Ibrahim Isayev Hekim - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
İbrahim İsayev — Azərbaycan Tibb Universitetinin Elmi işlər üzrə prorektoru, tibb elmləri doktoru[1], professor, "əməkdar elm xadimi"[2], Respublikanın "əməkdar həkimi"[3][4]
İbrahim İsayev | |
---|---|
İbrahim İsa oğlu İsayev | |
Doğum tarixi | 10 fevral 1954 (70 yaş) |
Elmi dərəcəsi | |
Elmi adı | |
İş yeri | Azərbaycan Tibb Universitetinin Elmi işlər üzrə prorektoru |
Təhsili | |
Mükafatları |
Həyatı
redaktəİsayev İbrahim İsa oğlu 10 fevral 1954-cü ildə anadan olmuşdur. 1961–1971-ci illər ərzində orta məktəbdə təhsil almışdır. 1972-ci ildə N. Nərimanov adına Azərbaycan Tibb İnstitutunun Pediatriya fakültəsinə daxil olmuş və 1978-ci ildə bitirmişdir.
1978–1983-cü illər ərzində Əzizbəyov (Xəzər) rayonunun tibb müssisələrində praktiki səhiyyədə çalışmış və həmin il Azərbayjan Tibb Uuniversitetinin "Uşaq xəstəliklərinin propedevtikası" kafedrasında aspiranturaya daxil olmuş və onu bitirdikdən sonra, ardıcıl olaraq kafedrada baş laborant, assistent, dosent kimi fəaliyyət göstərimş, 1995-ci ildən hal-hazıra qədər həmin kafedranın müdiri vəzifəsində işləyir.
2000–2013-cü illər ərzində ATU-nun elmi katibi vəzifəsində çalışmış və 2013-cü ildən Azərbaycan Tibb Universitetinin Elmi işlər üzrə prorektoru vəzifəsinə təyin olunmuşdur.
Elmi fəaliyyəti
redaktə1987-ci ildə namizədlik, 1995-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 250-dən artıq elmi məqalə, 2 dərs vəsaiti, 6 tədris-metodik vəsait, 2 ixtira, 4 səmərələşdirici təklifin müəllifidir. O, ilk dəfə olaraq tibb universitetinin tələbələri üçün azərbaycan dilində "Uşaq xəstəliklərinin propedevtikası" (574 səh.) fənnindən dərslik hazırlayaraq dərj etdirmişdir. Onun rəhbərliyi ilə 10 nəfər tibb üzrə fəlsəfə doktoru hazırlanmışdır. Səhiyyənin, tibb elminin və tədrisinin inkişafındakı nailiyyətlərinə görə 2000-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əməkdar həkim", 2010-cu ildə isə "Əməkdar elm xadimi" fəxri adlarına layiq görülmüşdür. Azərbaycan Tibb Universitetinin Elmi Şurasının, ATU-nun nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının, AMEA-nın "Biologiya elmləri" bölməsinin Əlaqələndirmə Şurasının, "Tibb" üzrə Problem Şurasının elmi katibi, o cümlədən MDB ölkələri Kardiorevmatoloqlar Asossiasiyasının, Azərbaycan Respublikası Kardioloqlar Asossiasiyasının, Türkdilli ölkələrin, Pediatriya Asossiasiyasının üzvüdür. 250 — dən artıq elmi məqalənin, 3 dərsliyin, 2 dərs vəsaitinin, 6 tədris-metodik vəsaitin, 2 ixtiranın, 4 səmərələşdirici təklifin müəllifidir.
- İsayev İ. İ., Fətəliyeva M. M., Mustafayeva A. İ., Vəlibəyova F. M. "Uşaqlarda qeyri-paroksizmal taxikardiyalar zamanı ürək ritminin variabelliyinin dövri parametrlərinin xüsusiyyətləri" // Azərbaycan Tibb Jurnalı. Elmi — praktik jurnal, Bakı, 2011, № 2, s.49–52.
