Ulviyye Heyderova - Wikipedia
Ülviyyə Heydərova — Azərbaycanlı yazıçı, dramaturq, ssenari müəllifi.
Ülviyyə Heydərova | |
---|---|
Heydərova Ülviyyə Sədaqət qızı | |
Doğum tarixi | |
Doğum yeri | Əli Bayramlı Azərbaycan SSR |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | yazıçı, jurnalist, ssenarist, dramaturq |
Əsərlərinin dili | azərbaycanca |
Mükafatları |
Həyat və fəaliyyəti
redaktəÜlviyyə Heydərova 1981-ci ildə Əli Bayramlı rayonunda anadan olub. 2005-ci ildə Azərbaycan İctimai-Siyasi Universitetinin jurnalistika fakültəsini bitirib. 2009-ci ildə isə Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsini bitirib. Azərbaycan Kinematoqrafçılar İttifaqı nəzdindəki Rüstəm İbrahimbəyovun Bakı Kino Məktəbində .Oskar mükafatı laureatı, dünya şöhrətli yazıçısı Rüstəm İbrahimbəyovun ssenari kursunu, Azərbaycan Teatr Xadimlər İttifaqının Dramaturgiya laboratoriyası, görkəmli kinodramaturq, Xalq artisti Ramiz Fətəliyevin kursunu və İngilis ssenarist Paul Fraserin ustad dərsində təhsil alıb. İlk qələm təcrübəsi 1997-ci ildə Şirvan şəhərində çıxan "İşıq" qəzetində dərc edilib. Müxtəlif mətbuat orqanlarında, o cümlədən "Pəncərə (Mədəniyyətə baxış)", "Ölkəm" jurnallarında, "Az-media", "Vətəndaş həmrəyliyi" qəzetlərində müxbir kimi çalışıb. Bədii, publisistik yazıları ilə "525-ci qəzet"də, Lit.az, Lent.az, Kultaz.com, Kulis.az, Sim- sim.az və bir çox mətbuat orqanlarında çıxış edir. Hal-hazırda Azərbaycan Televiziyası QSC-nin “Mədəniyyət xəbərləri” redaksiyasında müxbir vəzifəsində çalışır.
"Noutbuk" povesti 2008-ci ildə I Nəsimi Milli Ədəbiyyat Müsabiqəsində nəsr üzrə I yer qazanıb. "Noutbuk" povesti, həmçinin 2008-ci ildə Rəsul Rza adına Ədəbiyyat Fondunun gənc yazıçıların debüt əsərləri üçün təsis etdiyi "Ümid işığı" mükafatına layiq görülüb. Yazıçı 2008-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin Fəxri fərmanı ilə təltif olunub.
2014-cü ildə qələmə aldığı "Yad.Daş" pyesi Azərbaycan Dövlət YUĞ Teatrında səhnəyə qoyulub. Müəllifi olduğu “Uşaqlıq” monopyesi 2018-ci ildə Almaniyanın Höte İnstitutu tərəfindən seçilib və yazıçı Potsdam şəhərində keçirilən “Next Stage Europe-2018” Beynəlxalq Teatr Festivalında Azərbaycanı təmsil edib. Həmin pyes Moskvada keçirilən “XXI əsr – ilk hadisə” Müstəqil Beynəlxalq Müasir Dramaturgiya Müsabiqəsinin “Tənha artist” nominasiyanın uzun siyahısına düşüb. Bakıda keçirilən IV Avrasiya Ədəbiyyat Festivallar Festivalının laureatıdır (2019). “Uşaqlıq” və “Pələng” monopyesləri Sumqayıt Dövlət Dram Teatrının səhnəsində tamaşaya qoyulub. Mədəniyyət Nazirliyinin 2019 və 2020-ci illərdə elan etdiyi ssenari müsabiqəsində Qarabağ müharibəsinə həsr etdiyi “Bazar günü” və “Borc” qısametrajlı bədii film ssenariləri qalib gəlib. 2020-ci ildə “Pələng” monopyesi Moskvada keçirilən “XXI əsr – ilk hadisə” Müstəqil Beynəlxalq Müasir Dramaturgiya Müsabiqəsinin “Tənha artist” nominasiyanın qısa siyahısına düşüb. 2020-ci ildə “Uşaqlıq” monopyesi Batumi Beynəlxalq Monodrama Festivalında qalib gəlib. Mükafat olaraq monopyes Batumidə gürcü dilində tamaşaya qoyulub. 2021-ci ildə “Pələng” monopyesi Moskvada “Bolşaya medvediça” teartının quruluşunda Rusiyanın Əməkdar artisti İrina Maksimkina tərəfindən ifa olunub.
2021-ci ildə Azərbaycanda “Teatral studiya” tərəfindən tamaşaya qoyulan “Pələng” monopyesi ökəni Türkiyənin Diyarbakır şəhərində keçiriləm 2-ci SoloFest Beynəlxalq Teatr Festivalında təmsil edib. 2021-ci ildə Litvada keçirilən böyük rus yazıçısı Fyodor Dostoyevskinin 200 illiyinə həsr olunan V “Baltiyskiy Qamayun” Beynəlxalq Ədəbiyyat Festivalında “Nəsr” üzrə qalib gəlib, festivalın laureatı olub. Müəllifi olduğu “İnanıram” mono pyesinə Akademik Milli Dram Teatrında hazırlanmış eyniadlı monotamaşa 2021-ci ildə “Qalib olan Azərbaycan” Tamaşalar Festivalında II Yerin qalibi olub. Azərbaycan Gənc Tamaşaçılar Teatrında səhnələşdirilən “İnanıram” mono tamaşası 2022-ci ildə 4.4 Qısa Tamaşalar Festivalında II Yerə layiq görülüb.
