Celsi Oteli - Wikipedia
Celsi Oteli - Wikipedia - Haqqında Məlumat
Çelsi hoteli (ing. hotel Chelsea, həmçinin Chelsea hotel və ya sadəcə the Chelsea) — Nyu-York şəhərinin ən məşhur hotellərindən biri. Manhettenin Çelsi rayonu Yeddinci və Səkkizinci prospektlər arasındakı 23-cü küçədə yerləşir.
Tünd qırmızı kərpicdən tikilən 13 mərtəbəli bu bina 1884-cü ildə inşa edilmiş və 1905-ci ilə qədər yaşayış kooperativi kimi istifadə olunurdu. Mehmanxana Nyu-Yorkda yerləşən ilk yer idi ki, ABŞ Tarixi Yerlərin Milli Reyestrinə əlavə olunmuşdur (1977-ci il).
2008-ci ildə Kann Film Festivalında Abel Ferraranın Çelsi hoteli və qonaqları haqqında çəkdiyi sənədli filmin premyerası baş tutmuşdur[1].
Məşhur qonaqları
redaktə- hotelin otaqlarında Mark Tven[2], O. Henri[2], Dieqo Rivera ilə Frida Kalo, Jan Pol Sartr, Edit Piaf kimi məşhurlar qalmışdılar.
- Gəmi dokların yaxınlığı səbəbindən açılışdan sonra hotelin əsas müştəriləri qızlarla əylənmək istəyən dənizçilər idi və 1912-ci ildə "Titanik" in sağ qalan sərnişinləri məhz burada məskunlaşdırılmışdılar.
- Artur Klarkın 2001:Kosmik odisseya romanını burada yazmışdır.[3] and poets Allen Ginsberg[4]. Şairlər Allen Qinzberq[4] və Qreqori Korso fəlsəfi və bədii mübadilə etmək üçün bu yeri seçmişdilər.
- Şair Dilan Tomas 18 porsiya viski içdikdən sonra 205-ci otaqda özünü pis hiss elədi; xəstəxanaya çatdırıldı və orada öldü[4].
- hotelin adı bir çox mahnılarda keçir, o cümlədən "Chelsea hotel #2" (Leonard Koenin Cenis Coplinilə hotel otağında sevişməsi barədə ballada[4][5]) və "Chelsea Morning" (Coni Mitçellin 1969-cu ildə yazdığı mahnı, hansı ki Cudi Kollinz tərəfindən də ifa olunmuşdur)
- Dövrünün təsdiq edilmiş ən uzunömürlü insanı rəssam Alfius Koul 112 yaşında burada vəfat etmişdir, o ana qədər burada 35 il yaşamışdır.[6]
İstinadlar
redaktə- ↑ "Kinonun rəsmi saytı". 2022-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-13.
- ↑ 1 2 Chamberlain, Lisa. "Change at the Chelsea, Shelter of the Arts". The New York Times. June 19, 2007. İstifadə tarixi: December 16, 2007.
For six decades the Bard family has managed the hotel Chelsea, overseeing a bohemian enclave that has been a long-term home for writers, artists and musicians including Mark Twain, O. Henry, Tennessee Williams, Dylan Thomas, Andy Warhol, and Sid Vicious and Nancy Spungen.
- ↑ "Famous residents of the Chelsea hotel" Arxivləşdirilib 2023-10-21 at the Wayback Machine, The Telegraph (London), August 2, 2011
- ↑ 1 2 3 4 "The 10 best Chelsea hotel moments" by Hermione Hoby, The Guardian, December 19, 2010
- ↑ "How Leonard Cohen Met Janis Joplin: Inside Legendary Chelsea hotel Encounter"[ölü keçid] by Jordan Runtagh, Rolling Stone, November 14, 2016
- ↑ Kimmelman, Michael. "Alphaeus Cole, a Portraitist, 112". The New York Times. November 26, 1988. March 20, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 5, 2007.