Coxbolumlu Bibersteyniya - Wikipedia
Çoxbölümlü biberşteyniya (lat. Biebersteinia multifida) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin biberşteyniyakimilər fəsiləsinin biberşteyniya cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" – VU A2c+3 cd. Azərbaycanın nadir növüdür.
Çoxbölümlü biberşteyniya | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Çoxbölümlü biberşteyniya |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Qısa morfoloji təsviri
redaktəXovlu, tükcüklü, gövdəvari vəzli, çoxillik bitkidir. Gövdəsi düzdür, mühkəmdir, vəzilidir, yuxarı hissədən budaqlanandır. Aşağıdan purpur rənglidir, 20-50 sm hündürlükdədir. Gövdə yarpaqları demək olar ki, oturaq, lansetvari və ya lansetvari-xətşəkillidir. Ləçəkləri çılpaq və ya tüklü-kirpikciklidir, uzunsov-pazvaridir, bütöv və ya dişlidir, sarı, 5–8 mm uzunluğundadır. Meyvələri 5 mm uzunluğunda, çılpaq və qırışlıdır.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri
redaktəÇiçəkləməsi və meyvə verməsi aprel-may aylarına təsadüf edir. Quru, gilli, əhəngli və daşlı yamaclarda rast gəlinir.
Yayılması
redaktəNaxçıvan düzənliyi və dağlıq hissəsidir.
Sayı və tendensiyası
redaktəPopulyasiyanın təbii bərpası azalır, antropogen təsirlərə həssaslıq müşahidə olunur.
Məhdudlaşdırıcı amillər
redaktəPopulyasiyanın zəif təkrarlanması, otarılma, tapdalanmadır.
Mühafizə tədbirləri
redaktəYayıldığı sahəni qorumaq üçün müvafiq tədbirlərin görülməsi, növün müasir vəziyyətinin dəqiq öyrənilməsi, yeni yayılma sahələrinin aşkar edilməsi, introduksiya olunması təklif olunur.