Capaqlar - Wikipedia
Çapaqlar (Abramis Cuvier, 1816) — çəkilər fəsiləsinə aid olan balıq cinsidir. Bədənin hündürlüyü, yanlardan basıqlığı və anal üzgəci əsasının uzunluğu ilə tanınır. Anal üzgəcinin önü bel üzgəcinin gerisi bərabərindədir.Udlaq dişləri bir cərgəlidir, sayı 5–5, bəzən 6–5, çox nadir hallarda 5–6 olurUdlaq dişlərinin tacı kəsik şəkildədir, çeynəmə səthi isə şırımlıdır. Peysərin gerisində pulcuqla örtülü olmayan şırım və qarın üzgəclərinin gerisində pulcuqla örtülü olmayan omurğa vardır. Anus üzgəci uzun olub ,15–44 şaxəsiz şüaya malikdir. Pulcuqları sıx yerləşir. Cinsin Avropada,Kiçik Asiyada,Qafqazda və Aral dənizi hövzəsində yayılmış 3 növü vardır. Azərbaycan sularında iki növə mənsub olan iki yarəmnövü yayılmışdır.
Çapaqlar | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Çapaqlar |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Hazırda 1 növü və 1 yarımnövü var:
- Çapaq (Abramis brama)növ
- Şərq çapağı (Abramis brama orientalis)yarımnöv
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 2005.