Chonji - Wikipedia
Çhonji və ya Tyançi (kor. 천지, çin. 天池, ) — Koreya Xalq Demokratik Respublikasının və Çinin sərhədində yerləşmiş krater gölü. Çanbayşan dağ silsiləsinin hissəsi olan Pektusan vulkanik dağının kalderasındadır.
Çhonji/Tyançi | |
---|---|
kor. 천지, çin. 天池 | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 2189,1 m |
Eni | 3,35 km |
Uzunluğu | 4,85 km |
Sahəsi |
|
Həcmi | 2.091.660.000 m³ |
Dərin yeri | 384 m |
Orta dərinliyi | 213 m |
Axan çay | Erdaobayxe |
Yerləşməsi | |
42°00′21″ şm. e. 128°03′25″ ş. u.HGYO | |
Ölkələr | |
Yerləşməsi | Pektusan dağı |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
1979-cu ildən göl beynəlxalq biosfer qoruğunun tərkibinə daxildir.
Təsviri
redaktəÇhonji və ya Tyançi gölü dünyada ən yüksək krater gölü kimi Ginnesin rekordları Kitabına düşmüşdür — suyun səthinin (üzünün) hündürlüyü 2189 m təşkil edir[1]. Gölün sahəsi 9,82 km²-dir. Oktyabrın ortasından iyunun ortasına kimi suyun üzü buzla örtülmüş olur. Suyu çox şəffəf olur. Göldə balıqların bir neçə növü yaşayır.
Krater 969-cu ildə güclü püskürmə nəticəsində yarandı[2].
Gölün sahili bəzi yerərdə çox sərt, çox yerdə, demək olar ki, şaqulidir. Qidalanma - yağış, su axını, Sunqarinin qollarının biri olan Erdaobayxe çayı vasitəsilə baş verir. Göldən axan çay kraterin divarında sıldırımlı çıxıntılarla dərin dərəni yaradır. Onlardan ən böyük kraterin xarici kənarı 50 metr hündürlüyə malikdir.
Həmçinin bax
redaktə- Çanbayşan dağlarında göy göl Arxivləşdirilib 2009-06-07 at the Wayback Machine
İstinadlar
redaktə- ↑ "Mount Changbai Sets Two Guinness Records". People's Daily. 2000-08-11. 2007-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-27.
- ↑ Horn, Susanne. "Volatile emission during the eruption of Baitoushan Volcano (China/North Korea) ca. 969 AD". Bulletin of Volcanology. 61 (8). 2000: 537–555. doi:10.1007/s004450050004.