Ciceklenen Naz - Wikipedia
Çiçəklənən naz (lat. Genista florida) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin naz (bitki) cinsinə aid bitki növü.
Çiçəklənən naz | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Klad: Klad: Klad: Triba: Cins: Növ: Çiçəklənən naz |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Təbii yayılması
redaktəPiriney yarımadasında yayılmışdır.
Botaniki təsviri
redaktəHündürlüyü 1,5 m olan, çubuqvari gövdəli, yarpağını tökən, bəzən yerə sərilmiş kolcuq, yarımkol və ya koldur. Zoğları şırımlı və tüklü, qabığının rəngi yaşıldır. Yarpaq düzülüşü növbəli, bəzi hallarda qarşılıqlı və qönçəvaridir. Yarpaqları sadə, kənarı tam, bəzən üçbölümlü olub, uzunluğu 20 mm-dir. Möhkəm kök sisteminə malikdir. Çiçək tumurcuqları yarpaqların qoltuğunda örtülmüş, görünəndir. Qızılı rəngli çiçəkləri sadə salxımlarda toplanır. Yelkənciyi tam çılpaqdır. Kasacığı zınqırovşəkilli, ikidodaqlıdır. Üst dodağı iki, alt dodağı isə üçdişlidir. Tacı sarı, nadir hallarda ağdır. Çiçəkdəki 10 erkəkcik birləşərək boru əmələ gətirir. Paxlaları ensiz, uzunsov, bir qədər əyilmiş, yanlardan basıq, tüklü, əksərən çoxtoxumlu, uzunluğu 1,5 sm-dir. Toxumları qara rəngli, parlaqdır. Toxumla artırılır.
Ekologiyası
redaktəİşıqsevən bitkidir, xüsusən daşlı-qayalı yerlərdə əkilmək üçün qiymətlidir.
Azərbaycanda yayılması
redaktəDendrologiya İnstitutunun təcrübə sahəsinə introduksiya edilmişdir.
İstifadəsi
redaktəDekorativ bitki kimi becərilir. Tərkibində boyaq maddələri vardır.
Sinonimləri
redaktəHomotipik sinonimləri
redaktə- Genistella florida (L.) Pourr. ex Colmeiro
- Telinaria florida (L.) C.Presl
Heterotipik sinonimləri
redaktə- Genista bourgaei Spach ex Nyman
- Genista exaltata Link ex DC.
- Genista florida f. angustifolia Pau ex Merino
- Genista florida var. latifolia (Pau ex Merino) C.Vicioso
- Genista florida f. latifolia Pau ex Merino
- Genista florida var. leptoclada (Gay ex Spach) C.Vicioso
- Genista florida subsp. leptoclada (Gay ex Spach) Cout.
- Genista florida subsp. maroccana Ball
- Genista florida var. maroccana (Ball) Ball
- Genista florida var. occidentalis Pau ex Merino
- Genista florida subsp. polygaliphylla (Brot.) Cout.
- Genista leptoclada Gay ex Spach
- Genista leptoclada var. divergens López Seoane ex Merino
- Genista leptoclada var. latifolia Merino
- Genista leptoclada var. lucida Gand.
- Genista polygalifolia DC.
- Genista polygaliphylla Brot.
- Genista polygaliphylla subsp. leptoclada (Gay ex Spach) Nyman
- Genistella flagelliformis Pourr. ex Colmeiro