Cuxur Mehelle Mescidi - Wikipedia
Çuxur məhəllə məscidi — XVIII əsrdə Şuşanın Çuxur məhəllə məhəlləsində tikilmiş tarixi abidə.
Çuxur məhəllə məscidi | |
---|---|
| |
39°45′40″ şm. e. 46°45′27″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Şuşa |
Yerləşir | Keçmiş Əmiryan küç. Çuxurlu məhəlləsi |
Aidiyyatı | Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu |
Tikilmə tarixi | XVIII əsr |
Üslubu | Arran memarlıq məktəbi |
Vəziyyəti | dağıdılmış vəziyyətdədir |
Kriteriya | i,iv,v,vi |
Dövlət | Azərbaycan |
Region | Avropa |
İstinad nöm. | 5068[1] |
Kateqoriya | Məscid |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Çuxur məhəllə məscidi Şuşanın XVIII əsrdə salınmış aşağı məhəllələrindən biri olan Çuxurlu məhəlləsində yerləşir. Şəhərin ən aşağı hissəsində yerləşdiyinə görə məhəllə belə adlandırılmışdır.[2]
Düzbucaqlı plandakı Şuşa məscidləri (XVIII-XIX əsrlər)̠ məhəllə meydanlarının ayrılmaz və ən başlıca komponentləri idilər. Müxtəlif cizgili enli tağları olan və ya müstəvi səpkisində işlənmiş həcm-fəza eyvanı şəklində qurulan əsas girişin səmti meydanın planlaşdırılmasından və relyefindən asılı olurdu. Məscidlərin fəza təşkili əsasən iki tipə bölünürː birinci tipin fəza təşkili sütunlar üzərində tağbəndli və tağlı ibadət zalının üçnefli hissələnməyə malikdir, ikinci tip məscidlər isə yastı örtüklü bir bütöv həcm şəklində təqdim olunur. Şuşanın məhəllə məscidlərinin interyerində bütün memarlıq bəzəkvurma tsiklindən — polixrom divar boyakarlığından, Quran yazılarından, yapma bəzəklərindən istifadə olunur.[3]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Şuşa rayonunun vandalizmə məruz qalmış abidələri" (az.). Archived from the original on 2022-09-29. İstifadə tarixi: 5 yanvar 2022.
- ↑ Чингиз Каджар. Старая Шуша. 96 стр.
- ↑ Rayihə Əmənzadə. Azərbaycan Memarlığı XV-XIX əsrin əvvəllərində. III (1000 nüs.). Bakı: Şərq-Qərb. 2013. səh. 220. ISBN 978-9952-32-020-6.
Xarici keçidlər
redaktə- Ağa Məhəmməd Aman. "Gülağa Tənha - 8 may" (az.). (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 yanvar 2022.