Ibrahim Esedullayev - Wikipedia
İbrahim Muxtar oğlu Əsədullayev (1902, Rusiya imperiyası – 1946, Bakı) — Azərbaycan SSR xalq daxili ticarət komissarı (1937–1938), SSRİ Ali Sovetinin (millətlər palatası) I çağırış deputatı.[1]
İbrahim Əsədullayev | |
---|---|
avqust 1937 – 29 iyun 1938 | |
Sonrakı | Əzizağa Əzizbəyov (xalq ticarət komissarı kimi) |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1902 |
Doğum yeri | |
Vəfat tarixi | 1946 |
Vəfat yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəRepressiyalara uğraması
redaktəStalin və Bağırov repressiyalarının qurbanı olmuşdur. 1938-ci ilin iyul ayında "Ehtiyatda olan sağ-troskiçi mərkəzinin əksinqilabi milliyətçi təşkilatının" rəhbərindən biri olduğu ittihamı ilə həbs olunmuşdur[2]. İttiham əvvəldən axıra kimi Mir Cəfər Bağırovun başçılıq etdiyi Azərbaycanın o zamanki ali hakimiyyəti və onların əlaltıları tərəfindən saxtalaşdırılmışdır[2]. Bu iş üzrə keçən başqa məhbuslar kimi işgəncələrə məruz qalaraq ittihamı etiraf etməyə məcbur edilmişdir[3]. Ancaq başqa məhbuslarla birlikdə 1939-cu ildə öncəki ifadələrindən imtina etmişdi[4]. Bundan sonra işi üzrə bir neçə dəfə istintaq aparılmışdır. Nəhayət 1941-ci ildə məhkəmənin hökmü ilə əmlakının müsadirə edilməsi ilə10 il müddətinə azadlıqdan məhrum edilmişdir[5]. 1946-cı ildə həbs düşərgəsində dünyasını dəyişmişdir. 1955-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kolleqiyasının qərardadı ilə bəraət edilmişdi[6]. Keçdiyi istintaq işi və adı Bağırov və onunla əlbir olanların məhkəmə hökmünün mətnində xatırlanmışdır[6].
Ədəbiyyat
redaktə- Aydın Əlizadə. Azərbaycanda dövlət terroru: əksinqilabçı milliyətçi təşkilatın işi (1938–56). Arxivləşdirilib 2018-02-17 at the Wayback Machine
- Смирнов Н. Рапава, Багиров и другие. Антисталинские процессы 1950-х гг.. — АИРО-XXI, 2014. — С. 123–124. — 380 с. — ISBN 978-5-91022-274-2.
İstinadlar
redaktə- ↑ "Список в Справочнике по истории Коммунистической партии и Советского Союза 1898—1991". 2012-12-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-02-08.
- ↑ 1 2 Aydın Əlizadə. Azərbaycanda dövlət terroru: əksinqilabçı milliyətçi təşkilatın işi (1938–56). Arxivləşdirilib 2018-02-17 at the Wayback Machine
- ↑ "Smirnov N. Rapava, Bağırov və başqaları. 1950-ci illərin Stalin əleyhinə prosesləri. M.: AİPO-XXI, 2014, s. 123–124". 2020-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-16.
- ↑ "17 sentyabr 1939-cu il tarixli istintaqın yekun Qərarı // İstintaq işi № 25910, c. 1–6, əsli, maşın yazısı, arxiv materialları". 2018-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-16.
- ↑ "00497 №-li Məhkəmə hökmü // İstintaq işi № 25910, c. 1–6, əsli, maşın yazısı, arxiv materialları". 2018-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-16.
- ↑ 1 2 "Bağırov və başqalarının işi üzrə SSRİ Ali Məhməməsinin Hərbi Kollegiyasının 26 aprel 1956 il tarixli məhkəmə Hökmü // Siyasi büro və Beriyanın işi. Sənədlər toplusu. M.: Kuçkovo pole, 2012, s. 881–892". 2018-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-16.