Olsem Bagisla - Wikipedia
Ölsəm… bağışla — II Dünya müharibəsindən sonrakı illərdə baş verən hadisələrdən bəhs edən, dram janrında çəkilmiş bədii film.
Ölsəm... bağışla | |
---|---|
| |
Janr | dram, məhəbbət |
Rejissor | Rasim Ocaqov |
Ssenari müəllifi | Rüstəm İbrahimbəyov |
Baş rollarda |
Fəxrəddin Manafov Gülzar Qurbanova Sədayə Mustafayeva Muxtar Maniyev |
Operator | Rafiq Qəmbərov |
Bəstəkar | Emin Sabitoğlu |
Rəssam | Rafiz İsmayılov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 24 oktyabr 1989 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 87 dəq. |
Ölkə | Azərbaycan SSR |
Dil | Azərbaycan dili |
İl | 1989 |
Texniki məlumatlar |
10 hissə 2516 metr 35 mm |
Rəng | ağ-qara (rəngli kadrlarla) |
Çəkiliş yeri | Bakı |
IMDb | ID0173956 |
Məzmun
redaktəFilm məhəbbət, haqsızlığa qarşı mübarizə və ölüm haqqındadır. Filmin əsas süjet xətti iki gənc arasındakı məhəbbət üzərində qurulmuşdur. Elə bir məhəbbət ki, insan qəlbini pis fikirlərdən, pis əməllərdən xilas edir, onu təmizləyir, paklaşdırır. Həyat filmin qəhrəmanını bir çox sınaqlardan keçirir, sərtləşdirir. Hər addımında haqsızlıqlarla üzləşən Yusif (Fəxrəddin Manafov) onlarla təkbaşına mübarizə aparmalı olur. Amma o, xasiyyətcə mülayim adamdır.
Yusif müharibədən sonra xəbər tutur ki, atası haqsız məhkum edilib, sevdiyi qız (Gülzar Qurbanova)[1] onu gözləməyib başqasına ərə gedib. Nə etməli, hər şeyə göz yummalı, yoxsa yenidən mübarizə aparmalı? O, sevdiyi qızla xoşbəxt həyat sürməyi arzulayır.
Festivallar və mükafatlar
redaktə- 1)1991-ci ildə Bakıda Azərbaycan filmlərinin I festival-müsabiqəsi
- Kinolent ən yaxşı bədii filmə görə Mükafat və Priz almışdır.[2]
- 2)1992-ci ildə Çimkənddə (Türkmənistan) Qazaxıstan, Orta Asiya və Azərbaycan kino aktyorlarının I regional "İpək Yolu" kinofestivalı
- Ən yaxşı qadın rolunun ifasına görə aktrisa Gülzar Qurbanovaya və baş mükafat-festivalın Qran-pri Mükafatı verilmişdir
- Ən yaxşı kişi rolunun ifasına görə aktyor Fəxrəddin Manafova baş mükafat-festivalın Qran-pri mükafatı verilmişdir.[3]
Filmin heyəti
redaktəFilm üzərində işləyənlər
redaktə- Ssenari müəllifi: Rüstəm İbrahimbəyov
- Quruluşçu rejissor: Rasim Ocaqov
- Quruluşçu operator: Rafiq Qəmbərov
- Quruluşçu rəssam: Rafiz İsmayılov
- Bəstəkar: Emin Sabitoğlu
- Səs operatoru: Akif Nuriyev
- Rejissor: Ramiz Əliyev
- Qrim rəssamı: Elbrus Vahidov
- Geyim rəssamı: Y. Kirşner
- Operator: Sərvər Rəşidoğlu(Sərvər Quliyev kimi)
- Quraşdırılmış səhnələrin operatoru: Ramiz Babayev
- Montaj edən: Nataliya Albitskaya, Lyudmila Lotina
- Rejissor assistenti: Mirzəbala Məlikov, N. Cəlilov, Rafiq Orucov
- Operator assistenti: Aydın Mustafayev, Nadir Mehdiyev, V. Romanov
- Rəssam assistenti: R. Abdullayev
- İşıq Ustası: N. Daşdəmirov
- İnzibatçı: M. İsmayılov, Arif Kərimov, İlqar Əliyev
- Rejissor-Stajçı: Ramiz Əzizbəyli, Nizami Musayev
- Çalır: SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Orkestri
- Dirijor: Konstantin Krimets
- Redaktor: A. Süleymanova
- Filmin direktoru: Davud Zöhrabov
- Tərcüməni səsləndirən: Rasim Balayev (titrlərdə yoxdur)
Rollarda
redaktə- Fəxrəddin Manafov — Yusif
- Gülzar Qurbanova — Gülya
- Sədayə Mustafayeva — Yusifin anası
- Muxtar Maniyev — Seyidrza
- Nizami Musayev — Cavad
- Ağasəf Sadıqbəyov — Eldar
- Ülkər Quliyeva — Naza
- Viktor Dəmirtaş — Edik
- Andrey Proxorov — Viktor
- Rəsmi Cəbrayılov — Həkim
- Andrey Yurenev — Müstəntiq
- Qalina Kuznetsova — Ev sahibəsi
- Mariya Stepanova — Marusya xala
- R. Məmmədov — Duquş
- Yelena Kostina — Zina
- Həsən Məmmədov — Firuz
- Hacı İsmayılov — Qulam
- Aliyə Musayeva — Zulya
- Zülfüqar Baratzadə — Baladadaş
- K. Qotiç — Qızıldiş
- Niyazi Əhmədov — Səlim
- Tofiq İsmayılov — Müdir
- Nuriyyə Əhmədova — Səltənət
- L. Lerman
- Vəliəhd Vəliyev — avara
- R. Həsənzadə
- Y. Semyonov
- Kamil Məhərrəmov — tapança satan
- Boka (Boris Davidyan) — restoran müğənnisi
Filmi səsləndirənlər
redaktə- Yaşar Nuri — Müdir (Tofiq İsmayılov) (titrlərdə yoxdur)
- Eldəniz Rəsulov — Eldar (Ağasəf Sadıqbəyov) (titrlərdə yoxdur)
- Həsən Əbluc — Həkim (Rəsmi Cəbrayılov) (titrlərdə yoxdur)
- Zərnigar Ağakişiyeva —Yusifin anası (Sədayə Mustafayeva) (titrlərdə yoxdur)
- Nəcibə Hüseynova — Gülya (Gülzar Qurbanova) (titrlərdə yoxdur)
- Həmidə Ömərova — Zulya (Aliyə Musayeva) (titrlərdə yoxdur)
- Rasim Balayev — Tərcüməni oxuyan (titrlərdə yoxdur)
İstinadlar
redaktə- ↑ Günay. "Ölsəm, bağışla" filmi aktrisalıq həyatıma uğur gətirib": Gülzar Qurbanovanın fikrincə, hazırda tamaşaçının sadə və saf filmlərə ehtiyacı var //Paritet.- 2011.- 10–11 fevral.- S.16.
- ↑ Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 282.
- ↑ Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 282–283.
Mənbə
redaktə- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 278–298; 342.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.