Cakra - Wikipedia
Çakra (sanskr. चक्र; tib. khorlo; çin. 轮) sanskrit mənşəli söz olub çarx, dönüş mənasına gəlir.[1][2] Hindu adətlərinə və bəzi inanc sistemlərinə görə insanın enerji mərkəzlərinin girdab formasında dönən enerji nöqtələrindən ibarət olduğuna inanıldığı üçün onlara bu ad verilmişdir.[3]
Çakra Hind fəlsəfəsi və bəzi oxşar Asiya mədəniyyətlərində insan bədənində mövcud olan metafiziki və ya biofiziki enerjinin əlaqə nöqtəsi olaraq qəbul edilir. Yoqa ustaları insanın görünən fiziki mövcudluğundan əlavə daha həssas bir orqanizmə sahib olduğunu iddia edirlər. Biz isə bunu ancaq bəzi özəl vəziyyətlərdə duyğularımızın vasitəsiylə sezə bilərik.
Əslində bədənimizdə bir çox vacib çakra olduğu düşünülür: məsələn, ovucların içində, dabanlarda, diz qapaqlarında, dirsəklərdə olan çakralar digərlərinə görə daha vacibdir, amma əsas çakra mərkəzləri bədənimizdə onurğa boyunca sıralanır.
Hind fəlsəfəsinə görə insanın başının üstündə müsbət bir axın, onurğa sümüyünün altında, büzdümdə mənfi bir axın vardır. Bu iki "qütb"arasında dövr edən elektrik gücü "həyat"dır.
Hər yoqa ustasının məqsədi büzdümdə, Muladhara Çakra yaxınında, ilan kimi öz üzərinə üç dəfə bürmələnib yatan Kundaliniyi, yəni mənfi enerjini oyandırıb, onu Sushumna Nadi (onurğa beyin boyunca) Sahasrara Çakrada (başın təpəsində) olan müsbət axınla birləşdirməkdir.
Bu hadisə səbir və əzmlə tətbiq edilən Pranayama (nəfəs məşqləri), asanalar (yoqa duruşları), və meditasiya sayəsində həyata keçə bilir. Buna səviyyəyə çata bilən yoqa ustalarının sayı çox deyil. Kundalini yuxarıya yönələrkən, onurğa boyunca sıralanan enerji mərkəzləri (çakraları) tək-tək deşərək kəllənin təpəsində olan müsbət axınla birləşəndə yoqa ustadının bədəni elektrik axınına tutulmuş kimi titrəyir və xoşbəxtliyin ən üst həzzini dadır; beləliklə müqəddəslik zirvəsinə yüksəldiyi qəbul edilir. Yoqa ustalarına görə müqəddəslik zirvəsinə çatmış insanlar qarşısındakı adamın düşüncəsini oxuya bilir, gələcəyi görmə qabiliyyətini əldə edir və s.
Ancaq pis şərait altında oyandırılan Kundalini təhlükəli ola bilir, ən azından tətbiq edənin ruhani tarazlığı pozula bilir.
Tarixi məlumatlarda 7 əsas enerji mərkəzi olduğu yazılır. Ancaq hal-hazırda Pranik şəfa kimi daha modern sistemlərdə 11 əsas çakra və 114 minor və mini çakra olduğu müəyyən edilmişdir. Yenə də tarixi məlumatların məşhurluğu davam edir.[4] Hər bir çakra son dərəcə vacibdir, amma Anahata çakra (qəlb çakrası) digər bütün çakraların tənzimlənməsində böyük rol almağa başladı, çünki dünya əhalisi eqo/entellektual şüurla yaşamaqdan qəlb/sevgi şüuruyla yaşamağa doğru keçir.[5]
Modern sanskrit dilində çakra olaraq adlandırılan bu enerji mərkəzləri güclü elektrik sahələridir, gözlə görülə bilməz. Bu yeddi güc stansiyasının hər biri bədənimizdə hormon ifraz edən vəzilərlə qarşılıqlı qoyula bilər. Bu vəzilərin hormon ifrazını xəbərdar edir. Başqa sözlə, fiziki bədənimizdəki adı ilə hormon ifraz edən daxili sekresiya vəziləri ruhani bədənimizdəki çakralara qarşılıqlı uyğun gəlir.[6]
Dr. Aleksis Karelin sözləri:
İnsan şəxsiyyətinin fiziki varlığının da daha üstlərə, zirvələrə getdiyinə inanmaq üçün bir çox səbəb var. Bədənin sərhədlərinin dərinin səthi ilə bitmədiyinə, anatomik cizgilərin bitişinin bir fərziyyə olduğuna və hər birimizin öz bədənimizdən də daha əngin və daha yayğın olduğumuz mövzusunda əlamətlər var. İnsanın öz bədəninin sərhədlərini hər sərhəddə aşdığı açıq-aşkardır. |
Etimologiyası
redaktəÇakra sözü birbaşa etimolojik olaraq sanskrit sözü olan चक्र sözündən yaranıb."Tshchakra" iki min illik nisbi temporal və linqvistik baxımdan adaptasiya olunduqdan sonra belə bir linqvistik uyğunluqda qaldı. Çakra "təkər", "dairə", "çevrə" deməkdir.[1][7] Hindu Müqəddəs Kitablarından biri olan Riqveda çakranı "təkər" sözü ilə ifadə edir.
