Cimerlik - Wikipedia
Çimərlik — su obyekti sahilində düzən relyefə malik ərazi. Çimərliklər əsasən su və küləyin eroziya fəaliyyəti nəticəsində meydana gəlir. Çimərliyi təşkil edən hissəciklər adətən qum, çınqıl, molyusk qabıqları və ya mərcan yosunları kimi bioloji mənbələrdən ibarətdir. Çöküntülər yerli dalğanın hərəkətindən və hava şəraitindən asılı olaraq müxtəlif sıxlıq və strukturlarda çökərək müxtəlif teksturalar, rənglər vəya material təbəqələri yaradır. Çimərlikdə akkumlyativ çöküntülər bir ərazilə yığılır. «Çimərlik» termini həm də insanların kütləvi istirahət, çimmək və günəş vannasının qəbul olunduğu məkan kimi də işlənir.[1]
Çimərliyin növləri
redaktəÇimərlik səht örtüyünə görə qum, balıqqulağı, Çınqıl, mərcan və s. ibarət olur.
- Səht örtüyü Qumdan ibarət olan çimərlik.
- Səht örtürü Qum-balıqqulağıdan ibarət olan çimərlik. Bu çimərliklər kiçik balıqqulaqlarından və qumdan ibarət olur.
- Səht örtüyü Çınqıldan ibarət olan çimərlik.
Çay çimərliyi
redaktəBu tip çimərliklər çayların hər iki sahili boyunca meydana gələ bilir. Xüsusi ilə Meandrlı çaylarda müşahidə edilir.
İstifadəsi
redaktəÇimərliklər insanlar tərəfindən istirahət, çimmək və qaralmaq məqsədilə istifadə edilir. Üstəlik burada üstəlik insanlar tərəfindən inventarlar quraşdırılır. Məsənələn iri gün çətirləri, duş kabinaları və ayaqyolu yerləşdirilir. Bu inventarların olub-olmaması baxımından «mədəni» və «təbii», çimərliyə bölünür. «Mədəni» çimərliklərdə adəti üzrə xilasetmə stansiyası və ilk tibbi yardım məntəqəsi olur. Bu tip çimərliklərin bir qismi pulludur. Naturizm düşüncəsinə malik insanlar üçün Naturst çimərliklər mövcuddur. Toples çimərliklərində isə qadınlar üst çimərlik geyimlərini geymədən çimir və günəş vannası qəbul edirlər.
İdman
redaktəBir çox idman növləri məhz çimərlik şəraitinə uyğunlaşdırılmışdır: Çimərlik voleybolu, Çimərlik futbolu, Çimərlik həndbolu və s.
Ekoloji faktor
redaktəTəbii sürətdə formalaşan çimərlik sahili güçlü dalğalardan qoruyur. Dünyada insan səhəti üçün ən təhlükəli çimərlik Ripals-Beydir.
Məşhur çimərliklər
redaktə- Kopakabana çimərliyi (Rio-de-Janeyro, Braziliya)
- Şüşəli çimərlik (Fort-Breq, Kaliforniya)
Qalereya
redaktə-
Ladoqa gölünün sahilində çimərlik
Maraqlı fakt
redaktə- «Bondi çimərliyi» Sidney şəhərindən 3 km aralıda yerləşən çimərlik dünyanın ilk rəsmi çimərliklərindən hesab edilir. Çimərlik 9 iyun 1882 ildən ictimai çimərlik elan edilmişdir. Çimərlik dünyanın ən ekstremal çimərliyidir[2].
- Dünyanın ən uzun çimərliyi Banqladeşdə yerləşir. Çimərliyin uzunluğu 125 km-dir[3]. Koks-Bazar çimərliyi banqladeşlilər arasında məşhur olsa da xarici turistlərin cəlbi baxımından infrastruktur catışmamazlığı öz sözünü deyir. Bu çimərlik Dünyanın yeni yeddi möcuzəsi seçimi ilə əlaqədar müsabiqədə iştirak etmişdir[4].
- Dünyanın ən uzun şəhər çimərliyi dörd km uzunluğa malik olan Kopakabana çimərliyidur (Rio-de-Janeyro, Braziliya)[5].
- Barra hava limanı — dünyada yeganə hava limanıdır ki, çimərlikdə yerləşir.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ O.Osmanov, B.Abdullayev "Məktəblilərin izahlı coğrafiya lüğəti" Bakı - 1979
- ↑ "O yer ki, hər zaman bayramdır". 2014-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-19.
- ↑ "Welcome to the Cox's Bazar". 2012-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-19.
- ↑ Cox’s Bazaar Beach Arxivləşdirilib 2011-01-23 at the Wayback Machine (ing.)
- ↑ O yer ki hər zaman bayramdır Arxivləşdirilib 2014-02-01 at the Wayback Machine // «Yeddi Gün»