Ibrahimpasa Dadasov - Wikipedia
İbrahimpaşa Hüseyn oğlu Dadaşov — Azərbaycan sərbəst güləş ustası, dəfələrlə SSRİ çempionu. 62 və 67 kq çəki dərəcələrində güləşmişdir.
İbrahimpaşa Dadaşov | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | İbrahimpaşa Hüseyn oğlu Dadaşov |
Vətəndaşlığı | |
Doğum tarixi |
Bakı, Azərbaycan SSR, Zaqafqaziya SFSR, SSRİ |
Doğum yeri | |
Vəfat tarixi |
Bakı, Azərbaycan SSR, SSRİ (64 yaşında) |
Vəfat yeri | |
Çəkisi | 64,5 ± 3 kq |
İdman növü | idman güləşi[d] |
Sovet idmançıları üçün debüt olan 1952 yay Olimpiya oyunlarında sərbəst güləş yarışlarında iştirak etmiş, yeddinci yeri tutmuşdur. 1949, 1951, 1952 və 1956-cı illərdə SSRİ çempionatlarında qalib olmuş, 1954 və 1955-ci illərdə gümüş medala sahib olmuş, 1950-ci ildə bürünc medala layiq görülmüşdür. SSRİ əməkdar idman ustası və SSRİ əməkdar məşqçisi adlarına layiq görülmüşdür. Bakı Dinamo cəmiyyətinin üzvü olmuşdur. Bir çox güləş ustalarını SSRİ miqyasında yarışlara hazırlayıb. Dünya və Avropa çempionu və 1964 yay Olimpiya oyunlarının bürünc mükafatçısı Aydın İbrahimovun məşqçisi olub.
Xatirəsi
redaktəAdına Bakının Binəqədi və Nərimanov rayonlarını əhatə edən küçə var.
İstinadlar
redaktə- ↑ 1 2 Sports-Reference.com (ing.).
İdmançı və ya məşqçi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |