Ibis Abbasov - Wikipedia
İbiş Vəli oğlu Abbasov (1898, Muğanlı, İrəvan qəzası – bilinmir) — Azərbaycan-sovet partiya və dövlət xadimi, Ermənistan Kommunist Partiyası Qarabağlar Rayon Komitəsinin birinci katibi (1938–1942), Ermənistan SSR Ali Sovetinin I çağırış deputatı.
İbiş Abbasov | |
---|---|
yanvar 1938 – 1942 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | Talıb Musayev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1898 |
Doğum yeri | |
Vəfat tarixi | bilinmir |
Fəaliyyəti | siyasətçi, redaktor |
Uşağı |
Həyatı
redaktəİbiş Vəli oğlu Abbasov 1898-ci ildə İrəvan qəzasının (sonralar Qəmərli rayonunun) Muğanlı kəndində kəndli ailəsində anadan olmuşdur. Fəhlə-kəndli məktəbini bitirdikdən sonra komsomol və partiya işinə cəlb olunmuş, Qəmərli və Zəngibasarda çalışmışdır.[1]
İbiş Abbasov 1930-cu illərdə Vedi Rayon Zəhmətkeş Deputatları Soveti sədrinin müavini, sonra sədri vəzifələrində[1] və rayon ləğv edilənədək Ermənistan Kommunist Partiyası Vedi Rayon Komitəsinin ikinci katibi vəzifəsində işləmişdir.[2] 1936-cı ilin sonlarından 1938-ci ilin yanvar ayınadək rayonun "Zərbəçi kolxozçu" qəzetinin redaktoru olmuşdur.[3]
1937-ci ilin dekabr ayında Qarabağlar rayonu yaradılarkən İbiş Abbasov rayon partiya komitəsinin birinci katibi təyin edilmiş, ardınca Ermənistan SSR Ali Sovetinin deputatı seçilmiş, Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuşdur.[1] 1942-ci ildə birinci katib vəzifədən azad edilərək Tədarük və Təminat Komitəsi sədrinin birinci müavini təyin edilmiş və uzun müddət bu vəzifədə çalışmışdır.[2] Sonralar isə "Sovet Ermənistanı" qəzeti redaksiyasında çalışmış, 1959-cu ilədək müxbirlər və məktublar şöbəsinin müdiri olmuşdur.[1]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Zərbalı Mirzə. İnşaat kompleksinin kənd tikinti zirvəsi. Bakı. 2006. səh. 75–80.
- ↑ 1 2 Talıb Musayev. Ermənilər və faciələrimiz: XX əsrdə ermənilər tərəfindən xalqımızın başına gətirilmiş faciələr. Bakı: Nurlar. 2008. səh. 116–117. ISBN 9952-413-39-7.
- ↑ Cəlal Allahverdiyev. Qərbi Azərbaycan mətbuatı tarixi. Bakı. 2024. səh. 193.