Cengelebenzer Vezi - Wikipedia
Çəngələbənzər vəzi ya timus (lat. thymus) — 15 yaşınadək uşaqlarda olur, sonra reduksiya edərək piy toxuması ilə əvəz olunur, odur ki, uşaqlıq dövrü vəzilərindən hesab olunur. Endokrin sisteminin bronxiogen vəzilərdəndir.
Çəngələbənzər vəzi Timus | |
---|---|
| |
| |
Latınca | Thymus |
Qrey | 274 subyekt = 274 1273 |
Sistem | Endokrin |
Üzv | Daxili sekresiya vəziləri |
Arteriya | lat. aa. thoracicae internae, rami mediastinales et a. pericardiacophrenica, rami thymici |
Vena | lat. vv. interlobularis, vv. thymicae |
Sinir | Azan sinir – lat. rr. thymici; plexus thoracicusinternus |
Limfa | Ortadivar limfa düyünlərinə toplanır |
Embrional | III udlaq cibi |
MeSH | Thymus+gland |
Dorlands/Elsevier | Thymus |
Vikianbarda əlaqəli mediafayllar |
Çəngələbənzər vəzinin şəkli müxtəlifdir – gah qısa, qalın, gah uzun, və ensiz olur; embrional dövrdə rəngi çəhrayı, uşaqlarda boz və çəhrayı , böyüklərdə piy toxuması ilə əvəz olunduğu üçün sarımtıl olur. yeni doğulmuşda çəkisi 10-15 q, uzunluğu 5-6 sm, eni (aşağı tərəfdə) 2-4 sm və qlınlığı 1-1,5 sm-dır. Qızlarda çəngələbənzər vəzi oğlanlarınkindən kiçik olur.
Quruluşu
redaktəÇəngələbənzər vəzi iki asimmetrik hissədən. sağ və sol paydan – lat. lobus dexter et sinister ibarətdir. Binlar bir -birilə ancaq piy toxuması ilə birləşmişdir, beləliklə bunların hər birini ayrı-ayrı üzv hesab etmək olur. Aşağı tərəfdən sağ və sol paylar bir-birinə çox yaxındır, yuxarı tərəfdən isə ayrılaraq çəngəl ucuna bənzər buynuzlar əmələ gətirir. Xarici səthləri nazik elastik lifli birləşdirici toxuma qişası ilə örtülüdür; bu qişadan vəzin daxilinə doğru arakəsmələr grdərək onu bir çox paycıqlara – lat. lobi thymi bölür. Çəngələbənzər vəzi iki maddədən təşkil olunmuşdur; açıq rəngli beyin maddə və tünd rəngli qabıq maddə. Beyin maddə vəzinin mərkəzi ilə yuxarıdan aşağıya doğru gedərək qaytan kimi yol təşkil edir və hər bir paycığa şüa kimi saçaqlar verir. Xaricdən isə qabıq maddə ilə əhatə olunmuşdur. Bu maddələrin hər ikisi hüdudsuz olaraq bir-birinə qarışır, ancaq quruluşca fərqləri bundadır ki, qabıq maddədə hüceyrələrin miqdarı çoxdur, beyin maddədə isə əksinə, azdır. Beyin maddədə olan hüceyrələr konsentrik surətdə bir-birinin üzərinə toplaşaraq Hassal cisimcikləri adlanan yığıntılar təşkil edir.
Yerləşməsi
redaktəÇəngələbənzər vəzi döş qəfəsində, orta divarın yuxarı hissəsində, lat. area thymica adlanan sahədə yerləşmişdir. Yuxarı ucu lat. spatium pretracheale sahəsində yerləşərək, qalxanabənzər vəziyədək və aşağı ucu IV qabırğa qığırdağınadək çatır. Bu ön tərəfdən – döş sümüyünün dəstəsilə, yan tərəfdən – ağciyər ilə, arxa tərəfdən – ürək kisəsinin yuxarı hissəsi ilə və böyük damarların başlayan ucları ilə (lat. arcus aortae, vv. brachiocephalicae dextra et sinistra və yuxarı boş vena ilə) əhatə olunmuşdur. Çəngələbənzər vəzi ürək kisəsi və orta divar plevrasına möhkəm bitişmişdir, döş sümüyünə boş birləşdirici toxuma vasitəsilə zəbt olunmuşdur.
İnkişaf və anomaliyaları
redaktəİnkişafı
redaktəÇəngələbənzər vəzi bronxiogen vəzilərdən olub, 6 mm uzunluğunda olan embrionda III udlaq cibindən inkişaf edir. İlk dəfə bunun mayası qovuqcuq şəklində olur; tez bir zamanda bu qovuqcuq kaudal tərəfə doğru böyüyür, mənfəzi itir. Əvvəlcə çəngələbənzər vəzininmaysı inkişaf etdiyi mənbə ilə epitel axacaq – lat. ductus thymopharyngeus vasitəsilə rabitədə olur, sonradan bu axacaq reduksiya edir və vəzinin mayası zolaq şəklini alır. Bu zolağın kaudal hissəsi çox qalınlaşır, kranial hissəsi isə nazik qalır, yəni zəif inkişaf edir, nəhayət mayanın kranial (boyun) hissəsi (lat. thymus cervicalis) reduksiya edir; kaudal (döş) hissəsi inkişafa davam edir və son çəngələbənzər vəzini (lat. thymus thoracicus) təşkil edir. sağ və solmayalar aşağı (kaudal) tərəfə yerlərini dəyişməklə, yəni enmə – lat. descensus thymi prosesini keçirməklə bərabər orta xəttə yaxınlaşır və bir-birilə birləşir; nəticədə tək çəngələbənzər vəzi meydana çıxır. IV udlaq cibinin epitelindən də bir epitel tumurcuq meydana çıxır; adətən, bu tumurcuq (maya) reduksiya olur, çox nadir hallarda inkişafa davam edib lat. parathymus adlanan törəmə şəklində qalır və qalxanabənzər vəzinin daxilində yerləşir.
