Corman Lacin - Wikipedia
Çorman — Azərbaycan Respublikasının Laçın rayonu Şamkənd kənd inzibati ərazi dairəsində kənd.[1]
Çorman | |
---|---|
39°51′36″ şm. e. 46°26′56″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Etimologiyası
redaktəLaçın rayonunun Şamkənd inzibati ərazi vahidində olan kənd Qarabağ silsiləsinin ətəyindədir. Oykonimin türk mənşəli orman (meşə) sözünün variantı olduğu ehtimal edilir. Bəzi tədqiqatçılara görə, Çorman emotoponimdir, çor tayfasının adını əks etdirir[2].
El arasında Çorman adlanan bu yaşayış məntəqəsi müəyyən vaxtlarda müxtəlif adlarla adlandırılırdı. Yuxarı Çorman, Təzə Çorman kimi daha çox məşhur olan kənd adından da göründüyü kimi ərazidə bu adda ikinci bir kəndin olduğuna işarə edilir.[3]
Tarixi
redaktəÇorman kəndinin ərazisi 1747-ci ildən Qaraçorlu mahalının[4], 1840-cı ildən Şuşa qəzasının Zəngəzur sahəsinin[5], 1867-ci ildə Zəngəzur qəzasının[6] tərkibində mövcud olmuşdur. 28 may 1918-ci ildən 28 aprel 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin Zəngəzur qəzasına daxil olmuşdur[7].
Cümhuriyyətin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra Azərbaycan SSR-nin Zəngəzur qəzasının, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsində təsis edilmiş Kürdüstan mahalının (sonradan qəza) tərkibində olmuşdur[8]. 8 aprel 1929-cu ildə Kürdüstan qəzası ləğv edildir və yeni yaradılmış Laçın rayonunun tərkibinə daxil edilmişdir.[9]
1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmiş[10] və işğalçılar tərəfindən bütün yaşayış, sosial və təsərrüfat təyinatlı tikililər tamamilə yandırılmış və dağıdılmışdır[11]. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.[12]
Əhalisi
redaktə2006-cı ilin statstikasına görə kəndin əhali sayı 250 nəfər olmuşdur. 2009-cu il dekabr ayına olan məlumata əsasən kənd sakinlərinin sayı 332 nəfər (85 ailə), 2015-ci ilin yanvar ayında aparılan siyahıyaalma zamanı isə kənd sakinlərinin sayı 345 nəfərdir (93 ailə).[13]
İqtisadiyyatı
redaktəƏsas təsərrüfatı heyvandarlıq idi.
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- ↑ Çorman (Laçın) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 201. ISBN 978-9952-34-155-3.
- ↑ Sultan Hümbətov. "Çorman kəndi". "Laçın yurdu". №2(17) ("Bəxtiyar-4" nəşriyyatı). 2015: səh. 23. (#accessdate_missing_url)
- ↑ Milman A. Politiçeskiy stroy Azerbaydjana v XIX-naçale XX vekov (adminstrativnıy apparat I sud, formı I metodıkolonialnoqo upravleniya). Baku. 1966. səh. 44.
- ↑ Полное собрание законов Российской империи, собрание 2-е, т. XV, ст. 13368
- ↑ Полное собрание законов Российской империи, собрание 2-е, т. XLII, ч. 2, ст. 45259
- ↑ "Cümhuriyyət: Tiflisdən Bakıya gedən yol". metbuat.az. Cavid Cabbaroğlu. 11 iyun 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 iyun 2023.
- ↑ Из протокола заседания Президиума ЦК АКП (б). 30 июля 1923 г. ПААФ ИМЛ. Ф. 1. On. 74. Д. 133. Л. 3 об.
- ↑ Азербайджанская ССР. Административно-территориальное деление на 1 января 1977 года (4-е изд.). Баку: Азербайджанское гос. изд-во. 1979. 7.
- ↑ Vendik, Yuri. "Армяне оставляют Лачин, несмотря на конец войны в Карабахе и прибытие российских миротворцев". BBC Russian Service (rus). 17 November 2020. 16 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 December 2020.
- ↑ Sultan Hümbətov. "Çorman kəndi". "Laçın yurdu". №2(17) ("Bəxtiyar-4" nəşriyyatı). 2015: səh. 23. (#accessdate_missing_url)
- ↑ "Azərbaycan Müdafiə Nazirliyi Laçında dövlət bayrağının asılması barədə video yayıb". BBC Azerbaijani Service (az.). 1 December 2020. 30 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 December 2020.
- ↑ Sultan Hümbətov. "Çorman kəndi". "Laçın yurdu". №2(17) ("Bəxtiyar-4" nəşriyyatı). 2015: səh. 25. (#accessdate_missing_url)
Laçın rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |