Canqze - Wikipedia
Canqze - Wikipedia - Haqqında Məlumat
Çanqze (tib. བྱང་རྩེ) — Everest dağından şimalda, Çinin Tibet Muxtar Bölgəsindəki əsas Ronqbuk və Şərqi Ronqbuk buzlaqları arasında yerləşən bir dağ. Şimali Aşırımı vasitəsilə Everest dağına bağlanır.
Çanqze | |
---|---|
Ümumi məlumatlar | |
Dağ silsiləsi | Mahalanqur-Himal |
Mütləq hündürlüyü | 7.543 m |
Nisbi hündürlüyü | 497 m |
Yerləşməsi | |
28°01′31″ şm. e. 86°54′51″ ş. u.HGYO | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Müasir Çin xəritələrində hündürlüyü 7,543 metr (24,747 ft) olaraq verilir. Bəzi mənbələrdə isə dağın hündürlüyü 7,583 metr (24,879 ft) olaraq qeyd edilir.
Changtse buzlağı şimaldan Şərqi Ronqbuk buzlağına axır. Dünyadakı üçüncü ən yüksək gölün[1] 6,216 metr (20,394 ft) hündürülüyü olan Çanqze buzlağında olması mümkündür.
Tarixi
redaktə- Çanqzeyə ilk dəfə 1924-cü ildə Corc Mallori və Andrev İrvine ayaq basdı. Onlar Şərqi Ronqbuk buzlağındakı düşərgə yerlərini kəşf etmək üçün Çanqzenin şərq silsiləsinə qalxmışdılar.
- 1935 Everest ekspedisiyası zamanı Erik Şipton, Edmund Viqram və Bill Tilman Şimal zirvəsinə cəhd etdilər. 21 Avqustda onlar zirvədən 1,500 fut (460 m) məsafəyə qədər dırmandılar, lakin çox dərin və yumşaq qar onları geri dönməyə məcbur etdi.[2]
- 1952-ci ildə Edmund Hillari, Corc Lou və bir qrup şerp kəşfiyyat məqsədi ilə Çanqze buzlağı boyunca zirvəyə qalxmağı cəhd etdi. Qrup 21,500 fut (6,600 m) hündürlüyə qədər qalxdı, lakin təchizatlardakı nasazlıq səbəbindən geri dönməyə məcbur oldu.
- 3 oktyabr 1982-ci ildə Everestin şimal yamacıyla dırmaşan Hollandiya Everest Ekspedisiyasından olan Johan Taks Çanqzeni ilk dəfə rəsmi olaraq fəth etdi. Lakin Taks zirvəyə heç bir icazəsi olmadan dırmanmışdı.
- Dağın icazə ilə ilk rəsmi fəthi 1982-ci ildə, dağın ilk fəthindən 11 gün sonra, 14 oktyabrda Alman ekspedisiyasının beş üzvü: Udo Zehetleitner, Paul Braun, Rudolf Frik, Ludviq Hösle və Martin Engler tərəfindən edildi. Onlar şərqi Ronqbuk buzlağı və Çanqze buzlağının qovşağından başlayaraq dörd kilometr uzunluğundakı silsilə ilə dırmanış etmişdilər.
- Növbəti və ilk solo fəth Çili alpinisti Gino Kasassa tərəfindən 14 May 1983-cü ildə Almanların istifadə etdiyi eyni marşrutla edildi.
- Çanqze10 May və 11 May 1986-cı ildə böyük bir Çin-Yapon ekspedisiyası tərəfindən yenidən fəth edildi. Ekspedisiyaya 8 Yapon və 16 Çinli daxil idi və onların arasında dağı fəth edən ilk qadın da var idi.
- Avstraliyalı alpinistlər olan Rob Turner və Qlen Naş yüksək küləklərə baxmayaraq 29 sentyabr 1987-ci il tarixində şimal yamacı ilə zirvəyə çatdı.[3][4]
Xəritədə
redaktəİstinadlar
redaktə- ↑ "The Highest Lake in the World: 3. "Changtse Pool"". 2007-08-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-04-29.
- ↑ Tony Astill, Mount Everest: The Reconnaissance 1935, pp. 266-67.
- ↑ Louis A. Whitton, The American Alpine Journal 1988, pg. 272.
- ↑ Wild Issue 28 (April 1988), pp 33-36.