Ibrahim Bey Qedimov - Wikipedia
İbrahim bəy Qədimov — Naxçıvanda qəza rəisi (1908)[1] 1918-ci ildə qəza komissarı olmuşdur. Polkovnik
İbrahim bəy Qədimov | |
---|---|
İbrahim bəy Məşədi Qədim bəy oğlu Qədimov | |
Vəzifədədir | |
1908-ci ildən | |
Əvvəlki | Məşədi Qədim bəy |
«Ataman» rütbəsi | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Naxçıvan, Azərbaycan |
Rütbəsi | polkovnik |
Həyatı
redaktəİbrahim bəy ilk təhsilini Naxçıvanda almış, sonralar isə İrəvanda, Tiflisdə və Kutaisidə oxumuşdur. Arxiv sənədlərinə əsasən deyə bilərik ki, o, 1908-ci ildə qəza rəisi, 1918-ci ildə qəza komissarı olmuşdur. Sənəddə bildirilir ki, İbrahim bəy o zaman öz süvari dəstəsi ilə Naxçıvana hücum edən erməni daşnaklara qarşı igidliklə döyüşmüşdür. İbrahim bəy Qədimov 2 avqust 1918-ci ildə Şərur nahiyəsi müdirliyinə təsdiq olunur. 1918-1920-ci illərdə Qars vilayətində Türkiyəni işğal etmək istəyənləri döyüş meydanında qarşılamışdır.
Döyüşlərdə qazandığı Naxçıvan və Qarsda az müddət ərzində şöhrətləndirir. Məlum mənbələrə görə deyə bilərik ki, Naxçıvanın hərb tarixində 3 hərbçi Rusiyanın xüsusi «Ataman» rütbəsini daşıyıb: - general mayor Ehsan xan Naxçıvanski, tam süvari generalı İsmayıl xanın oğlu polkovnik Aman xan və polkovnik ibrahim bəy Qədimov.