Ummu Haram - Wikipedia
Ümmü Haram (ərəb. أم حرام بنت ملحان, Mədinə – Larnaka) — Türklər arasında , Xala Sultan və ya Ümmüxan Sultan kimi tanınan səhabə, İslam peyğəmbəri Məhəmməd peyğəmbərin bibi-əmiqızı əlaqəsi olan səhabə. Bəzi islam alimlərinin fikrincə, o, Məhəmmədin süd anasının bacısıdır. Digərləri bu qohumluğun ata və ya baba tərəfdən olduğunu iddia edirlər. Türklər arasında Xala Xatun adlanması ərəbcə xala sözü olan “hâ-le” sözündən gəlmədir. Bu gün də Anadolunun müxtəlif yerlərində ananın bacısı xala olaraq çağırılır.
Ümmü Haram | |
---|---|
Doğum yeri | |
Vəfat yeri | |
Dəfn yeri |
O, Ubadə ibn Samitin həyat yoldaşıdır. Uhud və Hüneyn kimi döyüşlərdə yaralı əsgərlərə xidmət etmişdir. Onun Suriya fəthlərində iştirak etmək üçün Şam bölgəsinə getdiyi də məlumdur. İslam tarixində ilk dəniz səfərləri başlayan xəlifə Osmanın dövründə həyat yoldaşı ilə birlikdə Kipr səfərlərində iştirak etmişdir. O, mindiyi eşşəkdən yıxılaraq boynu sınır və ölür. Hala Sultan Xanəgahı bu gün ziyarət edilən bölgələrdən biridir[1].
İstinadlar
redaktə- ↑ "Ümmü Harâm bint Milhân" (PDF). TDVİA. 20 mart 2017 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 4 iyun 2022.