Cayqaraqoyunlu - Wikipedia
Cayqaraqoyunlu - Wikipedia - Haqqında Məlumat
Çayqaraqoyunlu — Azərbaycan Respublikasının Şəki rayonunun Turan qəsəbə inzibati ərazi dairəsində qəsəbə.[2]
Çayqaraqoyunlu | |
---|---|
40°50′19″ şm. e. 47°14′09″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Şəki rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 1.705 nəfər |
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ5539[1] |
Tarixi
redaktəİncəçayın sahilində, dağətəyi düzənlikdədir. Etnotoponimdir. Vaxtilə bu kəndin yaxınlığında "Dağ Qaraqoyunlu" adını daşıyan başqa bir kənd də mövcud idi.
Vaxtilə bu ərazidə maldarlıqla məşğul olan qaraqoyunlu tayfasının səkkiz yatağı olmuşdur. 19-cu əsrin ortalarında qaraqoyunlular bu yataqlarda yaşayış məntəqələrinin əsasını qoymuşlar.
"Çay" və "qaraqoyunlu" komponentlərindən düzəlmiş toponim "çay kənarındakı Qaraqoyunlu kəndi" mənasındadır.[3]
Əhalisi
redaktəKəndin əhalisi 1705 nəfər təşkil edir ki, onun da 832 nəfəri kişi, 873 nəfəri isə qadındır.
Kənddəki yer adları
redaktəBulaqlar
redaktə- Kamil bulağı
- Qarağac suyu
Dağlar
redaktə- Sarı dağ
- Uzun dağ
Dərələr
redaktə- Ayı su içən dərə
- Böyük dərə
- Qaraqoyunlu dərəsi
- Yavulqan dərəsi
- Hürüqaçan dərəsi
- Əyri dərə
- Narlıca dərəsi
- Ölü dərə
Qayalar
redaktə- Səs verən qaya / Səsli qaya
Təpələr
redaktə- Quzğun təpə
- Qulaqlı təpə
- Şiş təpə
Düzlər
redaktə- Bayan düzü
- Böyük taxta düzü
Nüylər
redaktə- İydəli nüy
- Palıdlı nüy
İstinadlar
redaktə- ↑ Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-09-29.
- ↑ "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
Şəki rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |