-674-02116-7
- Sérullaz, Maurice, İmpressionizm Ensiklopediyası, Rəmzi Kitabevi, 1991, ISBN 9751402516
- Strickland, Carol; Boswell, John, The annotated Mona Lisa: a crash course in art history from prehistoric to post-modern, Andrews McMeel, 1992, ISBN 978-0-8362-8005-0
- Walther, F.; Suckale, Robert; Eschenburg, Barbara; Wundram, Manfred, Masterpieces of Western Art: A History of Art in 900 Individual Studies from the Gothic to the Present Day, Taschen, 2002, ISBN 978-3-8228-1825-1
- Armstrong, Carol, Manet Manette, Yale University Press, 2002, ISBN 978-0-300-09658-3
Xarici keçidlər
redaktə- Orse muzeyinin rəsmi internet səhifəsində "Çəmənlikdə səhər yeməyi" Arxivləşdirilib 2016-02-03 at the Wayback Machine
- Orse muzeyinin rəsmi internet səhifəsində Manenin "Le Déjeuner sur l'herbe" əsəri.[ölü keçid]
- Le Déjeuner sur l'herbe — Internet Movie Database saytında