Cin Simmondsiyasi - Wikipedia
Çin simmondsiyası (lat. Simmondsia chinensis) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin simmondsiyakimilər fəsiləsinin simmondsiya cinsinə aid bitki növü.
Çin simmondsiyası | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Çin simmondsiyası |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Təbii yayılması
redaktəMərkəzi Amerikanın yarımsəhra zonalarında bitir.
Botaniki təsviri
redaktəHündürlüyü 2 m-ə çatan həmişəyaşıl kiçik ağac və ya koldur. Yarpaqları boz-yaşıldır. Çiçəkləri sarımtıl-yaşıl rənglidir. Çiçəkləməsi və meyvəverməsi 5-6 yaşından başlayır.Əsasən qış-yaz dövründə çiçəkləyir. Meyvəsi diametri 1-3 sm olan kiçik qozalara bənzəyir və qonur rənglidir.Kök sistemi dərin və yaxşı inkişaf etmişdir. Qələmlə və toxumla çoxaldılır.
Ekologiyası
redaktəQumluca torpaqlarda, 12-38°C temperaturda yaxşı bitir. Düz düşən günəş şüalarına dözür. Şaxtaya davamsızdır. Ətraf mühitin nəmişliyinə tələbkar deyildir. İl ərzində suvarılması məhduddur.
Azərbaycanda yayılması
redaktəMərdəkan dendrarisində 1987-ci ildə introduksiya olunmuşdur. Abşeronda mədəni şəraitdə yaşıllaşdırmada rast gəlinir.
İstifadəsi
redaktəBitkinin meyvəsindən alınan yağ ətriyyatda, saçlara yaxşı təsir etdiyi üçün kosmetikada və əczaçılıqda istifadə edilir. Bitki dekorativ görünüşlü olduğundan yaşıllaşdırmada istifadəsi məqsədyönlüdür.
Sinonimləri
redaktəHomotipik sinonimləri
redaktə- Buxus chinensis Link
Heterotipik sinonimləri
redaktə- Buxus californica (Nutt.) Baill.
- Celastrus obtusatus C.Presl
- Brocchia dichotoma Mauri
- Simmondsia californica Nutt.
- Simmondsia pabulosa Kellogg