- M. M. Fətəliyeva, İ. İ. İsayev, A. İ. Mustafayeva. Qeyri-paroksizmal taxikardiyası olan uşaqlarada ürək ritminin variabelliyinin spektral parametrlərinin öyrənilməsi // Azərbaycan təbabətinin müasir nailiyyətləri. Рцblik elmi-praktiki jurnal. Bakı, 2011, № 2, s. 59–63.
- Isayev I. I., Muradova G. Ə., Mustafayeva A. İ. "Differensasiya olunmayan birləşdirici toxuma displaziyası olan uşaqlarda miokardın elektrik sabitliyinin vəziyyəti", "Sağlamlıq" jurnalı, Bakı, № 1, səh. 98–103
- Гусейнова Дж.О., Исаев И.И., Гаджиев А.Б., Рзакулиев Д.М. "Оценка первичного иммунологического исследования в зависимости от наличия перикардита и хелаторной терапии десфералом при гомозиготной β-талассемии у детей", "Sağlamlıq" jurnalı, Bakı, № 1, səh.103–107
- S. Q. Xanməmmədova, İ. İ. İsayev "Uşaqlarda metabolik sindrom", Azərbaycan Tibb Elminin nailiyyətləri, Bakı, 2011,
- İ. İsayev, S. Q. Xanməmmədova, R. R. Məmmədova "Birləşdirici toxuma displaziyalarının daxili üzvlərinin patologiyası ilə əlaqəsi", Azərbaycan təbabətinin müasir nailiyyətləri, 2012, Bakı, № 2, s. 13–17
- İ. İ. Isayev, G. Ə. Muradova, M. M. Fətəliyeva, F. M. Vəlibəyova "Birləşdirici toxumanın displaziya sindromu olan uşaqlarda ürək-damar sisteminin vegetativ tənzimlənməsinin və QT intervalının dəyişmə xüsusiyyətləri", Azərbaycan Tibb Jurnalı, 2013, № 2, s.27–31
- İ. İ. İsayev, R, R. Məmmədova, S. Q. Xanməmmədova, M. Fətəliyeva"Uşaqlarda ürək damar sistemi patoloqiyasında birləşdirici toxuma displaziyasının rolu", Azərbaycan Tibb Jurnalı 2012№ 4 s. 124–127
- И.И.Исаев, Г.М.Мурадова, А.И.Мустафаева, М.М.Фаталиева "Состояние спектральных параметров вариабельности сердечного ритма у deтей с недифференцированной исплазией соединительной ткани", Worid of medicine and biology2012№ 4 s. 22–26
- İ. İ. İsayev, G. Ə. Muradova, M. M. Fətəliyeva, A. İ. Mustafayeva "Differensə olunmayan birləşdirici toxuma diplaziyası sindromu olan uşaqlarda ürək ritminin variabelliyinin dövrü parametrləri ", Azərbaycan təbabətinin muasir nailiyyətləri 2013№ 1, s. 96–100
- İ. İ. İsayev, S. Q. Xanməmmədova, A . İ. Mustafayeva " Uşaqlarda ürəyin kiçik anomaliyalarıi", Azərbaycan təbabətinin muasir nailiyyətləri 2013№ 1, s. 45–47
- S. Q. Xanməmmədova, İ. İ. İsayev "Uşaqlarda metabolik sindromun klinik, metabolik aspektləri", Azərbaycan təbabətinin muasir nailiyyətləri 2013№ 1, s. 31–34
İstinadlar
redaktə- ↑ "tİbb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin Terapevtik və pediatrik propedevtika kafedrasının müdiri, sədr müavini". Shura.ict.az. 2021-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-17.
- ↑ "Azərbaycan Tibb Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında". e-qanun.az. 2022-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-17.
- ↑ ""Əməkdar həkim" fəxri adı". e-qanun.az. 2022-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-17.
- ↑ "Kafedra müdiri, tibb elmlər doktoru, professor, əməkdar elm xadimi – İsayev İbrahim İsa oglu". Amu.edu.az. 2024-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-17.