Əsas çakra mərkəzləri
redaktə7 əsas çakra mərkəzi vardır ki, bunlara uyğun olaraq xüsusi simvollar işlənib hazırlanmışdır:[8]
-
Muladhara
-
Svathişthana
-
Manipura
-
Anahata
-
Vuşuddha
-
Acna
-
Sahasrara
Muladhara çakra
redaktəMuladhara çakra (Kök çakrası) (mul — kök; adhara — yer, məkan): Büzdümdə, cinsiyyət üzvləri və anus arasında olur.
Təsirinə məruz qalan orqanlar: Cinsiyyət üzvləri, qan, sümük, hüceyrələr və s.
Təsirinə məruz qalan vəzilər: Böyrəküstü vəzi
Rəng: Qırmızı, dörd tac yarpaqlı çakra
Svadhişthana çakra
redaktəSvadhişthana çakra (Genital çakra) (swa: öz; adhisthana: məkan): Göbəyin alt hissəsindədir.[9]
Təsirinə məruz qalan orqanlar: Qaraciyər, dalaq, bağırsaqlar, böyrəklər, sidiklik, qan və s.
Təsirinə məruz qalan vəzilər: Cinsi ifrazat vəziləri
Rəng: Narıncı, altı tac yarpaqlı çakra.
Manipura çakra
redaktəManipura çakra (Göbək çakrası) (mani: cəvahirat pura: şəhər): Göbəyin iki barmaq üstündədir.
Təsirinə məruz qalan orqanlar: Dalaq, qaraciyər, öd kisəsi, sinir sistemi
Təsirinə məruz qalan vəzilər: Mədəaltı vəzi
Rəng: Sarı, on tac yarpaqlı çakra
Anahata çakra
redaktəAnahata çakra (Ürək çakrası) (an: xeyir; ahat: vuruş): Gövdənin ortasında, ürək ətrafındadır.
Təsirinə məruz qalan orqanlar: Ürək, ciyərlər, qan dövranı
Təsirinə məruz qalan vəzilər: Çəngələbənzər vəzi
Rəng: Yaşıl, on iki tac yarpaqlı çakra
Vuşuddha çakra
redaktəVuşuddha çakra (Boğaz çakrası) (vi: o biri tərəfdə; shouddha: təmizlənmiş): boğazın ortasındadır.
Təsirinə məruz qalan orqanlar: Peysər, boğaz və s.
Təsirinə məruz qalan vəzilər: Qalxanabənzər və qalxanabənzər ətraf vəziləri
Rəng: Mavi, on altı tac yarpaqlı çakra
Acna çakra
redaktəAcna çakra (üçüncü göz) (Alın çakrası) (ajna: idarə edən): Alnın arxasında, iki qaşın ortasında, burun kökündədir.
Təsirinə məruz qalan orqanlar: Gözlər, beyin
Təsirinə məruz qalan vəzilər: Hipofiz vəzi
Rəng: Bənövşəyi, iki tac yarpaqlı çakra.
Sahasrara çakra
redaktəSahasrara çakra (Tac çakrası) (sahasra: min; ra: tac yarpaq): Kəllənin ən üst nöqtəsindədir.
Təsirinə məruz qalan orqanlar: Beyin, sinir sistemi
Təsirinə məruz qalan vəzilər: Epifiz vəzi
Rəng: Açıq bənövşəyi, min tac yarpaqlı çakra.
Həmçinin bax
redaktə- Buddizm — dünya dinlərindən biri
- İn və Yan — qədim Çin təbii fəlsəfəsinin əsas anlayışları
- Mandala — Hinduizm və Buddizmdə Kainatı təmsil edən dini simvol
- Sonsuz düyüm — Tibet Buddizminin təsirə malik olduğu ərazilərdə mühüm mədəni simvol
İstinadlar
redaktə- ↑ 1 2 Chakra: Religion Arxivləşdirilib 2022-06-12 at the Wayback Machine, Encyclopaedia Britannica
- ↑ Paramhans Swami Maheshwarananda, The hidden power in humans, Ibera Verlag, page 54. ISBN 3-85052-197-4
- ↑ Qavin. "Hinduizmin əsasları". Kembric-1996
- ↑ İzer, Müheyya; Çağdaş Yoga, Çakralar (Enerji Merkezleri), sayfa:25, Dharma Yayınları, İstanbul, 2003
- ↑ Çakra Nedir? Ne İşe Yarar? ve Yeni Çakra Sistemi — MorAlev.com
- ↑ "Stress & Yoga". 2008-01-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-06-21.
- ↑ Mallory, J.P; Adams, D.Q. Encyclopedia of Indo-European culture (1. publ.). Routledge. 1997. səh. 640. ISBN 978-1-884964-98-5.
- ↑ Чакра — Українська Вікіпедія
- ↑ "Chakra toy üçün bir fincan oxuyan". 2022-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-17.