Coxcicekli Evkalipt - Wikipedia
Çoxçiçəkli evkalipt (lat. Eucalyptus polyanthemos) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü.
Çoxçiçəkli evkalipt | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Çoxçiçəkli evkalipt |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Təbii yayılması
redaktəTəbii arealı cənub-şərqi Avstraliya, Aralıq dənizi sahilləri, Afrika, Mərakeşdir. Qara dəniz sahillərində geniş əkin sahələrinə malikdir.
Botaniki təsviri
redaktəHündürlüyü 18 m, diametri 30 sm-ə qədər olan, ortaboylu, həmişəyaşıl ağacdır. Gövdəsinin qabığı tünd qırmızı rəngli, ağır, bərk, pulcuqlu-lifli, cavan zoğlarda isə hamardır. Cavan yarpaqları 3-5 ədəd olmaqla növbəli yerləşmiş, saplaqlı, forması dairəvi, uzunluğu 4-8 sm, eni 4 sm, mavi çalarlı və ya bozumtuldur. Yetkin yarpaqları saplaqlı, növbəli düzülmüş, dar və ya enli neştərə bənzəyir, uzunluğu 5-14 sm, eni 1,5-4,5 sm olmaqla, açıq kül rənglidir. Çiçək qrupu 3–6 çiçək çətirindən ibarət olub, üst tərəfdən çətir çiçək qrupu əmələ gətirir. Çətir saplağı silindrvari, uzunluğu 5-10 mm, qönçələrin saplağı boz rəngli, sancaqvari olub, uzunluğu 7 mm, diametri 4 mm, konusvari qapaqcıqlı, lakin çiçək yatağının saplağından qısadır; tozcuq qutusu bitişik yuvacıqlı, xəncərvari və ya dördbucaqlı, sonunda məsamələri vardır. Meyvəsi saplaqlı, yarımdairəvi, yumurta və ya armudvari, uzunluğu 5-6 mm, eni 4-5 mm, kiçik diskin yanları basılmış haldadır.
Ekologiyası
redaktəRütubətsevən bitkidir, quru subtropik iqlim şəraitində becərilir.
Azərbaycanda yayılması
redaktəAbşeron, Lənkəran və Azərbaycanın bir çox bölgələrində mədəni şəraitdə becərilir.
İstifadəsi
redaktəBitki Abşeronun iqlim şəraitinə davamlı olub, yaşıllaşdırmada istifadə üçün əlverişlidir.
Yarımnövləri
redaktə- Eucalyptus polyanthemos subsp. polyanthemos
- Eucalyptus polyanthemos subsp. vestita L.A.S.Johnson & K.D.Hill