Anomaliyaları
redaktəÇəngələbənzər vəzinin anomaliyalarından boyun çəngələbənzər vəzinin (lat. thymus cervicalis) qalmasına və ya əlavə çəngələbənzər vəzinin (lat. thymus accessorius) meydana çıxmasına təsadüf edilir. lat. Thymus cervicalis təsadüf edərsə, sağ və sol paylardan başlayıb yuxarıya qalxır və qalxanabənzər vəzinin boğazına çatır. lat. thymuc accessorius ayrıca paycıqlardan təşkil olaraq, çəngələbənzər vəzinin qonşuluğunda və ya qalxanabənzər vəzinin daxilində təsadüf olunur. Bu növ anomaliya insanda çox az təsadüf edilir. Bəzən çəngələbənzər vəzi anadangəlmə olaraq tamamilə inkişaf etmir.
Yaş xüsusiyyətləri
redaktəÇəngələbənzər vəzi uşaqlarda həddi-büluğ dövrünədək (15 yaşınadək) inkişaf edir. Yeni doğulmuş uşaqda çəkisi 10-15 q olur; həddi-büluğ dövründə çəkisi 35-40 q-a çatır. Bu dövrdən sonra yavaş-yavaş reduksiya etməyə başlayır, paycıqların həcmi kiçilir, parenxim azalır və piy toxuması ilə əvəz olunur. 25 yaşında çəngələbənzər vəzinin çəkisi 25 q-a düşür, 60 yaşında 15 q-a, 70 yaşında 6 q-a bərabər olur. Qocalarda çəngələbənzər vəzi bir parça piy toxumasından başqa bir şey deyildir; bunun daxilində parenximdən yalnız xırda qalıqlara təsadüf edilir.
Vaskulyarizasiya və innervasiyası
redaktəÇəngələbənzər vəzi qanı (lat. rami thymici) döş qəfəsinin daxili arteriyalarından (lat. aa. thoracicae internae) və onun şaxələrindən (lat. rami mediastinales et a. pericardiacophrenica), aşağı qalxanabənzər arteriyalardan alır. Bunlar arakəsmələri təqib edərək paycıqlara daxil olur və qabıq maddədə kapillyar toru təşkil edir. Buradan venoz qan paycıqarası venalar – lat. vv. interlobularis vasitəsilə lat. vv. thymicae adlı damarlara toplanır. Bu venaların bir qismi arteriyalara uyğun venalar və digər qismi sol bazu-baş venasına açılır. Çəngələbənzər vəzi azan sinirlərdən gələn şaxələrlə (lat. rr. thymici) və lat. plexus thoracicus internus adlı simpatik kələfdən çıxan şaxələr ilə innervasiya olunur. Kapsulu diafraqma və boyun sinirlərindən gələn şaxələrlə təchiz olunur. Çəngələbənzər vəzidən gələn limfa ortadivar limfa düyünlərinə toplanır.
Vəzifəsi
redaktəUşaq anadan olandan sonra çəngələbənzər vəzi öz vəzifəsini ifa etməyə başlayır və cinsiyyət vəziləri yetişdikdə vəzifəsindən qalır; çünki onlar bu vəzini antoqonist üzvlər kimi tormozlayır. Cavan heyvanların çəngələbənzər vəzini çıxartdıqda, skeletləri yumuşalmağa başlayır və boyatmadan qalır. Bu vəzi turşuların əmələ gəlməsinə mane olur və artıq miqdarda əmələ gələn turşuları neytrallaşdırır. Sümüklərdə kalsium duzlarının çökməsini və boyatma prosesini tənzim edir. Çəngələbənzər vəziniçıxartdıqdan sonra zahir olan əlamətlərə lat. cachexia thymopriva deyilir. Çəngələbənzər vəzi hormonal vəzifəsindən başqa qnın tərkibinə təsir edərək ağ qan cisimciklərinin (limfositlərin) miqdarını çoxaldır. bəzən böyüklərdə çəngələbənzər vəzi qalır; belə halda vücudda limfa sistemi çox inkişaf etmiş olur, cinsiyyət üzvlərinin hipoplaziyası meydana çıxır və vücudun psixi müqaviməti azalır; bu hala lat. status thymicolymphaticus deyilir.
İstinadlar
redaktəMənbə
redaktə- Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, III cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1982
- Р. Д. Синельников. Атлас анатомии человека (4 тома)
- Anatomy: Embryologie[ölü keçid]