Ibrahim El Desuqi - Wikipedia
İbrahim əl-Dəsuqi (1255[1][2][…], Dəsuq, Kəfr əş-Şeyx mühafəzəsi[d] – 1296[1][2][…], Dəsuq, Kəfr əş-Şeyx mühafəzəsi[d]) – sufi, dəsuqiyyə təriqətinin banisi.
İbrahim əl-Dəsuqi | |
---|---|
ərəb. إبراهيم الدسوقي | |
Doğum tarixi | 1255[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 1296[1][2][…] |
Vəfat yeri | |
Fəaliyyəti | ilahiyyatçı, sufi[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Təsəvvüfdə Əbdülqadir Gilani, Rifai və Əhməd Bədavi ilə yanaşı dörd qütbdən biridir. Əbül-Eyneyn ləqəbi ilə tanınmışdır. Soy şəcərəsi Hüseyn ibn Əliyə gedib çatır. İlk təhsilini Dəsuqda almış, rifaiyyə, sührəvərdiyyə və şaziliyyə təriqətlərinin üzvü olmuşdur. I Baybars İbrahim əl-Dəsuqini Misirin şeyxülislamı təyin etmiş, dini fənləri tədris etməsi üçün zaviyə tikdirmişdi. Baybarsın vəfatından sonra D. müridlərinin təlim-tərbiyəsi ilə məşğul olmuşdur. İvrit, Qədim Misir və Suriya dillərini bilirdi. "Əl-cəvahir" və "Əl-Həqaiq" adlı əsərləri və bir neçə qəsidəsi dövrümüzədək gəlib çatmışdır. Məzarı ziyarətgahdır.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Ibrāhīm Dasūqī // Faceted Application of Subject Terminology.
- ↑ 1 2 3 4 Ibrāhīm Ibn-Abi-'l-Maǧd ad- Dasūqī // CERL Thesaurus (ing.). Consortium of European Research Libraries.