Caparli Bazilikasi - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Çaparlı alban məbədi (IV-V əsrlər) — Cənubi Qafqaz qaz boru kəmərinin inşaatı ilə əlaqədar 2005-ci ildə Şəmkir rayonunun Çaparlı kəndi yaxınlığında antik və erkən orta əsrlərə aid arxeoloji kompleks tədqiq edilmişdir[1]. Arxeoloji qazıntılar nəticəsində burada alban xristian məbədi və qəbiristanlığı aşkarlanaraq öyrənilmişdir. Qazıntı sahəsinin 6 saylı kvadratında biri digərinin üzərində olmaqla iki bina qalığı üzə çıxarılmışdır. Üst inşaat qatında aşkarlanan tikili güclü dağıntıya məruz qalsa da onun dördkünc biçimdə olduğunu ehtimal etmək olar. Şərq-qərb istiqamətdə 40-50 sm enində divar 2,5 uzunluqda salamat qalmışdı, şərq tərəfdə ona digər bir divar birləşərək bucaq yaradırdı. Çaydaşından inşa edilmiş tikili qalıqlarının X-XI əsrlərə aid olduğu bildirilir.
Çaparlı bazilikası | |
---|---|
40°51′47″ şm. e. 46°06′25″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Şəmkir |
Yerləşir | Çaparlı |
Aidiyyatı | Alban Həvari Kilsəsi |
Tikilmə tarixi | IV-V əsrlər |
|
Bu tikilidən altda iri əhəng daşlarından inşa olunmuş, kvadrat biçimli, 25 kv.m. sahəli bina qalığı yerləşirdi. Şərq divarında eni 1,3 m olan qapı yeri vardı. Divarların eni 1,5 m, qapı hissədə isə 1,6 m idi.
Arxeoloji qazıntılar binanın tikintisi zamanı əhəng daşlarının inşaat üçün hazırlandığı sahəni də müəyyənləşdirməyə imkan vermişdir. Qazıntı sahəsinin 7 və 8 saylı kvadratlarında əhəngdaşlarının parçalandığı, yonuldığı və cilalandığı sahə üzə çıxarılmışdır.
Qazıntı zamanı binadan üzərinə xaç təsviri salınmış daş lövhənin tapılması, eləcədə məbədin altından və ətrafından xristian qəbirlərinin aşkarlanması bina qalıqlarının IV-V əsrlərə aid alban xristian məbədinin qalıqları olduğunu təsdiqləməyə imkan vermişdir.
Məbəddən qərbdə mədəni təbəqənin alt inşaat qatında son antik dövrə aid metaləritmə kürəsi aşkarlanıb tədqiq edilmişdir. Kürə planda ovalvarı olub, ikiyaruslu quruluşda möhrədən düzəldilmişdi.
Abidənin ərazisində qazıntı zamanı çoxlu erkən xristian qəbirləri və iki küp qəbri tədqiq edilib. Əsasən tək dəfn qeydə alınmışdır. Yalnız 3 saylı kvadratda kollektiv dəfnə, xaç formasında qazılmış qəbir çalasında xaçın hər bir tərəfində olmaqla dörd nəfərin dəfninə rast gəlinmişdir.
Tədqiq olunmuş qəbirlərdən yalnız birində qəbir avadanlığına təsadüf olunmuşdur. Uşaq qəbrindən muncuqlar və tunc bəzək əşyası tapılmışdır.
Həmçinin bax
redaktəƏdəbiyyat
redaktə- Aşurov S.H. Çaparlı son antik – ilk orta əsr abidəsi. // Şəmkir: arxeoloji irsi, tarixi və memarlığı. Birinci respublika elmi-praktik konfransının materialları. Bakı, 2008.
İstinadlar
redaktə- ↑ 1, səh. 196-206
Xarici keçidlər
redaktə- Çaparlı alban məbədi Arxivləşdirilib 2010-03-16 at the Wayback Machine
Məbəd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Azərbaycan haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |