Cosonun Silahlisi Teleserial 2014 - Wikipedia
Cosonun Silahlisi Teleserial 2014 - Wikipedia - Haqqında Məlumat
Çosonun silahlısı Lee Joon-gi, Nam Sang-mi, Jeon Hye-bin,Han Joo-wan və Yu Oh-seongun baş rolda oynadığı 2014-cü il Koreya teleserialıdır. Serialın əsas mövzusu Park Yoon-kang adlı qılınc ustasının əlinə odlu silah alaraq atasını öldürənlərə qarşı mübarizə aparmasıdır.
Çosonun silahlısı | |
---|---|
Janr |
döyüş dram |
Rollarda | |
İstehsalçı ölkə | Cənubi Koreya |
İl | 2014 |
Studiya | KBS |
Dil | koreya dili |
Seriya vaxtı | 60 dəqiqə |
Davametmə müddəti | 25 İyun 2014 — 4 Sentyabr 2014 |
IMDb | ID3836378 |
kbs.co.kr/drama/gunman/ |
Bu serialla aktyor Lee Joon-gi və aktrisa Nam Sang-mi İkili həyatdan sonra yenidən bir serialda baş rolları paylaşmaq imkanı əldə etdilər.
Rollarda
redaktəAd | Rol | Qeydlər |
---|---|---|
Lee Joon-gi | Park Yoon-kang | qılınc ustası ,daha sonra Yaponiyalı iş adamı Cənab Hanjo |
Nam Sang-mi | Jung Soo-in | Park Yoon-kangın sevgilisi |
Jeon Hye-bin | Choi Hye-won | tacirin qızı |
Han Joo-wan | Kim Ho-kyung | Nazir Kim Byung-jenin qeyri-qanuni oğlu |
Yu Oh-seong | Choi Won-shin | tacir,Mühafizəkarlar partiyasının liderinin əmrlərini icra edən sui-qəsdçi |
Choi Jae-sung | Park Jin-han | Park Yoon-kangın atası |
Kim Hyun-soo | Park Yeon-ha | Park Yoon-kangın bacısı |
Choi Cheol-ho | Moon Il-do | Park Jin-handan sonra polis şəbəkəsində ikinci şəxs |
Lee Dong-hwi | Han Jung-hoon | Park Yoon-kangın ən yaxşı dostu |
Choi Ji-na | Park Jin-hanın arvadı | |
Uhm Hyo-sup | Jung Hwe-ryung | Jung Soo-inın atası |
Kim Ye-ryung | Xanım Kim | Jung Soo-inın anası |
Ahn Ji-hyun | Jan-yi | Jung Soo-inın qulluqçusu |
Nam Myung-ryul | Hyun Am | Koreyada Aydınlanma dövrünü dəstəkləyən müəllim ,birinci hədəf |
Kim Jung-hak | Oh Kyung | Koreyada Aydınlanma dövrünü dəstəkləyən müəllim ,ikinci hədəf |
Choi Jong-won | Kim Jwa-young | Mühafizəkarlar partiyasının lideri |
Ahn Suk-hwan | Kim Byung-je | Mühafizəkarlar partiyasının üzvü |
Lee Min-woo | İmperator Qojonq | |
Ha Ji-eun | Kraliça Min | |
Choi Jae-hwan | Sang-chu | Park Yoon-kangın Çosonlu köməkçisi |
Ryohei Otani | Ganemaru | Park Yoon-kangın yapon köməkçisi |
Yoon Hee-seok | Kim Ok-kyun | Park Yoon-kangın həyatını xilas edən adam |
Jin Sung | Sung-gil | Choi Won-shinin sui-qəsdçilərindən biri |
Kang Sung-jin | Kim Moo-deok | Choi Won-shinin sui-qəsdçilərindən biri |
Jung Geun | Son Taek-soo | Choi Won-shinin polis şəbəkəsində casusu |
Kim Ga-eun | Im Je-mi | Park Yoon-kangın qadın köməkçisi |
Park Jae-min | Jong-tae | |
Seo Dong-won | Barıt mütəxəssisi | |
Kim Eung-soo | Yamamoto |
Mövzusu
redaktə
No. | |
---|---|
01 | |
02 | |
03 | |
04 | |
05 | |
Park Yoon-kang Cənab Hanjo olaraq Çosona qayıdır və atasının qatili Choi Won-shinlə iş görməyə başlayır . Ancaq əsas məqsədi atasının günahsızlığını sübut etmək və bacısını köləlikdən xilas etməkdir . Choi Won-shin onun kim olduğunu bilmir və ona qızıl mədəni işini təklif edir . | |
06 | |
Qızıl mədəni işi üçün barıt eksperti Park Yoon-kangın köhnə sevgilisi Jung Soo-in seçilir.Jung Soo-in Cənab Hanjonun Park Yoon-kang olduğunu çox tez başa düşür . Choi Won-shin isə Cənab Hanjonun Park Yoon-kang olub-olmadığını yoxlamaq üçün onun bacısının kölə kimi saxlandığı əraziyə gedir . Əgər Cənab Hanjo bura gəlsə , deməli o, Park Yoon-kangdır . | |
07 | |
Choi Won-shin Cənab Hanjonun Park Yoon-kang olub-olmadığını yoxlamaq üçün onun bacısını öz malikanəsinə kölə kimi aldırır və onu Cənab Hanjo ilə görüşdürür . | |
08 | |
Qardaşını görən Park Yeon-ha onu qucaqlayır . Ancaq Park Yoon-kang öz kimliyini ortaya çıxartmamaq üçün onu tanımamış kimi davranır . Choi Won-shin Park Yeon-hanı sataraq əvəzində barıt eksperti tapır ,Park Yoon-kang isə Jung Soo-indən kömək alaraq bacısını yeni getdiyi evdən xilas edir . | |
09 | |
Yeon-hanı xilas etmək üçün Ədalət nazirini öldürən Park Yoon-kangdan Choi Won-shin artıq daha çox şübhələnir və onu öldürmək qərarına gəlir . Ancaq son anda Park Yoon-kang onu aldada bilir . Jung Soo-in isə Cənab Hanjonun evində Park Yoon-kanga bir vaxtlar verdiyi kompası tapır . Ancaq Park Yoon-kangla danışa bilmədən həbs olunur . Çünki Ədalət nazirinin ölümünə görə Seulda bütün barıt ekspertlərini sorğuya çəkirlər . | |
10 | |
Jung Soo-in sarayda sorğuya çəkilir . Nazir Kim Byung-je onun atasının Jung Hwe-ryung olduğunu öyrənəndən sonra Jung Soo-inə daha çox işgəncə edir , hətta onun atasını da Ədalət nazirinin ölümündə günahkar sayır . Cənab Hanjo və Nazir Kim Byung-jenin qeyri-qanuni oğlu Kim Ho-kyung Jung Soo-ini xilas etmək üçün İmperator Qojonqa müraciət edirlər və beləliklə , Jung Soo-in xilas olur . Ancaq Jung Soo-in artıq Cənab Hanjoya onun həqiqi kimliyini öyrəndiyini demir . | |
11 | |
Choi Won-shin silahlı adamları toplayaraq Jung Hwe-ryungu öldürməyə gedir . Ancaq silahlı paltarında olan Park Yoon-kang ona mane olur . Digər silahlı adam da Jung Hwe-ryungu öldürə bilmir . Çünki Kim Ho-kyung qabağa tullanaraq Jung Hwe-ryungu xilas edir . Choi Won-shin isə bu hadisədən sonra Kim Jwa-young ilə dava edir və özünə yeni sahib saraydan sürgün edilən-Nazir Kim Byung-jeni seçir .Park Yoon-kang atasını vətən xaini elan edilməsində əli ola bilən bir nazirin adını öyrənir . | |
12 | |
Park Yoon-kang(Cənab Hanjo) atasını vətən xaini elan edilməsində əli ola bilən naziri qaçırır . Choi Won-shin onu xilas edir. Ancaq nazir təkəbbür göstərərək Choi Won-shini "ov iti" adlandırdığı və onu Kim Jwa-younga şikayət edəcəyi üçün Choi Won-shin onu öldürür . Nazir Kim Byung-je saraya geri qayıdır və oğlu Kim Ho-kyungun Jung Soo-in ilə evlənməsinə qarşı çıxır . Cənab Hanjo Jung Soo-inin onun Park Yoon-kang olduğunu bildiyini başa düşür və onunla yenidən sevgili olur. | |
