Cemberekend Qebiristanligi - Wikipedia
Çəmbərəkənd qəbiristanlığı — Azərbaycanın Bakı şəhərində 1939-cu ilə qədər mövcud olan qəbiristanlıq.[1] Qəbirstanlıqda 1883-cü il iyuluna kimi şəhər sakinlərini dəfn edilirdi. Qəbiristanlıq Bakı qəsrinin cənub-qərb hissəsində, Bakının ətrafı olan Çəmbərəkənd kəndinin şərqindəki, Bakının şimal-şərq yamacında, Pirvənzərə kimi tanınan yerdə yerləşirdi.
Qəbiristanlıq | |
Çəmbərəkənd qəbiristanlığı | |
---|---|
Ölkə | Azərbaycan |
Yerləşdiyi yer | Bakı |
40°21′36″ şm. e. 49°49′56″ ş. u.HGYO | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Şəhər mühəndisi polkovnik Nikolay fon der Nonne tərəfindən tərtib olunmuş 1899-cu il Bakı şəhərinin planında qəbiristanlıq üç hissədən ibarətdir: şimalda köhnə müsəlman, mərkəzidə köhnə Erməni Həvari və cənubda köhnə pravoslav qəbiristanlıqlar. Çəmbərəkənd qəbiristanlığından Aşağı Çəmbərəkənd küçəsi ayırırdı.[2]
Tarixi
redaktəErkən tarixi
redaktə1820-ci illərdə qəbiristanlıq şəhərin kənarında, qala divarlarının arxasında yerləşirdi. Lakin vaxt keçdikcə, şəhər böyüyməyə başladı və divardan kənara çıxdıqdan sonra, Çəmbərəkənd qəbiristanlığı şəhərin yaşayış binaları arasında qaldı.[3] Memar Lev İlyinin sözlərinə görə, qədim zamanlardan bu qədim qəbiristanlıq qədim şəhər qalasının qərbindəki Çəmbərəkənd yaxınlığındakı təpələrə yerləşirdi.[4] Onlar teraslarla dağlıq platoya yüksəlib və qatlarda yerləşirdi. Daha sonrakı qəbiristanlıqlar — erməni və rus qəbiristanlıqları — şəhər üzərində məkanları tutmuşdur.[4]
Ehtimal olunur ki, qəbiristanlığın bu ərazisində və qala üçün birbaşa bitişik bir sıra məzarların olması, müdafiə məqsədləri səbəbindən inşa olunmayıb. Lakin 1855-ci ilin planında qəbiristanlıq artıq "köhnə" adlanırdı, mövcud Şəhidlər Xiyabanının aşağında isə yeni bir qəbiristanlıq göstərilirdi, harada ki, köhnə qəbiristanlığın köçürülməsi və bu ərazinin azad edilməsi nəzərdə tutulmuşdu.[5][6]
Qəbiristanlığın köçürülməsi məsələsi
redaktə1882-ci il tarixli Bakının "Kaspi" qəzetinin avqust sayında qeyd olunurdu ki, yaşayış binalarının yaxınlığında qəbiristanlığın yerləşməsi əhaliyə zərərlidir.[3] Qəzet xüsusilə qeyd etdi ki, qəbiristanlıq, xüsusən də rus qəbiristanlığı, xarici şəhər evlərinin damlarından başlayır və qəbiristanlığa girmək üçün ilk evin əsas pilləsindən sonuncu pilləsinə kimi gedib, məzarları adlamaq üçün kifayətdir və ya, bu evlərin hər birinin damından kiçik bir addım attıb, qəbiristanlığa girmək olar.[4]
Bir çox sakinlər qəzetin müxbirlərinə məlumat vermişdilər ki, qızmar havada cəsədlərin parçalanmasından güclü qoxu gəlirdi.[7] Qəzetdə qeyd olunurdu ki, qəbiristanlıqda epidemiya xəstəliklərindən ölənlər üçün xüsusi bir şöbə yox idi. Qəzetin jurnalistləri təklif edirdi ki, qəbiristanlıq üçün eyni dağın arxasında yeni bir yer verilsin, hansının ki, yamacında Çəmbərəkənd qəbiristanlığında yerləşir.[7]
