Urek Tutmasi - Wikipedia
Ürək Tutması, Ürək infarktı ya da kəskin myokard infarktı (Sıxlıqla MI (Myocardial infarction) vəya AMI (acute myocardial infarction) şəklində deyilir), ürəyin tac arterlərində meydana gələn problem sonrası (tez-tez koroner arterlərdəki tutulma nəticəsində ürək əzələ'sinin bağlı olduğu hissəsinin qidalanması və oksigen'siz qalması ilə) meydana gələn çatışmazlıq nəticəsi şiddətli sinə ağrısıyla ortaya çıxan və ölümlə nəticələnməsi riski. Dünyada ən başda gələn ölüm səbəblərindən.
Səbəbləri
redaktəÜrək, insan'larda dincəlmə anında dəqiqədə 60–80 dəfə bütün bədəndə qan ötürən güclü bir nasosdur. Bütün bədənin qan ehtiyacını qarşılayan zaman özünün də qidalanması üçün qan istifadəsı lazımdır. Ürəyin özünü qidalandıran damar'ların (tac arterlər) dolaşım problemlərində tac çatışmazlıq meydana gəlir. Tac çatışmazlıq vəziyyətləri tac damarlardakı darlıqların tipinə, dərəcəsinə ve yerinə görə dəyişir. Bəziləri angina səviyyəsində qalan zaman digərləri ürək tutmasına çevrilə bilər.
Ümumilikdə fiziki fəaliyyətlər sırasında meydana gələn və dincəlməklə keçən sinə ağrıları (anjina) ilk xəbərdarlıqlardır. Eforlu EKG ə ürək damarlarının funksionallığı dəyərləndirilə bilər. Anjinasız da ürək tutmaları sıx meydana çıxır. Koroner damarlar Ürək damarları ani olaraq tutlularsa, ürək tutması meydana çıxar.
- Ürəyin tac arteriyalarının trombozu;
- Ürəyin tac arteriyalarının tromboemboliyası;
- Ürəyi və ya beyni qidalandıran damarlar; kolesterol (qan yağları), digər yağlar, [[kalsium]] ve qandaki bəzi maddələrin birləşərək yaratdıqları təbəqələrə görə darala bilər. Ürək tutlması, bu daralmaların zamanla tam bir tutulmaya çevrilməsi ilə meydana çıxa bilər.
- Ürəyin dəyişilmiş (patologiyalı) tac damarlarının uzun müddətli spazmı;
- Dəyişilmiş tac damarlara malik ürəyin fiziki gərginlik şəraitində işləməsi.
- Ürəyin tac arteriyalarının trombozu aterosklerozun ürək forması zamanı tac arteriyalarda meydana çıxmış aterosklerotik düyünlərin yaralanması və damarların intimasının tamlığının pozulması nəticəsində inkişaf edir.
- Ürəyin tac arteriyasının tromboemboliyasına çox az hallarda rast gəlinir. Tromb tac areteriyaya ya endokarditlər zamanı sol mədəcikdən gəlir, ya da tac arteriyanın özünün başlanğıc hissələrində formalaşmış trombun qoparaq bir qədər sonrakı şaxələrdən birinin mənfəzini tutmasından ibarət olur.
- Ürəyin tac damarlarının uzunmüddətli spazmı daha çox rast gəlinən səbəblərdən biridir. Bu zaman ateroskleroza məruz qalmış tac arteriyaların, yaxud da hialinozlu arteriolların uzun müddətli (20–30 dəqiqədən çox) spazmı onların vaskulyarizasiya etdikləri sahənin qan təchizatının tamamilə kəsilməsinə səbəb olur.
- Dəyişilmiş tac damarlara malik ürəyin fiziki gərginlik şəraitində işləməsi miokardın qan təchizatının nisbi olaraq kəskin pisləşməsinə səbəb olur. Belə ki, tac arteriyalarda hialinozla əlaqədar miokardın qan təchizatı onsuz da pisləşmiş olur və belə şəraitdə çətinliklə də olsa işləyir. Fiziki gərginlik, taxikardiya hallarında miokardın qana olan tələbatı əhəmiyyətli dərəcədə çoxalır, lakin ona gələn qanın miqdarı isə əvvəlki kimi zəif olur.
Eyni zamanda, koroner damarların xaricində başqa damarlarda yarana biləcək plaklardaki qırılmalar nəticəsi qana qarışan parçalarda pıxtı yaradaraq ürək damarlarını tuta bilər.
Risk faktorları
redaktə- Şəkərli diabet
- Dislipidemiya
- Çətin nəzarət olunan hipertoniya
- Mütəmadi siqaret istifadəsi
- Spirtli içki
- Ailəvi anamnezində tac damarların xəstəlikləri olan insanlar
- Daha çox oturaq həyat tərzi keçirən insanlar
- Kişi cinsi
- Yaş (son illər 35 yaş və üstü)
Əlamətləri
redaktəBəzi əlamətləri aşkara çıxarmaq və diqqət etdikdə həyat xilas edici proses ola bilər. Bunlardan əsaslar;
- Döş qəfəsində nöqtə şəklində yeri müəyyən edilə bilməyən yaygın ağrı, sıxışma, ağırlık, narahatlıq, adrenalin deşarjı və ölüm hissi buna ön sinə ağrısı (Angina pectoris) deyilir.
- Çənəyə, boyuna, sol çiyinə, qola yayılan (tək ya da bir neçə bölgədə) sinə ağrısı
- Döyüntü
- Baş giccələnməsi, ürək getmə halları, ürək bulanması, soyuq tərləməklə bərabər döş qəfəsi şikayətləri
- Təngənəfəslik
- Kürək və qarın ağrısı (Xüsusilə qadınlarda miokard infarktına tipik olmayan ama infarkt şübhəsinə görə müayinə gərəktirən şikayət)
Miokard infarktın fazaları
redaktə- Kəskin – 1–2 sutka davam edir. Patoloji Q dişciyi və ya QS kompleksi, ST seqmentinin izoxətdən yuxarı qalxması, əvvəl müsbət sonra isə mənfi T dişciyi.
- Yarım kəskin– Patoloji Q dişciyi və ya QS kompleksi, mənfi T dişciyi. ST seqmenti izoxətdə olur.
- Çapıqlaşma – Uzun illər qala bilən patoloji Q dişciyi və QS kompleksi. Düzlənmiş və ya müsbət T dişciyi.
Miokard infarktının mərhələləri
redaktəMiokard infarktı öz inkişafında, yəni başlandığı andan başa çatana qədər 2 mərhələ keçirir: nekrotik mərhələ və sklerotik mərhələ
Miokard infarktı zamanı nekroz ocağında həm makroskopik – gözlə, həm də mikroskopik səviyyələrdə dəyişikliklər aşkar olunur
Beləliklə, infarkt baş verdiyi andan etibarən miokardda bir-birindən asılı olmayaraq paralel şəkildə ayrı-ayrı yerlərdə (infarkt ocağının özündə və onun ətrafında) 2 ayrı-ayrı proses gedir:
- İnfarkt ocağının özündə nekroz kütlələrinin makrofaqlarla faqositozu və ləğv edilməsi, onların yerində qranulyasiya toxumasının meydana çıxması, qranulyasiya toxumasının kobud lifli birləşdirici toxumaya çevrilməsi və çapıq toxumasının formalaşması. Bütün bunlar təxminən 4 həftə müddətində baş verir.
- İnfarkt ocağının ətrafında regenerasiyanın hüceyrədaxili forması. Bu prosesin də formalaşaraq tam başa çatması üçün təxminən 4 həftə vaxt keçir.
- Miokard infarktı zamanı əsas tipik və yayılmış əlamət ağrı simptomunun olmasıdır.
- Ağrı çox güclü olur, əsasən döş sümüyü arxasında (döş qəfəsinin orta hissəsində), bəzən isə epiqastral nahiyədə olur.
- Ağrının xarakteri bəzən xəncər yarası kimi, bəzən didici, bəzən yandırıcı şəkildə hiss edilir.
- Ağrı sol qola, çiyinə, kürəyə, aşağı çənəyə, boyuna, kürəklərarası sahəyə də yayıla bilər. Digər bir halda miokard infarktı zamanı ağrı yox, döş qəfəsində narahatlıq – kəskin sıxılma, təzyiq edilməsi, ağırlıq hissiyyatı baş verə bilər.
- Bəzən tutma ürək astması tutması ilə başlanır. Bu zaman xəstə oturaq və ya yarımoturaq vəziyət almağa məcbur olur. Bu formada ölüm faizi çox olur.
- Temperatur tutmadan 2 gün sonra yüksəlib 38–38.5 dərəcəyə çatır.
- Leykositoz olur, EÇS artır.
- Bədən yapışqan tərlə örtülür, boz rəng alır
- Nəbz kiçik, tezləşmiş olur.
- Arterial təzyiq azalır.
- Ağciyərlərdə yaş xırıltılar eşidilir, boğulma baş verir.
- Ağrı bəzi hallarda ürəkbulanma, qusma, soyuq tər, həyəcanlanma, ölüm qorxusu, ürək ritminin pozulması, nəfəs almanın çətinləşməsi, huşun itirilməsi ilə də müşayiət edilə bilər.
- Ancaq bəzi hallarda insan heç bir əlamət hiss etmədən də miokard infarktı keçirə bilər.
