Olumcul Xeyir Dua Film 1981 - Wikipedia
Ölümcül xeyir-dua (ing. Deadly Blessing) — 1981-ci ildə Qorxu filmi janrında çəkilən ABŞ filmlərindən biridir. Filmin rejissoru məşhur ABŞ rejissoru və ssenaristlərindən biri Ues Kreyvendir. Filmin ilk baxış tarixi 14 avqust 1981-ci ildə ABŞ-də baş tutmuşdur. Filmə ən çox izləyiciləri sırasına ABŞ və İspaniya kimi ölkələr daxildir. Filmin mövzusu ferma ətrafında baş verir. İki cütlük Cim və Marta ailə qurduqdan sonra fermaya köçürlər. Lakin bir gün Cimin çox qəribə ölümündən sonra fermada sakitlik pozulmağa başlayır və qəribə hadisələr baş verir.
Ölümcül xeyir-dua | |
---|---|
ing. Deadly Blessing | |
| |
Janr | Qorxu filmi |
Əsas mövzu | fövqəltəbiilik |
Rejissor | Ues Kreyven |
Prodüserlər |
Uilyam Qilmour Patrisiya Herskoviç Maks A. Keller Maykelin H. Keller |
Ssenari müəllifləri |
Qlenn M. Benest Metyu Barr Ues Kreyven |
Baş rollarda |
Maren Jensen Şeron Stoun Syuzen Bakner Duqlas Barr |
Operator | Robert Cessap |
Bəstəkar | Ceyms Horner |
Rəssam | Cek Marti |
İstehsalçı | United Artists |
İlk baxış tarixi | 14 avqust 1981 |
Müddət | 100 dəqiqə |
Büdcə | $2,5 milyon |
Gəlir | $8,279,042 (ABŞ-də) |
Ölkə | ABŞ |
Dil | İngilis dili |
İl | 1981 |
Rəng | Rəngli |
IMDb | ID0082245 |
Məzmun
redaktəCim Şmidt (Duqlas Barr) "Bizim xeyir-duamız" adlandırılan izolə edilmiş fermada yaşayır. Bu ferma ətrafında yaşayan əhali "Hettlər" adlandırılan ciddi dini rejimi olan cəmiyyətdə yaşayırlar. Cimin atası bu kiçik ammonit cəmiyyətinin başçısı İsaya Şmidtdir (Ernest Borqnayn). Marta (Maren Jensen) adlı şəhər xanımı bura gəldikdən sonra Cimə aşiq olur. Onların evlənmələrinə etiraz olaraq İsaya, cütlüklərin hər ikisini buradan getməsinə əmr verir. Buranı tərk etməyə məcbur olan Cim evlənənə kimi "Hettlər" cəmiyyətinə mənsub idi. Lakin Cim evləndikdən sonra bu cəmiyyəti tərk edir. Cim həyat yoldaşı Martanın hamilə olduğunu öyrənən zaman onu qonşuluqda yaşayan Luiza Stoler (Lois Nettleton) və qızı Feyt Stolerə (Leyz Hartman) tapşırır. Luiza və Feyt "Hittitlər" cəmiyyətinə mənsub deyirlər. Həmin gecə Cim daxildən qəribə səsləri eşitdir və anbara gəlir. Lakin sirrli naməlum varlıq traktoru idarə edərək onu öldürür. Cimin ölməsi adi bədbəxt hadisə olaraq görülür.
Dostlar Lana Markus (Şeron Stoun) və Viki Anderson (Syuzan Bakner) Cimin dəfn edilməsindən sonra onu görməyə gəlirlər. Uilyam Qluntz (Maykl Berriman) ayaqqabısının evdə qaldığını yadına salaraq geri dönür. Geri dönən zaman evin içində birdən-birə hər tərəfə qırmızı buxara yayılır və qəribə naməlum varlıq Uilyamın çiynindən vurur. Növbəti gün Uilyamın və Cimin atası Uilyamı tapmaq üçün fermaya gəlirlər. Evdə olan Marta onlara Uilyamı görmədiyini söyləyir. Martanın yaşadığı ferma sahəsi "Hettlər" cəmiyyətinin ətrafında olduğu üçün İsayaya ciddi narahatlılıq törədir. Bu səbəbdən İsaya fermaya gələrək Martaya bu sahəni almaq istədiyini bildirri və bu zaman Marta ona rədd cavabı verir. İsaya onu "İblis" adı ilə çağırır. İsaya fikrindən dönmək istəmir və ondan fermasını alacağını deyir. Marta isə bu zaman qapını onun üzünə bağlayır.
