Cusovaya Cayi - Wikipedia
Çusovaya (yuxarı axarlarında — Gündüz Çusovası[1]) — Orta Uralda çay. Kama çayının sol qolu.[2] Rusiyanın Perim diyarından, Sverdlovski və Çelyabinsk vilayətlərindən axır. Çayın özəlliklərindən biri odur ki, o Ural dağlarının şərq yamaclarından başlanğıcını götürür, silsiləni kəsib keçir və qərb yamacları boyu axır.[3][4]
Çusovaya | |
---|---|
rus. Чусовая | |
Ölkə | Rusiya |
Mənbəyi | Böyük Çusov gölü |
• Yüksəkliyi | 399 m |
Mənsəbi | Kama su anbarı |
• Yüksəkliyi | 108 m |
Uzunluğu | 592 km |
Su sərfi | 222 m³/s |
Su hövzəsi | Kama çayı, Volqa, Xəzər dənizi |
Hövzəsinin sahəsi | 47600 km² |
DSR[rus.] | 10010100512111100010035 |
Çayın sahilləri çox mənzərəlidir. Çusovaya çayı Uralın ən populyar turizm obyektlərindən biridir. Çayın bəzəyi onu əhatə edən qayalardı. Qayalar çayın Ural dağlarını kəsib keçdiyi ərazidə üstünlük təşkil edir.
Ümumi məlumat
redaktəÇayın uzunluğu — 592 km-dir.[5] (Çelyabinsk vilayətində — 20 km, Sverdlovsk vilayəti — 377 km, Perim diyarında — 195 km). Sutoplayıcı hövzəsi 23 000 km²-dir.[5][6] Orta meyillik 0,4 m/km-dir. Hövzənin dəniz səviyyəsindən orta hündürlüyü 356 metrdir.
Çay öz başlanğıcını Çelyabinsk vilayətinin şimalındakı bataqlıq ərazidə yerləşən Böyük Çusov gölündən götürür (399 metr). Çay göldən çıxdıqdan sonra şimala doğru axır. 45 km-dən sonra Qərbi Çusovaya çayı ilə birləşir. Daha sonra çay Ural dağlarının şərq yamacları ilə 150 km şimala doğru axır. Bu bölgədə çayın eni 10–13 metr arasında dəyişir.
Orta axarlarda çay dərəsi ensizləşir, yamacları kanyona bənzər xarakter alır. Paleozoy yaşlı süxurların kəsib keçən çay sahillərində böyük qayalıqlar formalaşdırır. Qayaların hündürlüyü 10–115 metr arasında dəyişir.[7] Sahil boyu bu qayalar 30–1500 metrə yaxın uzana bilir. Çayın keçdiyi bu ərazidə karst prosesləri geniş yayılmış və mağaralar üstünlük təşkil edir.
Aşağı axarlarında çay düzənlik xarakteri daşıyır. Çayın sürəti zəifləyir. Yatağı bəzən 300 metrə qədər genişlənir. Çay Kama su anbarına tökülür. Su anbarı tam dolan zaman çayın mənsəbi 125 km məsafəyə qədər su anbarının suyu ilə dolur.[8]
İstinadlar
redaktə- ↑ Ресурсы поверхностных вод СССР: Гидрологическая изученность. Т. 11. Средний Урал и Приуралье. Вып. 1. Кама / под ред. В. В. Николаенко. — Л.: Гидрометеоиздат, 1966. — 324 с.
- ↑ Белявский П. Е., Рудаков В. Е. Кама, река // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890–1907.
- ↑ "Первоуральский район. История и география". prvregion.narod.ru (rus). 2021-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-22.
- ↑ Полякова Е. Н. "Источники изучения пермской топонимии XVI—XVII вв". elar.urfu.ru (rus). 2022-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-22. // Известия Уральского государственного университета. — 2001. — № 20. — С. 78–82.
- ↑ 1 2 "Сайт реки Чусовой". rekachusovaya.ru (rus). 2019-04-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-04-22.
- ↑ "Arxivlənmiş surət". 2014-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-08.
- ↑ ЧУСОВАЯ: ИСТОРИЧЕСКИЙ ПОРТРЕТ
- ↑ Чусовая // Словарь современных географических названий / Рус. геогр. о-во. Моск. центр; Под общ. ред. акад. В. М. Котлякова. Институт географии РАН. — Екатеринбург: У-Фактория, 2006.