- Bu, miokard infarktınının ağrısız forması kimi adlandırılır və əksər hallarda uzun müddət ərzində şəkərli diabetlə xəstə olan adamlarda müşahidə edilir
Diaqnozu
redaktə- EKG və eforlu EKG
- Ürək Exokardiografiyası (ultrasonografiya)
- xəstənin şikayətləri – bu əsas etibarilə döş qəfəsində ağrı şikayətidir
- Koronar angioqrafiya
- Qan analizinin nəticələri nəzərə alınır
- Ürək MRTsi
Xəstənin EKQ-də miokard infarktına xas dəyişikliklər müşahidə olunur:
- Nekroza uyğun gələn EKQ aparmasında ST seqmentinin izoeletrik xəttindən qalxması(elevasiyası)
- patoloji Q dişciyi
- Patoloji QS kompleksi
- T dişciyinin ikifazalı və ya mənfi olması
- R dişciyinin amplitudasının kiçilməsi
- Hiss dəstəsinin sol ayaqcığının blokadası
- Laborator analizlərdəki dəyişikliklər:
- Leykositoz
- EÇS yüksəlməsi
- Kreatininfosfokinazanın yüksəlməsi
- Kardiospesifik marker- troponinlərin yüksəlməsi
Təsnifat prinsipləri
redaktəMiokard infarktının təsnifat prinsipləri
- Baş vermə müddətinə görə:
- Miokardın ilkin infarktı
- Miokardın residiv infarktı
- Miokardın təkrari infarktı
- Ürəyin ayrı-ayrı nahiyələrində lokalizasiyasından asılı olmasına görə:
- Sol mədəciyin yan divarının infarktı
- Sol mədəciyin arxa divarının infarktı
- Sol mədəciyin ön divarının və mədəciklərarası arakəsmənin ön hissələrinin infarktı
- Mədəciklərarası arakəsmənin infarktı
- Miokardın subtotal infarktı
- Sol mədəcik divarının ayrı-ayrı qatlarına olan münasibətinə görə:
- Subendokardial infarkt (endokardaltı)
- Subepikardial infarkt (epikardaltı)
- İntramural infarkt (divardaxili)
- Transmural infarkt (divarlararası)
- Nekroz ocağının ölçüsünə görə:
- Xırda ocaqlı infarkt
- İri ocaqlı infarkt
- Geniş sahəli infarkt
Müalicəsi
redaktəMüalicədə əvvəlcə tutulmuş damara əvvəlcə balon anjiyoplasti edilərək damar genişləndirilməsi və stent taxılması lazımdır. Amma bəzən bu tıxaclar çox möhkəm ola bilər. Bu zaman by pass əməliyyatı edilərək damarda qan axışı normala düşürdülür. Daha sonra, tutulmuşdamardakı ərpin qırılması nəticəsi yaranan pıhtı koroner damardakı tutulma sadəcə pıhtı əridici və qan sulandırıcı dərmanlarla müalicə edilə bilər. Amma hər zaman bu müalicə nəticə vermiyə bilər. Bu zaman xəstə ölür. Daha iləri zamanda bir daha tıxalı damarda görə pıhtı yaranmaması üçün xəstə həyat boyu qan sulandırıcı istifadə etmək məcburiyyətindədir. Çünkü damarda yaranan ərpləri aparmaq mümkün deyil. Sadəcə tıxanıqlıq stent və anjiyoplasti yoluyla genişləndirilə bilər və dərmanlarla tutulmanın artması saxlanıla bilər Ürək tutması keçirən hər bir xəstəyə mütləq epinefrin adrenalin və digər sempatomimetiklər verilməməlidir. Əks təqdirdə ürəyə yüklənən iş daha da artacağı üçün vəziyəti daha da pisə yönəldir.
Qorunma yolları
redaktəƏvvəlcə damar tutulmasının qarşısını almaq üçün doğru şəkildə qidalanmalı, təzyiqi nəzarət altında saxlamalı, duz və yağ rasionunu azaltmalı və şəkərdən normasında istifadə olunmalıdır. Əgər damarda tutulma yaranıbsa, tutulmanın böyüməsinin qarşısını almaq üçün müxtəlif dərmanlar verilməli və qansulandırıcılar istifadə edilməlidir.
Ailə üzvlərində ürək damar xəstəlikləri keçmişi olan şəxslər, xüsusilə kişilər vaxtaşırı müayinə edilməlidir.
Ölüm səbəbləri
redaktəMiokard infarktının erkən dövrlərində ölümün bilavasitə səbəbi adətən aşağıdakı ağırlaşmalardan biri olur.
- kardiogen şok
- kəskin ürək çatışmazlığı
- mədəciklərin fibrilyasiyası
- asistoliya