Lana, traktor üçün istifadə olunan aləti tapmaq üçün anbara daxil olur, lakin bu zaman bütün qapılar və pəncərələr qəfildən bir-birinə yaxınlaşır və onu içəri itələyərək tələyə salır. Lana vahimə içində çıxış yolunu axtarır və bu zaman qara geyimli naməlum varlıqla rastlaşır. Lana açıq qapıdan çıxan zaman onun üzərinə ipdən asılmış Uilyamın meyiti düşür. Bu hadisəni araşdıran şerif (Kevin Kuni), Martaya şəhərdən köçməyi məsləhət görür, lakin Marta burada qalmağı qərara alır və müdafiə olunmaq üçün silah alır. Qısa müddət sonra hadisələr yenidən təkrarlanmağa başlanır. Naməlum ilan varlığı Martanın vanna otağında peyda olur. Marta ilanı daşla öldürməy bacarır.
Con Şmidt (Ceff İst) adlı bir kənd sakini atasının onu döyməsindən sonra ona qarşı nifrət bəsləyir və onunla mübarizə apardıqdan sonra kənddəm qovlanılır. Con Viki ilə görüşdükdən sonra kinozala gedirlər. Kinozaldan sonra Viki, Conun avtomobilində evə qayıdır. Bu zaman naməlum varlıq Cona hücum edir. Həmin varlıq Cona bir neçə zərbə endirərək onu öldürür. Bunu görən Lana, qəribə əllərin onun başını tutduğunu hiss edir və bu zaman onun ağzına çoxlu sayda hörümçək daxil olur. Lana gözlənilmədən yuxuya gedir. Ayılan zaman Lana yanında şüşəli şirə qabında olan qanı görür. Bu müddətdə Marta evində bir cüt həşəratın gülə bağlanaraq otaqdan asıldığını görür. Bu zaman Marta bunun Tomun qəbrində gördüyünü xatırlayır. Marta Tomun qəbrinə yaxınlaşan zaman onun burada olmadğını görür. Evə qayıdan Marta Melissaya (Kollin Rili) hücum edən Luiza və Feyti görür. Lana Martanın köməyinə gəlir və onlar arasında mübarizə başlayır. Marta Feytini tutan zaman anası Luiza ilə rastlaşır. Xoşbəxtlikdən Luiza Lana tərəfindən güllələnərək öldürülür. Lakin Feyt anasının intiqamını almaq üçün Martanı öldürməyə hazırlaşır. Bu zaman Feyti çiynindən Melissa vurur. İsaya, evə gələrək "İblis indi ölmüşdür" ifadəsini deyir.
Bu hadisədən bir müddət sonra Lana Martanı tərk edərək Los Ancelesə qayıtmağa hazırlaşır. Marta evin qapısını bağlayan zaman qaranlıq görünüşlü Toma bənzər kölgə adamın onu iblisdən xilas olunmasına çağırır. Bu sözlərdən sonra Tom yox olur. Marta Tomun dayandığı yerə yaxınlaşan zaman yerin daxilindən qəribə qırmızı buxar çıxır və həmin varlıq Martanı yerin içinə aparır.
Maraqlı faktlar
redaktə- Şeron Stoun hörümçəyi əlinə götürmək üçün onun dişlərini çıxarmağa Ues Kreyvenə israr etdi. Amma hörümçəyin dişləri olmasa, hörümçək çox çətin qidalanacaqdır. Əməliyyat baş tutduqdan sonra Şeron Stoun hörümçək olan səhnədə iştirak etməyə razılıq verir.[1]
İstinadlar
redaktə- ↑ "IMDB.Com Trivia Section". 2013-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-25.
Xarici keçidlər
redaktə- Ölümcül xeyir-dua — Internet Movie Database saytında