Ibrahim Bayandurlu - Wikipedia
İbrahim Bayandurlu — Azərbaycanlı jurnalist, Qarabağ müharibəsi iştirakçısı. Zerkalo qəzetində və Azadlıq Radiosunda fəaliyyət göstərmişdir.
İbrahim Bayandurlu | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Vəfat tarixi | (38 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Həyatı
redaktəİbrahim Bayandurlu 1971-ci ildə Bakıda anadan olub. Onun həyat yolu çox çətin və əzablı olmuşdur. Müxtəlif vaxtlarda İnternews-Azərbaycan şirkəti ilə əməkdaşlıq edib. Son günlərə qədər Zerkalo qəzeti və Azadlıq Radiosunun əməkdaşı olub.
Vəfatı
redaktəJurnalist 2010-cu ilin 16 mart tarixində uzun sürən xəstəlikdən sonra 38 yaşında 1 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsində vəfat edib. Evli idi, bir qızı var.
Qarabağ müharibəsində iştirakı
redaktəQarabağ müharibəsinin başladığı vaxtlarda İbrahim Bayandurlu Türkiyənin paytaxtı Ankara şəhərində politologiya sahəsində təhsil alırdı. Təhsilini yarımçıq qoyaraq, Azərbaycana gəlir. 1992–ci ildə könüllü olaraq Qarabağda döyüşməyə getmiş, ağır yaralanmışdır. İbrahim Bayandurlu Qarabağ müharibəsində könüllülər dəstəsinin tərkibində döyüşüb. 1992-ci il 29 apreldə Şuşada gedən döyüşlərdə üz nahiyəsindən güllə yarası alıb.
7.62 çaplı bir güllə çənəsindən dəyərək ağır xəsarət vermişdi. Ömrünün sonuna qədər də bədənində qəlpə gəzdirib. Azərbaycan Respublikasının eks-prezidenti Əbülfəz Elçibəyin sərəncamı ilə dövlət hesabına Almaniyada əməliyyat olunub. Müharibədən sonra tələffüz problemləri ilə yanaşı, kəskin beyin ağrılarından və yüksək qan təyziqindən əziyyət çəkib. İbrahim Bayandurlu Qarabağ müharibəsində Şuşa özünümüdafiə batalyonunun komandiri, Azərbaycanın Milli Qəhrəmanı Ramiz Qəmbərovun dəstəsində döyüşüb.