Cesmeli Seki - Wikipedia
Çeşməli — Azərbaycan Respublikasının Şəki rayonunun Çeşməli kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Şəki şəhər inzibat-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Çeşməli kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.[2]
Çeşməli | |
---|---|
41°07′56″ şm. e. 47°09′06″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Coğrafiyası və iqlimi
redaktəÇeşməli kəndi düzənlik sahədə yerləşir. Kəndin şərq hissəsindən Qurucana çayı axır. Bu çay kənddən 5 km cənub-şərqdə Küngüt çayına qovuşur. Kənd ərazisi eyni zamannda Şəki qırqovul yasaqlığına daxildir. Kəndin landşaftı meşə-çöldür. Kəndin cənub ərazisindən axan Qarasu çayı ərazisində allivüal çöküntülərdə yemişan, palıd meşəlikləri yayılmışdır. Kəndin ərazisi başdan-başa əkin sahələri və bağlardan ibarətdir. Kənddə taxıl əkini geniş yayılmışdər. İqlimi yayı isti və quraq, qışı mülayim keçir. Orta illik yağıntı 500–600 mm-dir.
Əhalisi
redaktəKəndin əhalisi 728 nəfər təşkil edir ki, onun da 370 nəfəri kişi, 358 nəfəri isə qadındır. Əhali əsasən sovet dönəmində savxoz olaraq fəaliyyət göstərən bölgəyə köçürülmə ilə fəhlələrdən ibarət idi. Sonradan kəndə kənar kəndlərdən köçüb gəlindi. Bu köçən əhalinin tərkibində mesxeti türkləri, Qarabağ məcburi köçkünləri, ləzgilərin adını çəkə bilərik. Kənd bələdiyyəsi 1999-cu ildə təşkil olunmuşdur.
İqtisadiyyatı
redaktəƏhalinin məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Kənddə həm də bağçılıq inkişaf edib. Elə bağçılığı əhalinin əsas məşğuliyyəti saymaq olar. Əhalinin becərdiyi ağac tingləri rayon ərazisində məşhurdur. Eyni zamanda bu tingləri (calaqları) başqa rayonlara da çıxarılır. Otlaq sahələrinin azalması əhalidə maldarlığa olan marağı azaldıb.
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-09-29.
- ↑ "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı". 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-25.
Şəki rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |