Ibad Huseynov - Wikipedia
İbad Mövsüm oğlu Hüseynov (18 oktyabr 1970, Muğanlı, DQMV) — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatda olan baş çavuşu, Birinci Qarabağ müharibəsi veteranı, Azərbaycanın Milli Qəhrəmanı.
İbad Hüseynov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 18 oktyabr 1970 (54 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 1990–1994 |
Rütbəsi | Baş çavuş |
Vəzifəsi | Kəşfiyyat komandiri |
Döyüşlər | Birinci Qarabağ müharibəsi |
Təltifləri | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı və fəaliyyəti
redaktəİbad Hüseynov 1970-ci ildə Xocavənd rayonunda anadan olmuşdur.
Dağlıq Qarabağda ilk hərbi toqquşmaların başlandığı zaman, İbad Hüseynov Rusiyanın Amur vilayətində yerləşən hərbi hissədə Sovet ordusunda qulluq edirdi. Burada o, Sovet ordusunun Bakıya qoşun yeritdiyini və çoxlu sayda həmyerlilərinin öldürüldüyünü öyrənir. Hüseynov Azərbaycandan olan digər hərbçilər ilə birlikdə, onların vətənə buraxılması məqsədilə müddətsiz aclıq aksiyasına başlayır. Nəticədə rəhbərlik İbad Hüseynov və aclıq aksiyasında iştirak edən bir neçə nəfər əsgər yoldaşını 4 ay öncədən tərxis edir.[1]
İbad Hüseynov 1990-cı ildə Azərbaycana qayıtdıqdan sonra öz doğma Xocavənd rayonuna gedir və orada yerli hərbi özünümüdafiə birləşmələri yaratmağa başlayır. Məhz bu dövrdə Dağlıq Qarabağ münaqişəsinin aktiv fazası başlayır. Ermənilər terror qrupları yaradırlar. Bu qruplar yerli Azərbaycan əhalisinə qarşı xüsusi qəddarlıqla seçilirdi.
Ermənilərdə regionda yerləşən sovet ordusundan və ya xaricdən alınmış yetərincə hərbi sursat, təchizat və texnika vardı. Bütün Qarabağ əhalisində olduğu kimi Xocavənd rayonu əhalisinində müdafiə üçün silah-sursatının olmadığını nəzərə alaraq, İbad Hüseynov "kəşfiyyat-diversiya dəstəsi" yaradır və erməni tərəfə keçərək, onları məhv edir. Ermənilərin çoxlu sayda hərbi silah və təchizatlarını ələ keçirməyə başlayır.
Yaralanması
redaktə26 dekabr 1993-cü ildə İbad minaya düşərək ağır yaralanır. Qəlpələr başa, ələ və ayaqlara girir və Hüseynov komaya düşür. 28 günlük komadan sonra xilasa heç bir ümid qalmamışdır. Moskvadan gəlmiş məşhur cərrah onun çıxılmaz vəziyyətini görüb, heç nəyə zəmanət vermədiyini açıqlayır. Kəlləni yardıqda, beyin və bədənin normal funksionallığını saxlamağa imkan verməyən çoxlu daxili qanaxmanı aşkar edir. Həkim hematomanı ləğv edir. İllərlə qoltuq ağaclarında gəzməli olur və xəstəxanalarda müalicə alır. (Müharibə zamanı aldığı zədəyə görə, sağ ayağı və sağ qolu uzun zaman hərəkətsiz qalır. İbad Hüseynov uşaqlıqdan idmanla məşğul olduğu üçün öz sağlamlığına tezliklə qayıdır). Hospitaldan çıxdıqdan dərhal sonra o cəbhə xəttindəki öz hərbi hissəsinə qayıdır. 9 oktyabr 1994-cü ildə ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan Respublikasının "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.
Təltif və mükafatları
redaktə9 oktyabr 1994-cü ildə Azərbaycan Respublikasının "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.[2][3][4]
- 2015-ci ildə Yeni Türkiyə Strateji Araşdırmalar tərəfindən təsis etdiyi "Şərəf" medalı Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, keçmiş Təhsil naziri və uzun illər millət vəkili olmuş Hasan Calal Gözəl tərəfindən İbad Hüseynova təqdim edildi.
- 2017-ci ildə Azərbaycan Respublikası Veteranlar Təşkilatı tərəfindən "General Səməd Bəy Mehmandarov" adına medal İbad Hüseynova təqdim edildi.
- 2018-ci il aprel ayında İbad Hüseynov Türkiyənin Adana şəhərində keçirilən "Dünya Avşarlar" qurultayında, "Dünya Avşarlar Dərnəyinin" təsis etdiyi "Üstün Cəsarət" medalına layiq görüldü. Medalı Böyük Şəhər Bələdiyyəsinin rəhbəri tərəfindən qəhrəmana təqdim edildi.
- 2018-ci ildə Türkiyə Cumhuriyyəti Prezidenti Baş Danışmanı Yalçın Topçu"Türk Dünyası Kahramanı İbad Hüseynli" medalı ilə təltif edilmişdir.[5]
- 2020-ci ildə "Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919–2019)" yubiley medalı ilə təltif edilmişdir.
- 2020-ci il dekabr ayının 9-da Prezident İlham Əliyev tərəfindən "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.[6]
- 2022-ci ildə "Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005–2020)" yubiley medalı ilə təltif olunuşdur.
- 2024-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı verilmişdir.[7]
- 2024-cü il 17 oktyabr. Türkiyənin Afyonkarahisar vilayətində prospekt "Azərbaycanın Milli Qəhrəmanı" İbad Hüseynovun adı verilmişdir
İrsi və xatirəsi
redaktəFilmlər
2010-cu ildə Bakıda, "Azərbaycanfilm" kinostudiyasında İbad Hüseynova həsr edilmiş "Əsgər" sənədli filminin təqdimat mərasimi keçirilmişdir.[8] Film rejissor Etibar Məmmədov tərəfindən çəkilib. 2013-cü ildə rejissor Kəmalə Mirzəyevanın quruluşunda "Qorxulu yuxuların qəhrəmanı" adlı film çəkilmişdir.[9] 2011-ci ildə rejissor Etibar Məmmədov olan "Kəşfiyyatçı" sənədli filmi çəkilmişdir. 2016-cı ildə rejissoru Natiq Novruzov olan "Xüsusi təyinatlı İbad" bədii film çəkilmişdir. 2017-ci ildə "Xüsusi Təyinatlı İbad 2" yeni bədii film çəkilmişdir.
Küçələr
- Türkiyənin Ankara şəhərində 2015-ci ilin aprel ayının 28 də Gölbaşı Bələdiyyəsi tərəfindən İbad Hüseynovun adına küçə verildi.
- 2015-ci il avqust ayının 30-da Türkiyənin Qaziantəp şəhərində Türkiyənin Zəfər Bayramı günündə Şahin bəy Bələdiyyəsi tərəfindən İbad Hüseynovun adına park verildi.
- 2017-ci ilin may ayının 4 də Türkiyənin Kırşəhərində Kırşəhər Bələdiyyəsi tərəfindən İbad Hüseynovun adına küçə verildi.[10]
- 2016-cı ildə Azərbaycanın Ağcabədi şəhərində İbad Hüseynovun adına küçə verilmişdi.
- 2017-ci il də Abşeron Rayonu ərazisində İbad Hüseynovun adına küçə verilmişdi.
- Türkiyənin Adana şəhərində 2021-ci ilin aprel ayının 3-də Karataş Bələdiyyəsi tərəfindən olmuş İbad Hüseynovun adına küçə verildi.
- Türkiyənin Adana şəhərində 2022-ci ilin oktyabr aynın 18-də Azərbaycan Respublikasının yaranması və Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynovun ad günündə adına verilən parkın açılışı oldu. Parkın tam mərkəzində heykəli ucadıldı.
- Azərbaycanın Tərtər şəhərində, İbad Hüseynovun adına küçə verilmişdi.
- Azərbaycanın Masallı şəhərində, İbad Hüseynovun adına küçə verilmişdi.
- Türkiyənin Afyonkarahisar vilayətində yerləşən prospektlərdən birinə onu adı verilmişdir.[11]
Kitablar
"Xüsusi Təyinatlı", "O bir qəhrəman", " Yaşayan Şəhid", "Qurd balası", "Qorxunu öldürən qəhrəman","Kəşfiyyatcı", "Qaraqaşlı" romanı, saysız-hesabsız şeirlər, poemalar, hekayələr yazılmışdı. Kitablar bir çox dillərə tərcümə edilmişdir.[12]
2016-cı ildə Türkiyənin Ankara şəhərində Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzi tərəfindən "Türk Dünyasının qəhrəman övladı" adı kitab yazılmışdır.[13]
İstinadlar
redaktə- ↑ "Ибад Гусейнов: «Монте Мелконян на коленях просил пощадить его жизнь»". 1news.az (rus). 2024-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-26.
- ↑ ""Azərbaycan Respublikasının hərbi qulluqçularının təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 9 oktyabr 1994-cü il tarixli, 218 nömrəli Fərmanı". www.e-qanun.az (Normativ hüquqi aktların vahid internet elektron bazası) ( (az.)). 09.10.1994. 2012-07-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 09.10.1994.
- ↑ ""Azərbaycan bayrağı" ordenli əsgər". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-19.
- ↑ "Dövlət Film Fondunda "Əsgər" filminin təqdimatı keçirilib". 2010-06-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-08-07.
- ↑ "Türk Dünyasının qəhrəmanı İbad Hüseynlinin savaş yolunu, Qarabag münaqişəsinin yaranma səbələrini və savaşın gətirdiyi fəakətləri anladıblar". www.adalet.az. 2024-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-16.
- ↑ "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına "Azərbaycanın Milli Qəhrəmanı" adının verilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli 2337 nömrəli Sərəncamı". www.e-qanun.az (Normativ hüquqi aktların vahid internet elektron bazası) ( (az.)). 09.12.2020. 2021-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.12.2020.
- ↑ "Azərbaycan Respublikasının Milli Qəhrəmanı İbad Hüseynov "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif edilib". Xocavend-ih.gov.az.
- ↑ ""Azərbaycan bayrağı" ordenli əsgər İbad Hüseynovun döyüş yoluna həsr olunmuş film nümayiş olundu". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-19.
- ↑ ""Qorxulu yuxuların qəhrəmanı" filminin təqdimatı olmuşdur: Beynəlxalq Mətbuat Mərkəzində "Azərbaycan Bayrağı" ordenli İbad Hüseynova həsr edilmiş eyniadlı film rejissor Kəmalə Mirzəyevanın quruluşunda". 2022-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-10.
- ↑ "Atilla" dərgisi, 2015, 7-ci sayı.
- ↑ "Türkiyədə prospektlərdən birinə Azərbaycanın Milli Qəhrəmanının adı verilib". Oxu.az (az.). İstifadə tarixi: 2024-10-12.
- ↑ "HÜSEYNOV İBAD MÖVSÜM OĞLU" (PDF). Anl.az. 2024-05-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-26.
- ↑ "Azərbaycan Respublikasının Milli Qəhrəmanı - Hüseynov İbad Mövsüm oğlu". Milliqahramanlar.az. 2023-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-28.