13 | |
Choi Won-shin Park Yoon-kanga(Cənab Hanjoya) günahlarını etiraf edir . Ancaq məhkəmə qarşısına çıxanda Choi Won-shin özünü təmizə çıxarır , onun qızı və bir şahid Choi Won-shinin heç nə etiraf etmədiyini söyləyirlər . İmperator Qojonq Choi Won-shinin azad edilməsini və Park Yoon-kangın edam edilməsini əmr edir . | |
14 | |
İmperator Qojonq gizlicə Park Yoon-kangı(Cənab Hanjonu) edamdan xilas edir. Ancaq Park Yoon-kang imperatorla işləməkdən imtina edir. O, Choi Won-shini meşədə təqib edir və onu bir uçuruma qədər aparır. Choi Won-shin Park Yoon-kang tərəfindən güllələnir və uçurumdan gölə düşür . | |
15 | |
Choi Won-shin Kim Jwa-youngun adamları tərəfindən xilas edilir. Park Yoon-kang isə özünü müdiri Cənab Yamamoto olaraq tanıdaraq Kim Jwa-youngla ittifaq qurur. Jung Soo-in Kim Ho-kyungun əsil atasının Nazir Kim Byung-je olduğunu öyrənir və ona qarşı olan münasibəti dəyişir. Daha sonra Jung Soo-in sevgilisi Park Yoon-kangla görüşməyə gedir. Choi Won-shinin qızı Choi Hye-won onu təqib edir və beləliklə, Park Yoon-kangı öldürərək atasının intiqamını almaq istəyir. | |
16 | |
Park Yoon-kang Choi Hye-wonun əlindən bir təhər xilas olur. Mühafizəkarlar partiyasının lideri Kim Jwa-young bir çox adamla ittifaq bağlayaraq üsyan qaldırır. Saray işğal edilir, Jung Soo-inin atası Jung Hwe-ryung üsyançılar tərəfindən öldürülür. Ancaq Kraliça Min Park Yoon-kang və Jung Soo-inin köməyi ilə saraydan qaçır. Mühafizəkarlar partiyasının lideri Kim Jwa-young İmperator Qojonqun atası ilə görüşür və oğlu olan İmperator Qojonqu öldürməyəcəyinə söz verərək ondan digər oğlunu taxta çıxartmasını istəyir. Park Yoon-kang isə Kim Jwa-youngun evinə gizlicə girir və atasının başına gələnlərə görə onu öldürmək istəyir. | |
17 | |
Park Yoon-kang Kim Jwa-youngu öldürmür, onu saraya təslim edir. Paytaxta gələn Çin ordusu üsyanı yatırır. Kim Jwa-young və bir çox adam edam edilir. Choi Won-shinin qızı Choi Hye-won Kraliça Mini xilas edir. Nazir Kim Byung-je isə İmperator Qojongun tərəfinə keçir. İmperator Qojong özünə müttəfiqlər əldə etmək məqsədilə Nazir Kim Byung-je və Choi Won-shini bağışlayır. Park Yoon-kang bu iki nəfəri məhv etmək üçün mübarizəyə başlayır. | |
18 | |
Choi Won-shin Cənab Yamamoto ilə birlikdə Yaponiyaya taxıl ixrac etməyə başlayır. Bu isə Çosonda aclığa səbəb olur. Park Yoon-kang taxılı oğurlayaraq xalqa paylayır. Cənab Yamamoto artıq Park Yoon-kanga olan inamını itirir və onu öldürmək üçün adamlar göndərir. Ancaq Ganemaru öz canı bahasına Park Yoon-kangı qoruyur və ölür. | |
19 | |