Qəbiristanlığın bağlanması və sökülməsi
redaktə27 sentyabr 1882-ci ildə Bakı Şəhər Dumasının ikinci müntəzəm iclası Çəmbərəkənd qəbiristanlığının yeni bir yerə köçürülməsi məsələsi müzakirə olunurdu. Yeni yer qəbiristanlığın arxasında idi.[1]
"Kaspiy" qəzetinin 1883-cü il tarixli sayında Bakı Şəhəri Hökuməti Sanitar Şuranın qərarı və Bakı Şəhəri Dumasının hökmü ilə Bakının şəhərində yerləşən Çəmbərəkənd qəbiristanlığının yanında olan bütün müsəlman və xristian qəbiristanlıqları əbədi olaraq bağlanıldığını elan olunmuşdu. Yeni dəfnlər Çəmbərəkəndin yuxarısındakı yeni seçilmiş Pirkən-Zarı (Pirvənzərə) dağlıq ərazisində yerlərdə olmalı idi. Köhnə qəbiristanlıqlarda ölülərin dəfni ciddi qadağan olunmuşdu.[8]
1910-cu illərin əvvəllərində, qəbiristanlığın müsəlman hissəsində, müsəlman din məktəbi "Səadət" üçün bir bina tikmək qərarı alındı. Memar Zivər bəy Əhmədbəyov layihəni hazırladı və cümə gününün birində qəbiristanlıqda insanlar toplaşdı. Axund dua oxuduqdan sonra, mərhumların yaxınları və yoldaşları qalıqları Dağüstü qəbiristanlığına köçürdülər, boş qəbirlər yerlə bərabərləşdirildi və 1912-ci il dekabrın 23-də məktəb binasının təməli qoyuldu.[9][10]
XX əsrin 30-cu illərin ilk yarısında Çəmbərəkənd və Dağüstü qəbiristanlığları tam söküldü və onların yerində parklar salındı. Xüsusilə, Çəmbərəkənd qəbiristanlığında yerində Çəmbərəkənd bağı var idi. Daha sonra bu ərazidə Bakı funikulyoru, Yaşıl Teatr, Gülüstan Sarayı və bəzi yaşayış binaları tikilmişdir.
İstinadlar
redaktə- ↑ 1 2 Статья о перенесении кладбища // Каспий : газета. — 1882. — 29 сентября (№ 105).
- ↑ План существующего и проектированного расположения губернского города Баку. 1898–1900 / составитель полковник Фон-дер Нонне. — Б.: Государственный коммитет Азербайджанской Республики по геодезии и картографии, 1992.
- ↑ 1 2 Нечто о "граде мёртвых" // Каспий : газета. — 1882. — 27 августа (№ 91)
- ↑ 1 2 3 Ильин Л. А. Элементы архитектуры // Наши достижения : журнал. — 1935. — № 4. — С. 147.
- ↑ Саламзаде А. Градостроительство Азербайджана в XVI–XIX вв. // Искусство Азербайджана. — 1959. — Т. VII. — С. 180.
- ↑ Усейнов М. А., Саламзаде А. В., Бретаницкий Л. С. История архитектуры Азербайджана. — М.: Госстройиздат, 1963. — С. 363. — 396 с.
- ↑ 1 2 Нечто о "граде мёртвых" // Каспий : газета. — 1882. — 29 августа (№ 92).
- ↑ Объявление Бакинской городской управы о закрытии кладбища // Каспий : газета. — 1883. — 22 июня (№ 69).
- ↑ Закладка здания "Саадет" // Каспий : газета. — 1912. — 23 декабря.
- ↑ Сулейманов М. Дни минувшие. — Б.: Азернешр, 1990. — С. 159. — 344 с.