Cenbil - Wikipedia
Çənbil xanım və ya Çənbil xatun - türk mifologiyasında dağ ilahəsi. Çembil (Çenbil, Cenbil) olaraq da adlandırılmışdır. Koroğlu dastanındakı Çenlibel (Çamlıbel) dağ adıyla yaxından əlaqədardır. Koroğlunu qoruyan bu dağ ilahəsi zaman içərisində bir yer adına çevrilmişdir. Azərbaycanlıların Koroğlu dastanında Çenlibel olaraq keçən dağ Anadoluda Çamlıbelə çevrilmişdir. Cembil bəzən də Koroğlunun anasının adı olaraq qarşımıza çıxar. Bir başqa nöqteyi-nəzərdən, tərs məntiqlə , onu var edən yerlərə köçən zaman ərzində şəxsiyyət verib anası halına gətirilməsi olaraq da ələ alına bilər. Daha sonra dara düşdükdə bu dağlara sığınmışdır. Dağ, su və ağac kimi bütün müqəddəs ünsürlər burada toplanmışdır.
Etimologiya
redaktə(Çin / Çim / Çen / Çem) kökündən törəmişdir. Günəşin doğulduğu yer kimi mənaları vardır. Çın/Çin sözü həqiqət mənasını verər. Türkcənin müxtəlif dillərində Çüme/Çimeli/Çümeli və qədim tunquscada Çime, qarışqa deməkdir və torpaq altında yaşamaqla əlaqəlidir.
Mənbə
redaktə- Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0) (türk.)