Coxillik Qizciceyi - Wikipedia
Çoxillik qızçiçəyi (lat. Bellis perennis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin qızçiçəyi cinsinə aid bitki növü.
Çoxillik qızçiçəyi | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Çoxillik qızçiçəyi |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Botaniki xarakteristikası
redaktəHündürlüyü 5-17 sm, gövdəsi tək və ya bir neçə sayda, zəif və sıx tüklü, qısa kökümsovları olan çoxillik ot bitkisidir. Çiçəkli gövdəsi yarpaqsızdır və eni 10 mm olan tək səbəti vardır. Köküstü rozetdə yerləşmiş yarpaqlar belşəkillidir, əksinəyumurtaşəkilli, bəzən kənarları dəyirmi dişli və yaxud tamkənarlıdır, uc hissəsi küt və saplağa daralmışdır. Qın yarpaqcıqları uzunsov, küt, tükcüklü və qaramtıl rəngdədir. Dilcikləri iki dəfə qından uzundur, ağ rənglidir, sonu çəhrayıdır. Çiçək yatağı qabarıqdır. Toxumları əksinəyumurtaşəkilli və çılpaqdır, kəkilsizdir, uzunluğu 1 mm-ə qədərdir. May-iyun aylarında çiçəkləyir, iyun-iyul aylarında meyvə verir.
Azərbaycanda yayılması
redaktəBQ (Quba), KQ şimal, KQ mərkəzi. Aşağı və orta dağ qurşağında.
Yaşayış mühiti
redaktəMeşələrdə, talalarda, çəmənliklərdə rast gəlinir.
Təsərrüfat əhəmiyyəti
redaktəDekorativ əhəmiyyətli bitkidir.
Sinonimləri
redaktəHomotipik sinonimləri
redaktə- Erigeron perennis Sessé & Moc.
Heterotipik sinonimləri
redaktə- Aster bellis E.H.L.Krause
- Bellis alpina Hegetschw.
- Bellis armena Boiss.
- Bellis croatica Gand.
- Bellis hortensis Mill.
- Bellis hybrida Ten.
- Bellis integrifolia DC.
- Bellis minor Garsault
- Bellis perennis var. caulescens Rochebr. & Sav.
- Bellis perennis var. caulescens Lej.
- Bellis perennis f. disciformis P.D.Sell
- Bellis perennis f. discoidea D.C.McClint.
- Bellis perennis var. hirsuta Beck
- Bellis perennis var. integrifolia Mérat
- Bellis perennis var. microcephala Boiss.
- Bellis perennis var. prolifera Gaudin
- Bellis perennis proles pumila (Arv.-Touv. & Dupuy) Rouy
- Bellis perennis var. tubulosa Gaudin
- Bellis pumila Arv.-Touv. & Dupuy
- Bellis rotundifolia proles pumila (Arv.-Touv. & Dupuy) P.Fourn.
- Bellis scaposa Gilib.
- Bellis validula Gand.
İstinadlar
redaktə- ↑ Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 886.