Cin Simali Koreya Serhedi - Wikipedia
Çin-Şimali Koreya sərhədi -Çin Xalq Respublikası (ÇXR) və Koreya Xalq Demokratik Respublikası (Şimali Koreya) ölkələrini ayıran beynəlxalq sərhəddir.
Coğrafiya
redaktəSərhəd 1,420 kilometr (880 mil) uzunluğundadır. Qərbdən şərqə, Amnokqanq, Pektusan dağı və Tumen çayı bu ölkələri ayırır. Çinin şimal-şərq hissəsində Lyaonin əyalətində Yalutszyan çayının aşağı axınında yerləşən Dandun sərhəddə ən böyük şəhərdir. Çayın digər sahilində Şimali Koreyanın şimali Pyonqan əyalətində yerləşən Sinıyçju şəhəri yerləşir. Hər iki şəhər sərhədin qərb hissəsini təşkil edib Sarı dəniz yaxınlığında yerləşir. Hər iki şəhərin sahil kənarı Çin-Koreya Dostluq Körpüsündə birləşir Yalutszyan çayında 205 ada vardır. Bunlarin 127-i Şimali Koreyaya, 78-i Çinə məxsusdur. Pektusan dağında yerləşən Koreya və Mancurların doğulduğu yer hesab olunan Çhonji gölü Yalutszyan çayının mənbəyi olub Pektusan dağında yerləşir. Bu göl həmçinin Tumen çayının mənbəyidir, hansı ki sərhədin şərq hissəsini təşkil edir.
Ticarət və əlaqə
redaktəÇin ilə sərhəd "Şimali Koreyanın xarici dünyaya yolu" olaraq xarakterizə edilir. Çin-Şimali Koreya ticarətinin çox hissəsi Dandun limanından keçir. Çinin telefon xidməti Şimali Koreyanın sərhəd zonasının 10 kilometrliyinə qədər genişlənmiş, nəticədə sərhəd zonada telefon satışı üzrə qara bazarın inkişafına səbəb olmuşdur. Şimali Koreyada beynəlxalq zənglər qəti qadağandır və bunu pozanlar ciddi risk altındadır.
Dandun turistləri Yalutszyanın Şimali Koreya tərəfi boyunca sürət qayığı ilə gəzinti edə bilərlər. Bir çox Çinli cütlük toy günü, qayıq kirayə götürür, və toy fotoşəkilləri üçün Şimali Koreya sərhədinə gedirlər.
Sərhəd təhlükəsizliyi
redaktə2003 çü ildən Çin hökuməti rərəfindən sərhəd polis nəzarətinə alındı və Çin səlahiyyətliləri Tumen çayı boyunca hasarların tikilməsinə başlandı. 2006-cı ilin başlanğıcında Dandun yaxınlığında 10 km boyunca hasar ucaldıldı. 2007-ci ildə bir ABŞ rəsmisi Çinin daha çox hasar və qurğuların quraşdırdığını ifadə etdi. Eyni ildə, Şimali Koreya Yalutszyan çayı boyunca 10 kilometr uzunluqda bir çit qurmağa başladığı və bölgəni mühafizə etmək üçün bir yol qurduqları bildirildi. 2011-ci ildə Çin tərəfi patrul xidmətini gücləndirdi və nəzarətin daha dəqiq aparılacağını bəyan etdi və Tikanlı məftil hasarların tətbiqinə başlandı. Belə ki, əvvəl bu hasarları asanlıqla keçmək mümkün idi, yalnız yeni hasarların inşası sərhədin keçilməsini imkansız etdi.
İstinadlar
redaktə- Onishi, Norimitsu. "Tension, Desperation: The China-North Korean Border The New York Times. October 22, 2006. Retrieved on October 23, 2012.
- Kanto, Dick K. and Mark E. Manyin . China-North Korea Relations Congressional Research Service (December 28, 2010).
- "A trip to the North Korea-China border, in photos" NK News. 29 may 2015.
- Ng Gan Guan, China Erects Fence Along N. Korea Border Associated Press (October 16, 2006).
- Foster, Peter and agencies, Beijing. "China builds higher fences over fears of instability in North Korea " The Daily Telegraph March 30, 2011. Retrieved on October 26, 2012.