Tamaşaya qoyulan pyesləri
redaktə- "Yad. Daş" — Azərbaycan Dövlət YUĞ Teatrı [1].
- "Uşaqlıq" — Sumqayıt Dövlət Dram Teatrı [2].
- “Uşaqlıq” — Mingəçevir Dövlət Dram Teatrı
- “Pələng” — Sumqayıt Dövlət Dram Teatrı
- “İnanıram” — Akademik Milli Dram Teatrı
- “İnanıram” — Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı
- “Uşaqlıq” — Malatya, Türkiyə - Melit Teatrı
- “Pələng” — Moskva, Rusiya Federasiyası, “Большая Медведица” Dram Teatrı
- “Uşaqlıq” — Batumi, Gürcüstan Batumi Beynəlxalq Monodrama Festivalı
Mükafatları
redaktə• Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalı, Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə[3].
• Prezident təqaüdü, 2009
• İnanıram” monotamaşası, Mədəniyyət Nazirliyi II “4.4. Qısa Tamaşalar Festivalı”, II Yer və “Ən yaxşı aktrisa”, 2022 [4].
• “Külək” hekayəsi, F.Dostoyevskinin 200 illiyinə həsr olunmuş “Baltiyskiy Qamayun” Beynəlxalq Ədəbiyyat Müsabiqəsi, Nəsr üzrə 1-ci yer, laureat, Vilnüs, Litva Respublikası, 2021
• “Vaqif Səmədoğlu” medalı, 2020[5].
• “Uşaqlıq” monopyesi Batumi Beynəlxalq Monodrama Festivalı, qalib pyeslərdən biri, Batumi, Gürcüstan, 20202022 [6].
• “Pələng” monopyesi, “XXI əsr- ilk hadisə” Müstəqil Beynəlxalq Müasir Dramaturgiya Müsabiqəsinin “Tənha artist” nominasiyası, Moskva, Rusiya Federasiyası, 2020
• “İnanıram” monotamaşası, Azərbaycan Teatr Xadimləri İttifaqının “Qalib olan Azərbaycan” Teatrlar festivalı, II Yer, 2021 [7].
• “Noutbuk” povesti, Nəsr üzrə I yer, I Nəsimi Milli Ədəbiyyat Mükafatı, 2008
• “Noutbuk” povesti, “Ümid işığı” mükafatı, Rəsul Rza Ədəbiyyat Fondu, 2009
• “Fəxr fərman” Mədəniyyət və Turizm Nazirliyi, 2008
Hekayələri
redaktə- Pələng... - Ülviyyə Heydərova - hekayə
- Ülviyyə Heydərova - Səyahət
- Ülviyyə Heydərova - Kirayə arzular
- Ülviyyə Heydərova: “Təklif”-Ən qısa hekayə
- Ülviyyə Heydərova. Hekayə.
- SÜKUT (hekayə)
- Ana və uşaq
- Ülviyyə Heydərova "Dəli şeytan" (Hekayə)
- Ülviyyə Heydərova "Xəyanətin dostu" (Hekayə)
- Ülviyyə Heydərova. Səyahət (Hekayə)
- Mənim yazı günüm – Ülviyyə Heydərova
Filmoqrafiya
redaktə- “Nəfəs”, tammetrajlı bədii film, ssenari müəllifi, 2023
- “Şuşanın tək incisi”, bədii-sənədli film, 2022
- “Azərbaycan poeziyasının qadın ruhu” sənədli filmi, ssenari müəllifi, 2018
- “Məxfi əsirlər” sənədli film, redaktor, 2019.
- “Mehdi Hüseyn küçəsi, 1” bədii-sənədli film, həmmüəllif, 2021
Xarici keçidlər
redaktə- Qadın dramaturq | Ülviyyə Heydərova | Azərbaycanda qadın | Söhbətgah
- Güzgü - Ülviyyə Heydərova | 02.02.2023
- "Teatrı millətin ruhu yaşadır" - Ülviyyə Heydərova
- "Uşaqlığ"ı hər dövrdə, hər ölkədə oynamaq olar" - Ülviyyə Heydərova
- Xanım yazarın monopyesi ölkəmizi Türkiyədə beynəlxalq festivalda təmsil edəcək
- Niyə bizdə qələbə ədəbiyyatı yaranmır? - SORĞU
- Ev verilən yazıçı: “Xalq yazıçı Anara nə qədər təşəkkür etsəm, yenə azdır...”
- Yazıçı Beynəlxalq Festivalın qalibi olub.
- Xanım jurnalistlər mükafatlandırılıb
- Anar onlara ev verdi
İstinadlar
redaktə- ↑ “Yad.Daş” soyqırımının ildönümünə həsr edilib
- ↑ "Sumqayıtda "Uşaqlıq" - FOTOLAR". 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-21.
- ↑ 53498 Azərbaycan Respublikasının mədəniyyət xadimlərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı[ölü keçid]
- ↑ [ https://teleqraf.com/news/art/350357[ölü keçid] “4.4 Qısa tamaşalar” festivalı başa çatdı – Qaliblər kimlərdir?]
- ↑ Vaqif Səmədoğlu medalı sahiblərinə təqdim edildi
- ↑ Yazıçı-dramaturq Ülviyyə Heydərovanın monopyesi beynəlxalq festivalda qalib gəlib
- ↑ "«Qalib olan Azərbaycan» tamaşalar festivalı başa çatdı". 2023-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-21.