Cardas - Wikipedia
Çardaş (mac. csárdás - aşxana, meyxana) — macar xalq rəqsi.
Bu məqalə macar xalq rəqsi haqqındadır. Digər mənalar üçün Çardaş (dəqiqləşdirmə) səhifəsinə baxın. |
Tarixçə
redaktə1801-ci ildə macar qaraçısı Yanoş Bixari Peşt şəhərində orkestr yaradır və həmin kollektiv üçün mahnı və rəqs melodiyalarını işləyir. Çox şıdırğı skripkaçı olan Y. Bixari 80-dən artıq əsərdə verbunkoş üslubunu son dərəcə yetkinləşdirir ki, sonralar onun əsasında çardaş janrı yarandı. Verbunkoşun mahiyyəti hələ lazımlı şəkildə öyrənilməyib, lakin burada əski xalq rəqsləri (haydut və çoban rəqsləri) ilə yanaşı müsəlman şərqinin və digər üslubların təsiri duyulur. Verbunkoş dil-üslubu rəmzlər, bədii surətlər və qeyri-adi melodik «gəzişmələrlə» zəngindir[1].
Özəllikləri
redaktəÇardaş rəqsi 2 hissədən ibarətdir: yavaş və cəld. Ölçüsü 2/4-dir, kəskin sinkopa ritmi ilə seçilir. Çardaş rəqsinin elementlərindən bir sıra məşhur musiqi əsərlərində istifadə edilmişdir: F. Listin "Macar rapsodiyaları", Y. Bramsın "Macar rəqsləri", Pyotr Çaykovskinin "Qu gölü" baleti və s.[2]
İstinadlar
redaktə- ↑ Eldar İskəndərov. Çardaş və markarlar və yaxud markalarda əksini tapan macar rapsodiyası. Arxivləşdirilib 2022-01-24 at the Wayback Machine "Musiqi dünyası" jurnalı.
- ↑ "Sevda Əliqızı. Hekayətli musiqi lüğəti - Ç hərfi". 2021-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-16.