Park Yoon-kang Cənab Yamamotonun göndərdiyi yaponları öldürdüyünə görə yapon səfirliyinin qəzəbinə tuş gəlir. Choi Won-shin bundan istifadə edərək Park Yoon-kangı həbs etməyə qərar verir. Ancaq Park Yoon-kang Kim Ok-kyun və Şahzadənin əri tərəfindən xilas olunur. Aydınlanma və müasirliyin tərəfdarı olan bu iki şəxs Park Yoon-kangı başladacaqları üsyan üçün əsgərləri hazırlamağa dəvət edir. Park Yoon-kangın sevgilsi Jung Soo-in isə saraya xidmətçi kimi daxil olaraq Kraliça Minin hərəkətlərindən üsyançıları xəbərdar etməyə çalışır. | |
20 | |
Vyetnamda Fransa ilə müharibəyə başlayan Çin öz əsgərlərini Seuldan çəkməyə başlayır. Kim Ok-kyun və Şahzadənin əri üsyana başlamaq üçün bunun ən yaxşı vaxt olduğunu fikirləşirlər. Park Yoon-kang yaponlardan üsyan üçün dəstək almağın əleyhinə olsa da, Kim Ok-kyun gizlicə yaponlardan kömək istəyir. Park Yoon-kang hökumət nümayəndələrinin və xarici dövlətlərin elçilərinin qonaqlıq keçirdiyi binanı yandırır və üsyan başlayır. | |
21 | |
22 |
Reytinqlər
redaktəSeriyanın nömrəsi # | İlk dəfə yayın vaxtı | Orta tamaşaçı payı | |||
---|---|---|---|---|---|
TNmS Reytinqs[1] | AGB Nielsen[2] | ||||
Ölkədə | Seulda | Ölkədə | Seulda | ||
1 | 25 İyun 2014 | 8.9% | 9.1% | 8.4% | 8.8% |
2 | 26 İyun 2014 | 6.6% | 8.2% | 8.0% | 8.6% |
3 | 2 İyul 2014 | 8.3% | 8.6% | 8.0% | 8.3% |
4 | 3 İyul 2014 | 8.0% | 8.7% | 8.7% | 9.4% |
5 | 9 İyul 2014 | 8.5% | 8.7% | 9.9% | 9.6% |
6 | 10 İyul 2014 | 8.9% | 9.9% | 10.5% | 10.6% |
7 | 16 İyul 2014 | 8.3% | 8.8% | 10.2% | 11.1% |
8 | 17 İyul 2014 | 8.3% | 8.8% | 10.6% | 12.1% |
9 | 23 İyul 2014 | 9.3% | 10.3% | 11.6% | 12.4% |
10 | 24 İyul 2014 | 10.7% | 11.7% | 11.9% | 12.2% |
11 | 30 İyul 2014 | 9.5% | 10.6% | 11.2% | 12.1% |
12 | 31 İyul 2014 | 9.4% | 11.2% | 11.7% | 12.8% |
13 | 6 Avqust 2014 | 9.9% | 10.3% | 10.5% | 11.5% |
14 | 7 Avqust 2014 | 9.6% | 10.3% | 12.2% | 13.1% |
15 | 13 Avqust 2014 | 10.1% | 10.6% | 11.1% | 11.3% |
16 | 14 Avqust 2014 | 10.0% | 10.4% | 11.0% | 10.7% |
17 | 20 Avqust 2014 | 9.4% | 9.4% | 11.1% | 11.4% |
18 | 21 Avqust 2014 | 10.0% | 10.7% | 11.7% | 11.9% |
19 | 27 Avqust 2014 | 8.8% | 9.8% | 10.8% | 11.7% |
20 | 28 Avqust 2014 | 9.0% | 9.4% | 11.5% | 12.5% |
21 | 3 Sentyabr 2014 | 9.1% | 9.2% | 11.8% | 12.0% |
22 | 4 Sentyabr 2014 | 9.8% | 10.5% | 12.8% | 13.0% |
Orta | 9.1% | 9.8% | 10.7% | 11.2% |
İstinadlar
redaktə- ↑ "TNmS Daily Ratings: this links to current day-select the date from drop down menu". TNmS Ratings (Korean). 2018-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-25.
- ↑ "AGB Daily Ratings: this links to current day-select the date from drop down menu". AGB Nielsen Media Research (Korean). 2013-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-25.
Xarici keçidlər
redaktə- Gunman in Joseon — Internet Movie Database saytında