Comaxtur - Wikipedia
Çomaxtur — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Çomaxtur kəndi Yengicə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Çomaxtur kənd inzibati ərazi dairəsi yaradılmışdır.[1]
Çomaxtur | |
---|---|
39°31′50″ şm. e. 44°58′09″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Toponimikası
redaktəDüzənlikdədir.Çomaxdur, Çamaxtur variantlarında da qeydə alınmışdır. Güman ki, əsli Çamaxdar olan bu oykonim "şadaraçı" deməkdir.[2]
Coğrafiyası və iqlimi
redaktəÇomaxtur kəndi Sərur düzündə yerləşən kəndlərdəndir. İqlimi Naxşıvanın digər ərazilərinin iqlimi kimi kəskin kontinentaldır: yayı isti və quraq, qışı soyuq və orta qarlıdır. Ən yüksək tempratur, yayda günorta müsbət 45°-48°-yə, qışda gecə mənfi 35°-40°-yə qədər yüksəlir.
Torpaqı çox məhsuldardır. Əksər bitkilərin yetişməsinə imkan verir. Əkinçilik tamamilə suvarmaya əsaslanır. Arpaçayından ayrılıb gələn kanallar suvarmada əsas yer tutur.
Əhalisi
redaktəƏhalisi 2009-cu ildə 3501 nəfər olmuşdur[3]
Tanınmışları
redaktə- Tağı İsmayılov — istiqlalçı, partizan, "Qırmızı tabor"un komandirlərindən.
- Həsən İsmayılov (Tağı oğlu) — pedaqoq, hidro meliorator.
- Əjdər İsmayılov — filologiya elmləri doktoru, professor, 91-lərdən, YAP-ın ən fəal yaradıcılarından birdir.
- Cavid İsmayıl — iqtisadçı.
İstinadlar
redaktə- ↑ "Naxçıvan Muxtar Respublikası şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-29.
- ↑ "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Şərur rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |